Fərhad dağ çapdıŞirin eşqinə.Məcnun biyabana düşdüAhu gözlərin eşqinə,

Kərəm yana-yanadağları aşdı,Qərib aşiqmöhnətlə qucaqlaşdı.Sən sədaqətdə Məcnun,Hünərdə Fərhadsan,Anaların dünyaya gətirdiyiadi bir övladsan.Yanmamısan şamın atəşindəpərvanələr kimi,Biyabana düşməmisən divanələr kimi,Dağ boyda dalğalarlapəncə-pəncəyə gəlibdənizin dibinə girmisən.İgid qəlbinin məhəbbətinivətənə vermisən.Əsrimin Fərhadısanqolu, gücü, zehni kəskinSən bir əmək ustadısanDərin-dərin dənizlərin.Yaşadacaq tarix səniMöcüzələr şəhərinin igiditək,Yaşadacaq səni xalqım,Yaşadacaq xoş gələcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love