Əllər
Əllər, körpə əlləri,Sizə deyirlər sülək...Axır sizi gözləyirƏsil böyük gələcək,Əllər, körpə əlləri,Hasar diblərindəsiz,Ağacda meyvələrəÇatmır sizin əliniz.Pətəkdəki şirin balSizə olmadı qismət,İnsanlar keçib gedir,Anlamır sizi fəqət.Əllər, ağappaq əllər,Özgə zəmilərindəYetişir, dəyir sünbül...Yoxsulların, yolçularınƏli tələb etməz, istər...Sizə qida verən kəslərQoy var olsundünya qədər.Qoy var olsuno kəslər ki,
dilsiz əlin fəryadınıeşidəcək...Qaytaracaq yerinizibu dünyada,Yaradacaq sizin üçünbir gələcək.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-eller
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
AyağınaQartallar qıy vurmur, dönüb zamana,Fələk yaxşı fürsət verdi yamana.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən