Firqətin yandırdı bağrım, yürəgim qan oldu, gəl!Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl!

Dünyanın nazü-nəimi, bağü-bustanı manaSənsiz, ey sultani-xuban, bəndü zindan oldu, gəl!

Istədi lə’lin fərağı canımı yaxmaq, vəliŞövqə yanmış cana vəslin abi-heyvan oldu, gəl!

Ol könül ki, daima işi səninlə vəsl idi,Yandı şövqündən, əsiri-dərdü hicran oldu, gəl!

Canımın canı vüsalındır, vüsalından anıTa kim, ayırdı fələk, biçarə bican oldu, gəl!

Aşiqin bağü-gülüstanı üzün gülzarıdır,Qanğı gülzarın adı gülsüz gülüstan oldu, gəl!

Mö’cüzatından yanağun, möhkəmatından saçın,Xarü xaşakı cahanın vərdü-reyhan oldu, gəl!

Bəhri-bipayana şövqün canımı qərq eylədi,Gör nə bidad eylədi hicrin, nə tufan oldu, gəl!

Cənnətin səhnində tuba valehü aşüftəhal,Qamətin hüsnilə, ey sərvim, xuraman oldu, gəl!

Ta məni təqdiri-yəzdan eylədi səndən cüda,Könlümün halı pərişan, didə giryan oldu, gəl!

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Nəsimi səndən ayrı bildi kim, yoxdur vücud,Küfrü iman, vəslü-hicran cümlə yeksan oldu, gəl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation