Bir yarımpaltoda qalıb nəzərim,qadınlar üçündü, yumşaq dəridən.Güzgüdə görürəm dolur gözlərim,baxır əcnəbi qız gözaltı hərdən.

Gözəl Siciliya...nəydi bu ovsun! –ilk dəfə görürdüm mən bu yerləri.Mənə yaxın gəlib qız nə soruşsun, –mən də əcnəbiyəm ondan ötəri.

Gedib söz deməyim bəlkə də tezdi,qadınlar həssasdı, o məni anlar.Qızım, göz yaşımı tərcüməsiz də,gördüm başa düşür qəlbi olanlar.

Anan istəmişdi, anan bəxtikəmdemişdin dəb deyil, geymək olarmı?– Niyə, atan alar, mən geyinərəm,qayıdar köhnə dəb...yadında varmı?!

Başqaydı istəyi, qəlbi, həvəsi,əliylə yazdığı varaqda qalır.Həyatda sevdiyin insanın səsi,qızım, ömür boyu qulaqda qalır.

Nisgil ürəyimi sıxdı əbədi,mən ala bilmədim istədiyini.Ən ali bəzəyə o layiq idi, –qızım, ən ilahi bir qadın kimi.

İtaliya, dekabr, 1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets