چو فیاض دریا درآمد به موجز کام صدف در درآرد به اوج

از آن ابر کاتش در آب افکندزمین سایه بر آفتاب افکند

دگر باره دولت درآمد به کاردل دولتی با سخن گشت یار

فرو رفت شب‌، روز روشن رسیدشباهنگ را صبح صادق دمید

دگر باره بختم سبک‌خیز شدنشاط دلم بر سخن تیز شد

چو دولت دهد بر گشایش کلیدز سنگ سیه گوهر آید پدید

همه روز را روزگار‌ست نامیکی‌روز دانه‌ست و یک‌روز دام

چو فرمان‌ده‌ِ نقشِ پرگار کنبه فرمان من کرد ملک سخن

برانداختی کردم از رای چستکه این مملکت بر که آید درست‌؟

در این شهر که‌اقبال یاری کندکه باشد که او شهریاری کند‌؟

خرد گفت که آنکس بود شهریارکه باشد پسندیده در هر دیار

به داد و دهش چیره‌بازو بوَدجهان‌بخش‌ِ بی‌هم‌ترازو بوَد

به مور آن دهد کاو بود مورخواردهد پیل را طعمهٔ پیل‌وار

نه چون خام‌کار‌ی که مستی کندبه خامه زدن خام‌دستی کند

رهاورد موری فرستد به پیلدهد پشه را راتب جبرئیل

همه کار شاهان شوریده‌آباز اندازه نشناختن شد خراب

که یک ره سر از نیزه نشناختندبه مستی کلاهی برانداختند

بزرگ اندک و خرد بسیار بردشکوه بزرگان ازین گشت خرد

سخایی که بی‌دانش آید به‌جوشز طبل دریده برآرد خروش

مراتب نگه‌دار تا وقت کارشمردن توانی یکی از هزار

کم و بیش کالا چنان برمسنجکه حمال هر ساعت آید به رنج

مکش بر کهن شاخِ نو‌خیز راکز این کشت شیرویه پرویز را

مزن اره بر سالخورده درختکه ضحاک ازین گشت بی‌تاج و تخت

جهاندار چون ابر و چون آفتاببه اندازه بخشد هم آتش هم آب

به دریا رسد دُر فشاند ز دستکند گُردهٔ کوه را لعل‌بست

به هرجا که رایت برآرد بلندسر کیسه را بر گشاید ز بند

به حمدالله این شاه بسیار هوشکه نازِش‌خر‌ست و نوازش‌فروش

ز برسختن‌ِ کوه تا برگ کاهشناسد همه چیز را پایگاه

به‌اندازه هر‌که را مایه‌ایدها و دهش را دهد پایه‌ای

از آن شد بر او آفرین جای‌گیرکه در آفرینش ندارد نظیر

ز من هر کس این نامه را باز جستبه عنوان او نامه آمد درست

جز او هر که را دیدم از خسروانندیدم در او جای خلوت روان

سری دیدم از مغز پرداختهبسی سر به ناپاکی انداخته

دَری پر ز دعوی و خوانی تهیهمه لاغری‌های بی فربهی

همه صیرفی طبع بازارگانجگرخوارهٔ جامگی خوارگان

همین رشته را دیدم از لعل پرضمیری چو دریا و لفظی چو در

خریداری الحق چنین ارجمندسخن‌های من چون نباشد بلند‌؟

Dəniz dalğalanıb gələrsə feyzə,Sədəfdən dürr alıb çıxardar üzə.

Yenidən dövlətim başımdan aşdı.Dövlətli ürəyim sözlə dostlaşdı.

Qaranlıq çəkildi, doğdu gözəl gün,Şux səhər açıldı şux bülbül üçün.

Oyandı yenidən, bəxtim oldu yar,Gör indi şad könlüm nələr yaradar?

Tale birisinə verərsə açar,O, qara daşdan da gövhər çıxarar.

Hər günə ruzigar dedik əzəldən.Birində cələ var, o birində dən.

Varlıq pərgarının ulu rəhbəriMənə söz mülkünü verəndən bəri,

Xeyli düşündüm ki, bu ölkəni mənBəs kimə tapşırım özüm gedərkən?

Bir şəhər yaratsam, baxtım olsa yar,Kim olsun bəs ona sonra şəhriyar?

Əqlim söylədi ki: - Belə şəxs gərəkTanınsın dünyada məruf insantək.

Elə lütfkar əl ola ki, onda,Misli tapılmaya bütün cahanda.

Gərək qarışqaya azca yem verə,Filə də fil payı seçib göndərə.

Olmaya sərsəri, xam adamlartəkƏlindən gəlməyə qələm də çərtmək.

Qarışqa yemiylə fili yemləyə,Cəbrayıl rütbəsi verə milçəyə.

Bütün bəxti dönmüş şahların, əlbət,Ölçü bilməzlikdən olub bəxti bəd.

Baş ilə ayağı pis fərq etmişlər,Məst olub, tacı da qoyub getmişlər.

Kiçik çox pay almış, böyük az almış,Böyüyün qiyməti belə azalmış!

Mənasız səxavət göstərsə hər kəs,Yırtıq təbil kimi çıxaracaq səs.

Ölçü-biçi bilsən hər bir işdə sən,Böyük hesabları düz həll edərsən-

Mətahı böləndə sən elə böl ki,Aparanın ağır olmasın yükü.

Qoyma qoca şaha gənc üstün gələ,Şiruyə Pərvizi öldürdü belə.

Qocaman ağaca mişar çəkmə sən.Zöhhak bunun üçün düşdü təxtindən.

Hökmdar ölçüylə bəxş edə gərəkOdu da, suyu da, - güntək, buludtək.

Əliylə dürr saça o, dənizlərə,Dağlarda torpağı lələ döndərə.

Harda bayrağını ucaltsa göyəKisədən paylaya bol-bol hədiyyə.

İdrak sahibidir, şükür allaha,Naz da, nəvaziş də yaraşır şaha.

Dağlardan ta saman çöpünə qədərHər şeyin hər zaman qədrini bilər.

Hər kəsdə nə qədər varsa ləyaqət,O qədər göstərər ona səxavət.

Odur ki, çox-çoxdur mədh edənləri,Dünyada yox misli, yox bərabəri.

Çoxları istədi "İqbalnamə"ni,Tək ona həsr etdim mən bu naməni.

Çünki tanıdığım bütün şahlardanTək odur əməyə düz qiymət qoyan.

Boşdur çox şahların ancaq başları,Nahaq çox kəsdirmiş onlar başları.

Hay-küy çox, heç bir şey yoxdur süfrədə,Dönüb bədənləri quru cəsədə.

Onlarda bir tacir təbiəti var,Zəlitək qan sorub ləzzət alarlar.

Dəniztək düşüncəm, dürrtək sözlərim,Ləl ilə doludur mənim əsərim.

Şah özü sərrafdır, qədrini bilər,Sözümün rütbəsi qat-qat yüksələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets