Qış səhəri
Nə gözəl bir gündür, hava şaxtalı,Günəş də parlayır, sən yuxudasan.Nazlı gözlərini aç, sevimli dost,O şirin yuxudan, gözəlim, oyan.Göydə dan ulduzu parlarkən səhərŞimal ulduzutək hüsnünü göstər.Bulanıq göylərə çökmüşdü zülmət,Gecə ağlayırdı qəzəblə tufan.Görünürdü qara buludlar içrəSolğun kölgə kimi ay da səmadan.Oturmuşdun qəmli fikrə dalaraq,İndi pəncərədən bayıra bir bax.Mavi göy altında uzanıb sakit,Gözəl xalça kimi döşənmiş çöllər.Bir meşə qaralır kənarda yalnız.Parlayır günəşdən qarlar sərasər.Qırovun altında göyərir şamlar,Çayda buz altında bir parıltı var.Kəhrəba rənginə boyanmış otaq.Soba çıtırdayıb nəşəylə yanır.Xoş olur yataqda xəyala dalmaq,İnsanın qəlbində arzu oyanırKirşəyə qoşdurub kəhər atlarıUçaqmı bu qarlı düzlərə sarı...Səhər qarı üstə sürüşərək biz,Gözəl dost, gəl çıxaq, gəzək baş-başa.Çapdırıb boz atı gözəl düzləri,Bu boş düzənlərə edək tamaşa.Gəzək meşələri anıb bu ili,Könlümə xoş olan gözəl sahili.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-qis-seheri
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə axşam düşdü, hava qaraldı,Ağac budağından bir yarpaq saldı,
Bir yaralı əsgər yatırAmandır sükut eyləyin,Bir yaralı əsgər yatır.
Füzuli ilə gecə söhbətiÖmrümün ən dərdli, qəmli çağındaKönül rübabımı çalmaq istədim.
Sevirəm, sevmirəmİnsanda qüruru, ləyaqəti sevirəm.Lovğalığı, kobudluğu sevmirəm.
Poems by other poets
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər