Öz halımızdan

Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər.Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə, etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn, ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi məharət üçün müəyyən şərtlər lazımdır. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin biruzinə mane olacaq şeylərin rəf və dəf edilməsidir.

Uzeyir Hajibeyov12 min
Bir tədbir lazımdır ya yox?

Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?

Uzeyir Hajibeyov10 min
Ordan-burdan 114

Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:

Uzeyir Hajibeyov6 min
Ordan-burdan 109

Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər.

Uzeyir Hajibeyov6 min
İranda-inqilab

1Həmin bu inqilab sözünün İran işlərinə dair istemal olunacaq məqamı əsil bugünkü gündür ki, bütün Tehran millət mücahidləri əlinə keçib istibdad, İranın o qoca istibdadı gurultu ilə kökündən qoparılır. İran hətta Osmanlı kimi məmləkətlərdə millətin birdən-birə təcdidi-həyat etməsi inqilabsız, yəni qanlı inqilabsız baş tutmazdı və tutmadı da. Buna şahid həmən qansız inqilablardır ki, əvvəlcə İranda, sonra Osmanlıda baş verib də nikbinləri sevindirdi; lakin inqilabı anlamayan və qansız inqilablara inanmayan şəxsləri daim düşündürməkdə və şübhələr içində buraxmaqda idi ki, İranda iyun və İstambulda 31 mart faciələri vüqu olub nikbinləri məyus etməklə bərabər bədbinləri də şübhədən çıxartdı.

Uzeyir Hajibeyov7 min
Dil

Zənni-acizənəmcə, dilimizin islahı barəsində yazmadan qabaq, dilimizin əbqasi xüsusunda danışıb demək daha əfzəldir.Çox vaxt rus qəzetələrində bu nov xəbər oxunur: filan müsəlman qəryəsində hökumət bir məktəb açdı, lakin əcnəbi dilinə qarşı xüsumət ibraz edən əhali bu məktəbə həvəslə uşaq qoymurlar. Yaxud filan məktəbin müəllimi rus olduğuna görə əhali məktəbə uşaq vermək istəmir. Bundan başqa, özümüz də bir çox ataların ağzından bu sözü eşitmişik ki, filan məktəbdə müsəlmanca oxunmadığına görə biz də oraya uşaq qoymaq istəmirik.

Uzeyir Hajibeyov6 min
Ordan-burdan 112

Müəllimlər ictimai“Müəllimlər ictimai camaat məktəblərinin müdiri “Narodnıy inspektoru”nun*

Uzeyir Hajibeyov7 min
Zemstvo nədir

Tiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim “vısşi kurs” qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki “zemstvo” çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir.Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi...

Uzeyir Hajibeyov7 min
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər

Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.

Uzeyir Hajibeyov7 min
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

Uzeyir Hajibeyov9 min
Türk operaları haqqında

Vətəndaş [Samit]* möhtərəm “Kommunist” qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün – bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir, – deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsə idi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş [Samit] “çılpaq sözlü” olmaq istəməyib “dəlil” götürmək dəxi istəyir və bunun üçün:Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhval-ruhiyyəsində, qeyri-təhurə təlaş kimi bir həyəcan – bədii oyadan və qədim musiqişünasların rəyincə göy guruldamasından əxz edilmiş olan “Çahargah” kimi böyük və məzmunlu dəsgahı layiq istehza bilib təməsxanə bir surətdə “İran çahargahı” deyə, bədii bir zövq almaq istəyənlərə bunu rəva görmür.

Uzeyir Hajibeyov6 min
Halımıza dair 2

Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!

Uzeyir Hajibeyov6 min
Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri

Cümləyə məlum olduğu üzrə, dünyada heç bir şey qalmamışdır ki, Qərb alimləri oraya əl aparmamış və lazımınca təhqiqat aparmamış olsunlar. O cümlədən qədim Şərq musiqisi dəxi Qərb alimləri tərəfindən tədqiq və təhqiq edilib, bu xüsusda qalın kitablar yazılmışdır.Qədim şərq musiqisi haqqında çalışan alimlərdən başlıcaları [Kizevetter] ilə onun bacısı oğlu [Ambros]dur.

Uzeyir Hajibeyov9 min
Muğamat və xalq mahnılarının ifası haqqında

Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.

Uzeyir Hajibeyov12 min
Vəzifəyi-musiqiyyəmizə aid məsələlər

Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?

Uzeyir Hajibeyov7 min