Eşq və səadət
Məndə Məcnundan füzun aşiqliq istedadı var,Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var!Füzuli
— Çeşməli dağlardan, sulu dağlardan,Keçdim məhəbbətin dağı sinəmdə.İki rəng yaradıb görüm ki, dövran,Qarası sinəmdə, ağı sinəmdə.
Eşqə ürəyimi pərvanə saydım,Getdim yana-yana dünya üzündən,Mən özüm min dəfə ağlamasaydım,Leysan yağardımı Leyli gözündən?
Dərdli yollarıma çökdü qaranlıq,Aya, ulduzlara açdım sirrimi.Əgər sevməsəydim Məcnundan artıq,Məcnunum bu qədər sevilərdimi?
Eşqin o çağlayan, coşan dənizi,Gör necə dərindir, necə dərindir!Dedim: sədaqətdir məhəbbət özü,Dedim: məhəbbət də sadiqlərindir.
Toxundu atəşlər gülə, yandı ki,Sevgini zarafat sanan olmasın!Füzuli ah çəkib belə yandı ki,Bir də onun kimi yanan olmasın!
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-esq-ve-seadet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
سپهر از بوی او مشگین زمین از رنگ او گلگون
BilməzSevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.