-I**“Cana gəldim toz-torpağın əlindən,Ev deyil ki, xarabadır, xaraba”.Bu sözlərlə aynaları silərkən,Öz-özünə deyinirdi Rübaba.Nə çəkmişsə aylar, illər uzunuBirər-birər eyləyirdi hekayət.Ala-ala bağdadının tozunu,Yağdırırdı “kor baxtından” şikayət.Ürəyində gərdiş yapan kədərinTəsirindən qızı ilə dalaşır.Qızı Telli önündəki dəftərinSətirləri kölgəsində dolaşır.– A qız, Telli!..– Bəli, nə var?– Zəhirmar.Dur ayağa, buraya ver kətili!Dolduraraq qarğış ilə ağzını,Çıxdı haman üzərinə kətilin.Kəlmə başı azarlayıb qızınıAcığından bilməyirdi neyləsin.Telli isə ona fikir vermədənPək maraqlı bir hekayə oxuyur.Özü üçün anlamadan, görmədənXəyalında bir aşiyan toxuyur.Birdən dikib anasına üzünü:– Ana, bəsdir, bizi qatma ərinə. –Deyə kəsdi bir cümləylə sözünü,Qorxusundan çox getmədi dərinə.Yavrusunun bu şeytanca sözündənSimasının tutqun rəngi açıldı.Bir nur uçdu iri, qara gözündən,Dodağından bir təbəssüm saçıldı.Ara-sıra öskürüncə dərindənÇatılırdı bir-birinə qaşları.Dayanmayıb sarılırdı yerindən,Qaralırdı gözlərinin kənarı.– Bu zəhirmar öskürək də, neyləyim,Bu deyilmi hər gün məni saraldan?Yaman yerdə gücdən düşdü biləyim,Yaman yerdə günüm keçdi qaraldan.Həmxanası qarşı evdən baxaraq,Rübabəyə zilləmişdi gözünü.Ürəyində çiçəkləndi iştiyaq,Artıq burda saxlamadı özünü.– A qız, nə var, nəyə həşir salmısan?Söylə, yenə kimdən barıt almısan? –Deyə Sona daxil oldu icəri,Rübabəni dilləndirdi sözləri.– A qız, neylim, sən allah, bir toza bax!Dağılmışda nə yazım var, nə qışıHər gün bir az ürəyimi yeməkdəBulud kimi kölgələnən baxışım.Məgər sizə ev verməyib hökumət?– A qız, verib, köç deyirəm, köçürmü?Varlığını basmış kimi kəsalət,Yaxşısını yamanından seçirmi?Köç deyəndə, azar alır canını,Yer süpürür sanki qaşı-qabağı.Ev söhbəti aralığa gələndəHeç eşitmək istəməyir qulağı.“Buraxmaram mən atamın yurdunu”Deyə burda hər qayğıya qatlanır.Dizin-dizin sürünərkən bu evdə,Bilməm, hansı xoş gününə şadlanır!Ay başında hər aldığı maaşıBu komanın üzərinə qoymada.Bilməm, niyə hər yetənin fikrinə,Hər çatanın dediyinə uymada.İki qadın vermiş kimi baş-başa,Arzuları çiçək-çiçək açılır.Rübabənin qəlbi düşmüş təlaşa,Sözlərindən ildırımlar saçılır.-II**Saat üçdü... Kazım işdən qayıtmış,Vücudunu qaplamışdı yorğunluq.Yemək gəldi, toplandılar süfrəyə,Aralıqda gəzirdi bir məhzunluq.Yalnız, darğın bir ehtiram, bir ülfət...Köçürükmü?– . . . . . . . . . . . . . .– Səninləyəm, dinsənə!– Qoymazsan bir yeməyimi qurtarım?– Mən bilmirəm, son sözümdür bax, sənə.Sən köçməsən, köçəcəyəm mən özüm,Tellini də alacağam yanıma.Yoxsa bu toz, bu amansız rütubətBir qurd kimi daraşacaq canıma.– Köç də ...– Yaxşı, gör köçürəm, yoxsa yox.Mən daşınsam nə gələcək əlindən ...Bəs deyilmi baxdım sənin sözünə,Bəs deyilmi burda gəldim cana mən?-III**Kazımgilin qapısının önündəÜç gün sonra durmuşdu bir “qurzevik”Bir daxmanın “şənliyinə” son verənRübabədə görünürdü zirəklik.Bir külfətə həyat verən bu maşınBinəqədi zavkomundan gəlmişdi.Gedəcəkdi pasyolkaya birbaşa,Bu gediş çox əhmiyyətli bir işdi.Qaydasilə bütün şeylər qalandı,Ana-bala “qurzevik”ə tullandı.Kazım fəqət xəbərsizdi bu işdən,Xəbərsizdi bu oğurlu gedişdən.Gəldi, gördü, heyrətləndi bir qədər,“Kazım dayı, Telligili köçdülər” –Deyə bir səs onu haman ayıltdı,Fikirləşə-fikirləşə qayıtdı.O zamandan pasyolkada bu külfətYeni həyat nəğməsini dinləyir.Baba yurdu iztirablar içindəDar dönmələr palçığında inləyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets