Ev pərisi
Ey dinc malikanəmə gizli hamilik edənXeyirxah ev pərisi, sənə yalvarıram mən.Hifz et mənim kəndimi, göy meşəmi, bağımı,Ailəmin bu kiçik evini, otağımı.Qoy çöllər titrəməsin yağışın soyuğundan,Sərt payız küləkləri əsib verməsin ziyan...Qar yağsın asta-asta, qoy ağartsın hər yeri,İsti bir örtük kimi örtsün nəmli çölləri.Sən ey gizli keşikçi, babamın yurdunda qal,Sən bu xoşbəxt evimi yad gözündən uzaq sal.Onun ətrafını gəz qayğıkeş keşikçitək,Qoy balaca bağımda əsməsin acı külək,O mürgülü suların sahilini qoru sən.O köhnə darvazalı hasarları çürüyən,Balaca bostanımı sev, özün qoru barı.Təpələrin yamyaşıl sevimli yamaclarıGözlərindən qaçmasın, o mənim dolaşdığımÇiçəkli çəmənləri, yastı təpələri sev,O sərin xoş küləkli iyli cökələri sev,Sev ağcaqayınların səsli yarpaqlarını,Göyə qalxan şamların körpə budaqlarını.Orda dolaşmadığım bircə yer qalmamışdırOnlar hamısı bir-bir ilhamıma tanışdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-ev-perisi
Use ← → keys to move, R for a random poem
More by this author
Kaş ki bu dünyanın kədəri, yası,Bir boz duman kimi uçub gedəydi.
Nə yaxşı dünyada vardır etibarNə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır.
Rəfiqəm mənimCənazəni qürbətdəntəyyarəylə gətirdilər.
Müşkünaz xanımın əziz xatirəsinəDünyadan ən gözəl bir xanım getdi,Elə bildim ruhdan öz canım getdi.
Poems by other poets · Nature and spring
Ey gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?
EydiyanəGəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,Nigahi-həsrəti fırlat da bu gülüstanə.
Xəbərim yox özümdənBu rəssam təbiətin rənglər dünyasındayam,Vurulmuşam torpağın yaşılına, alına.