Tufana çevrildiSəhər küləyim,Necə dözəcəyəmMən sənsizliyə?Nəyinə lazımdırMənim ürəyim,Çalıb ürəyimiAparmaq niyə?

Yer kimi, göy kimiGərəyim mənim,Baxtıma o düşənSirli baxışdı.Sənin ürəyinləÜrəyim mənim,Mən elə sandım ki,Doğmalaşmışdır.Neylərsən, sızlasaQəlbim sinəndə?Eşqin müəmmalıMöcüzəsi var!Çarə var insanınÜzü dönəndə,Bəs ürək dönəndəNə çarəsi var?

12 mart 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets