Məni axtaranları axtarıram
Sənə səcdə edərdiSəndən xeyir görənlər,Qapılar bağlanandaPəncərədən girənlər.N.XəzriSən məni axtarandauça-uça gələrdim,Sizin dərdinizi dədoğma dərdim bilərdim.Haçan bəlalar sizəqurd tək ağzını açdı,Sizi görmək mənimçinböyük ehtiyacdı.Kiminiz ucalardabu gün çox məğrursunuz,Kiminiz ağzınızasu alıb susursunuz.Kiminiz şirin-şəkərşirkətlərin sahibi,Kiminiz məclislərdəqaliblərin qalibi!Neçin görən həyatınsərt yoluyla keçəndə —İnsan gəzir insanıyalnız işi düşəndə.Bu gün sizə qəzəbimcoşsa da ümman kimi,Mən sizə bağlamıram,qapımı, pəncərəmi.Mən bunu bacarmaram,bacarmaram mən bunu.Sədaqətin ilki var,sədaqətin yox sonu.Ürək ömür yolundaqəm-kədər daşıyandır.
Ürəksiz kəslərə dəürəyim asiyandır.Ya qəlbi dinləməyim, —vursa da titrək-titrək, —Ya onu öz sinəmdənkəsib tullayım gərək.Köksümü yarsam əgərBirdən ürək içindəkiməsə yara dəyər.Bəlkə təbiət ağlar,susar çağlayan dəniz,Siz mənsiz yaşarsınız,mən neylərəm ürəksiz?Nolsun bəzən mən toxam,nolsun bəzən acam mən.Bir dost hərarətinə,xoş sözə möhtacam mən.Mən sözə hökmdaram,başda qızıl tacam mən,Bir mehriban baxışa,pak qəlbə möhtacam mən.Gərək bu həqiqətiyer üzünə açam mən,Heç nə yox, ağlamağa,gülməyə möhtacam mən.Ürəyim kainatdaqəm-kədər daşıyandır,Ürəyim sadiqlərə,mərdlərə aşiyandır.Hardasınız bu gün sizsadiqlərim, mərdlərimBir təmənnam yox, mənim,harayıma hay verin!Sağıq, hələ həyatdanköçmək zamanı deyil!Bir yalan eşidim ki,dünyamız fani deyil.17-19 avqust 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-meni-axtaranlari-axtariram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mayın son günüdür, doğulduğun gün,Dağlar tül örpəkli, çiçəklər gülgün.
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.