Kəmalüddövlənin əvvəlinci məktubu

Rəməzan ayında, sənə 1280-də Təbrizdən*Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..

Mirza Fatali Akhundov35 min
Kritika

YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ*Əziz qardaşım!

Mirza Fatali Akhundov187129 min
Əvvəlimci məclis

ƏVVƏLİMCİ MƏCLİSƏvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,

Mirza Fatali Akhundov185120 min
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti

Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.

Mirza Fatali Akhundov18 min
Aldanmış kəvakib

POVESTALDANMIŞ KƏVAKİB (H E K A Y Ə T İ - Y U S İ F Ş A H)

Mirza Fatali Akhundov36 min
Kəmalüddövlənin üçüncü məktubu

Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də*Ey bəradəri-mehribanım Cəlalüddövlə, bu gün rüfəqa ilə məscidicameə gedib, Molla Cabbar mərsiyəxanın mərsiyə məclisində oturdum. Məscid mala-mal idi. Molla Cabbardan əvvəl bir başqası minbərə çıxdı. Həzrəti-Əli ibn-Əbutalibin vəfatın oxudu; sonra Molla Cabbar çıxdı. Əvvəl bir neçə əhadis əimmənin fəzilətindən və tə’ziyədarlığın səvabından nəql elədi, sonra mətləbə şüru etdi.

Mirza Fatali Akhundov18 min
Dördüncü məclis

DÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!

Mirza Fatali Akhundov185016 min
Əvvəlimci məclis

Əvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun*imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani*

Mirza Fatali Akhundov17 min
İkimci məclis

İkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində.*Ağa Mərdan** (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur.

Mirza Fatali Akhundov20 min
Üçümcü məclis

ÜÇÜMCÜ MƏCLİSÜçümcü məclis vaqe olur Şəmsəddin mahalında, obada, alaçığın içində. Tarverdi

Mirza Fatali Akhundov185118 min
Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

Mirza Fatali Akhundov20 min
Sərgüzəşti-vəziri-xani-Lənkəran

thumbnailəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

Mirza Fatali Akhundov185039 min
İkinci məclis

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

Mirza Fatali Akhundov18 min
Üçümcü məclis

Üçümcü məclis vaqe olur məhkəmeyi-mürafiədə. Sədrdə əyləşibdir hakimi-şər,*onun sağ tərəfində Ağa Rəhim və Ağa Cabbar, sol tərəfində Ağa Bəşir və Ağa Səttar*

Mirza Fatali Akhundov45 min
1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti

Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.

Mirza Fatali Akhundov16 min
Beşinci məclis

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

Mirza Fatali Akhundov17 min