Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür,Xubların cövründən özgə kim mənə həmdəmdürür?
Ey günəş üzlü həbibim, şad qılğıl sən məniKim, fərağından bu canü dil qəriği-qəmdürür.
Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini,Bəs bu fəryadım nədəndir, didə qandan nəmdürür?
Və’deyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim,Dün ki, keçdi, danla qaib, bəs bu dəm xoş dəmdürür.
Gər desəm vardır cahanda, sənsən, ey könlüm alan,Dil sənindir, can sənindir, mən mənim bəs nəmdürür?
Zahidin mehrab içində zikrü taətdir işi,Aşiqin məhbub önündə çəngi zilü bəmdürür.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bir nəzər qılğıl Nəsimi halına, gör kim, necəSözləri fəryadü naliş, gözləri Zəmzəmdürür.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-ey-diriga-kim-cahanda-yaru-hemdem-kemdurur
Use ← → keys to move, R for a random poem
More by this author
Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.
Bağrımnı dəlür navəki-hicrani-filaniBağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.
Başını top eyləgil, gir vəhdətin meydanınaBaşını top eyləgil, gir vəhdətin meydanına,Ey könül, müştaq isən gər zülfünün çövkanına.
Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəmBir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm,Xəncər ilə yürəgimi yar, səndən dönməzəm.
Poems by other poets · Love
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
YoxduQürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Neyləyim, ey dil kiNeyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.