Pedtexnikum
Ömrüm səfalətlərin dərin çuxurlarındaÖlgün vərəqlər kimi sürünən bir zamanda,Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan.
O vaqıt bir çocuqdum, soqaqlardı məskənim,Başdan-başa həyatım bir silinməz ləkəydi.Kimsə bilməzdi sonum nə olacaqdır mənim,Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi.
Toz-torpağın altımda buraxdığı izləriGörənlər, sağalmayan bir yaradır, sanırdı.Quruyordu get-gedə ömrümün dənizləri,Bir qaynaq həsrətilə gözlərim bulanırdı.
Nazi-nemət içində bəslənən bəxtiyarlarSanki diyorlardı ki, yazıq, nəhayətin nə?Qart daşları güldürən bu köhnə zəngin diyarHər baxışda ruhuma saplıyordı bir iynə
Fəqət böylə qalmadı, bir ana şəfqətiləSən bu yetim varlığı qucaqladın, bəslədin.Yeri-göyü titrədən bir şimşək qüvvətiləMəni bir dağ başından harayladın, səslədin.
Kim bilir ki, sayəndə qaç zavallı dərbədərXilas olmuş saydığım bu məchul acılardan,Sən, ey ürfan ocağı, sən olmasaydın əgər,İnsan olurdumu bu gördüyün bəxtiyardan?
Söyləyiniz, kimdir o, bir sıra arxasında,Qarşısında bir kağız, sağ əlində bir qələm,Xəyal dənizlərinin köpüklü dalğasındaAçan bəyaz gülləri dərmək istəyən adam?
Kimdir o dalğın çocuq, saçları pəncəsində,Bir saat ayrılmıyor can sıxan düşüncədən?Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində:Bir böhran içində o, qıvrılıyor ya nədən?
O mənim, əvət mənim, əvət, ilk xəyallarım,Çılpaq təsəvvürlərim bu bağçada göyərdi,Bu bağçada çiçəklər açdı o dörd baharım,Bu şənlik mənə yüksək insan namini verdi.
Ömrüm səfalətlərin dərin çuxurlarındaSolğun vərəqlər kimi sürünən bir zamanda,Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!..
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-pedtexnikum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
KağızıGözləriniz aydın olsun,Gəlibdi yarın kağızı.
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
ElqovanPayız gircək yal-yamacıBəzər qırov, sırsıra,