Ay üzlü nigarım, kimə mehman olacaqsan?Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!Ey abi həyat, sən kimə canan olacaqsan?

Maqta — the closing couplet bearing the poet’s pen name. Getdin, necə bəs tab eləsin hicrə Nizami,O, xəstə ikən sən kimə dərman olacaqsan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love