Etiraf
Nə mülkü mal mənə çərx versə məmnunam,Nə mülkü maldan avarə qılsa məhzunam.Füzuli
— Sevmədim dünyada qızıl-gümüşü,Dedim ki, vüqarım etibarımdır,Gözəl sevgilimin şirin gülüşü,Mənim dövlətimdir, mənim varımdır.
Sevmədim dünyada şanı, şöhrəti,Onları həyatda əfsanə sandım.Bax, həmin dediyim varı, dövləti,Öz ürək qanımla özüm qazandım.
Axtarıb gəzərəm könül yarımı,Gəzərəm ömrümün baharı kimi.İstəsə sevgilim göz yaşlarımı,Düzərəm boynuna mirvari kimi.
Nadan qulaq assın qoy yaxşı-yaxşı,Sevgi sevincimdir, sevgi qəmimdir.Bir ala gözlünün odlu baxışı,Mənim cənnətimdir, cəhənnəmimdir.
Nəbiyəm, bir dağam başı qarlıyam,Demə: zirvəmdəki o duman nədir?Bütün varlılardan daha varlıyam,Dövlətim məhəbbət, varım sevgidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-etiraf
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.
ZülfünHər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.