Şair taleyindən yarıya bilmir
“Mənə bir it hürür, bir qara çaqqal”Ə.Cavad
Ulamaq azaddı, hürmək də azad,itin it mərəzi dəyişmir, Ustad!İti qısqıranlar dəyişir, Ustad!gizli asqıranlar dəyişir, Ustad!
Allah, yer ləkəli, göy ləkəliymiş,bir cavab yox imiş suallar üçün.Bir şair nə qədər təhlükəliymiş, –bir sürü bu “qara çaqqallar” üçün?!
Mən indi bildim ki, nədir bu cəza,niyə ürəyimiz gizli çat verir.Niyə istedadlı istedadsıza,ya qanan qanmaza hesabat verir.
Yaşadın bu ruhla, yandın bu ruhla –bu eşq mənzilində döyüldün, Ustad!Sən də yol gedirdin qaragüruhla,amma o karvandan deyildin, Ustad!
Bir səmə it gördüm, boynunda qatma,Ağsaqqal dedi ki, ona daş atma.O itin səsini tanıyır itlər,o çoxdu, sən təksən, çox təki didər.
Şirin xatirədir indi o xiffət,şair taleyindən yarıya bilmir.Niyə sağlığında susur cəmiyyət,şairi itlərdən qoruya bilmir?!
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-sair-taleyinden-yariya-bilmir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Varİnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm