İnsan doğulduğu gündənölənə qədərHəkim hökmünə baxar,həkim gözündən keçir;Canı-başı ağrısa,dava-dərman içir.Dağılsın deyə qəmi, qüssəsi,Çalışır ki, çıxarsın canındanhər cürə mərəzi.Kimi üç gündən bir yuyunur,Kimi beş gündən bir:İnsan vücudunurahat, təmiz istəyir,Bəs niyə daşıyırlazımsız, gərəksiz hisslərin,duyğuların yükünü?Niyə qaranlıq edir özünəBu işıqlı günü?!Qılıncla ya məhəbbətləbilmirəm,Qəzəblə, ya xoşsifətlə bilmirəm,Mən qərəzi,Mənəvi mərəzi,Paxıllığı, həsədi,Qeybəti, kəmfürsəti,Lovğalığı, kobudluğu,Riyanı, yalanı,Yadıma düşməsə də qalanı,Pis-pis insan sifətləriniqoparıb oda atardım.Kamil görə bilsəydiminsanı dünyada,Doğma torpaqlar altındarahat-rahat yatardım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets