Şuşa gəlir yuxularıma
Gecə... Səksəkəli uyuyur aləm,Uzaq xatirələryaxına gəlir.Bu gün mən Şuşaya gedə bilmirəm,Bu gün Şuşa mənim yuxuma gəlir.
Uca göylərin də ağır dərdi var,Sanki göz yaşıdır axan ulduzlar.Zirvələr örtülübqara buludla,Solub təbiətin əlvan rəngləri.Baxır minarələr qəmli sükutla,Dağlara hay salır kilsə zəngləri.
Bir vaxt durdu məni salama yollar,Lalədən çıraqlar yandırdı mənə.Bu gün yadlar keçən dolama yollar,Əyri bir qılıncı andırır mənə.
Sərindir dağlarınyenə küləyi,Günəşdən qaranlıq çökür gözümə,Doğma Daşaltının tənə küləyi,Sanki şillə kimi dəyir üzümə.
Tanışam zirvəninerkən qarıyla,Məndən uzaqlaşan o kölgə nədir?Keçir əsrlərin cığırlarıyla,Vaqif də üzümə baxmayıb gedir.
Dağlarda bir solmazxəyal yaşayır,O kimdirəlinə külüng götürüb.Pənah xan bu yerə daşmı daşıyır,Təzədən Şuşanı tikməkdən ötrü?
Göründü xan qızı,nisgillə dindi,Sandım hər sözündə ildırım çaxır."Çəkdiyim bulaqdan su gəlmir indi,Çəkdiyim bulaqdan göz yaşı axır".
Üzeyrin üzündənsis-duman keçir,Bülbüllə yanaşı addımlayırlar.Ulular pərişan-pərişan keçir,Yoxsa ki, məni də satqın sayırlar.
Bu gün hərislərindoymur gözləri,Neyləsin ulular,bilmir ki, onlarŞuşanı hərraca qoyan kəsləri,Göylərdə gəzdirir hələ milyonlar.
Susubdur "Şikəstə",dinmir tar simi,Ürəklər payına qəzəb-kin düşüb.Elə bil bəlalı qaçqınlar kimi,Burdan "Muğamat" da didərgin düşüb.
Şuşam, uca tutdmsəni ana tək,O yerə quş kimi qanad açmışam.Üç rəngli bayrağım ucalanadək,Sevgimi bayraq tək ora sancmışam.
Sabah Şuşadayam,bu, ulu haqdır,Yuxum şübhə yox ki, çin olacaqdır!Zəfər səslənəcək inanıram mən,Mənim Vətən adlı kainatımda.Şuşaya doğmalar dönüb gələrkən,Dönüb qayıdacaq "Muğamat"ım da.6 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-susa-gelir-yuxularima
Use ← → keys to move, R for a random poem