مادر چو ز دور در، پسر دیدالماس شکسته در جگر دید

دید آن گل سرخ زرد گشتهوآن آینه زنگ‌خورد گشته

اندام تنش شکسته شد خردز‌اندیشهٔ او به دست و پا مرد

گه شست به آب دیده رویشگه کرد به شانه جعدِ مویش

سر تا قدمش به مِهر مالیدبر هر ورمی به درد نالید

می‌برد به هر کناره‌ای دستگه آبله سود و گه ورم بست

گه شست سرِ پُر از غبارشگه کند ز پای خسته خارش

چون کرد ز روی مهربانیبا او ز تلطف آنچه دانی

گفت ای پسر این چه ترک تازی است؟بازی است چه جای عشق بازی است؟

تیغ اجل این چنین دو دستیوانگه تو کنی هنوز مستی؟

بگذشت پدر شکایت‌آلودمن نیز گذشته گیر هم زود

برخیز و بیا به خانهٔ خویشبرهم مزن آشیانهٔ خویش

گر زانکه وحوش یا طیورندتا شب همه ز‌آشیانه دورند

چون شب به نشانهٔ خود آیدهر مرغ به خانهٔ خود آید

از خلق نهفته چند باشی؟ناسوده نخفته چند باشی؟

روزی دو که عمر هست بر جایبر بستر خود دراز کن پای

چندین چه نهی به گردِ هر غارپا بر سر مور یا دم مار‌؟

ماری زده گیر بی‌امانتموری شده گیر میهمانت

جان است نه سنگ‌ریزه بنشینبا جان مکن این ستیزه‌، بنشین

جان و دل خود به غم مرنجاننه سنگ‌دلی نه آهنین‌جان

مجنون ز نفیر‌های مادرافروخت چو شعله‌های آذر

گفت ای قدم تو افسر منرنج صدف تو گوهر من

گر زانکه مرا به عقل ره نیستدانی که مرا در این گنه نیست

کار من اگر چنین بد افتاداین‌کار مرا نه از خود افتاد

کوشیدنِ ما کجا کند سود‌؟کاین کار فتاده بودنی بود

عشقی به چنین بلا و زاریدانی که نباشد اختیاری

تو در پی آنکه مرغ جانماز قالب این قفس رهانم

در دام کشی مرا دگر بارتا در دو قفس شوم گرفتار

دعوت مکنم به خانه بردنترسم ز وبال خانه مردن

در خانه من‌ِ ز ساز رفتهباز آمده گیر و باز رفته

گفتی که ز خانه ناگزیر استاین نرد نه نرد خانه گیر است

بگذار مرا تو در چنین دردمن درد زده‌م‌، تو باز پس گرد

این گفت و چو سایه در سر افتاددر بوسهٔ پای مادر افتاد

زانجا که نداشت پاس رایشبوسید به عذر خاک پایش

کردش به وداع و شد در آن دشتمادر بگرست و باز پس گشت

همچون پدرش جهان به سر برداو نیز در آرزوی او مرد

این عهدشکن که روزگار استچون برزگرانِ تخم‌کار است

کارَد دو سه تخم را به آغازچون کِشته رسید بدروَد باز

افروزد هر شبی چراغیبر جان نهدش ز دود داغی

چون صبح دمد بر او دمد بادتا میرد ازو چنانکه زو زاد

گردون که طلسم داغ سازی استبا ما به همان چراغ بازی است

تا در گره فلک بود پایهرجا که روی گره بود جای

آنگه شود این گره گشادهکز چار فرس شوی پیاده

چون رشتهٔ جان شو از گره پاکچون رشتهٔ تب مشو گره ناک

گر عود کند گره‌نماییتو نافه شو از گره‌گشایی

Ana öz oğluna boylandı bir az,Elə bil qəlbini doğradı almaz.

Gördü ki, qızıl gül solub saralmış,Aynanın üzünü sarı pas almış.

Bir vaxt əlif kimi duran qamətiNun kimi bükmüşdür eşqin möhnəti.

Onu görən kimi titrədi həmən,Dondu əl-ayağı onun qəmindən.

Gah göz yaşlarıyla yudu üzünü,Gah yolub saçını, döydü özünü.

Sonra sığalladı onun canını,Öpüb qucaqladı can dərmanını.

Canına əl çəkib, yazıq ağladı,Oğul yarasını ana bağladı.

Tozlanmış başını yuyub islatdı,Yorğun ayağından tikan çıxartdı.

Məhəbbət üzündən zavallı anaƏlindən gələni göstərdi ona.

Dedi ki: "Can bala, bu nədir, de bir?Oyunsa, oyunun yeri deyildir.

Əcəl qılıncını çəkdiyi andaYenə də sərxoşsan sən biyabanda.

Atan şikayətli getdi əlindən,Məni də ölmüş bil yaxınlarda sən...

Qalx, evinə qayıt, bir anla bunu,Sahibsiz buraxma gəl öz yurdunu.

Hətta bu gördüyün quşlar, vəhşilərÇıxır yuvasından axşama qədər.

Elə ki, axşamın üzü görünür,Hər quş yuvasına üz tutub dönür.

Xalqdan nə vaxtadək gizlənəcəksən?Çöllərdə yuxusuz ömr edəcəksən?

Uzat ayağını öz evində gəl,Bir-iki gün sonra gələcək əcəl.

Yetər, çöldə qalıb, dünyanı atmaq,Qarışqa, ilanla baş-başa yatmaq.

Fərz et ki, canını ilanlar çalmış,Qarışqa başında yurd-yuva salmış.

Can çınğıl deyildir, bir ayağa dur,Canına qəsd etmə, gəl sakit otur.

Qəm yeyib, qəlbini çox incitmə bir,Ürəyin daş deyil, canın da dəmir".

Məcnun anasının nalələrindənYandı alov kimi qızışdı birdən.

"Başımın tacıdır ayağın sənin,İncimi bəsləmiş sənin sədəfin.

Sənin toxumunun məğziyəm, ana,Ayaq torpağın da cənnətdir mana.

Min möhnət çəkmişəm bu sövdada mən,Bu dəfə keçmişdir işim çarədən.

Ağlıma nə yol var, nə də çarə var,Bil ki, mən deyiləm burda günahkar.

İşim bəd gətirdi, yesəm də min qəm,İnan ki, baisi özüm deyiləm.

Bu bəlalı sövda, bəlalı hicranÖzümdən asılı deyildir, inan.

Ana, olacağın çarəsi varmı?Peşiman olmaqdan fayda olarmı?

Ah, ana, can atıb deyirəm ki, mən.Mənim bu can quşum çıxsın qəfəsdən.

Gəl bir də danışma bu məsələni,İkinci qəfəsə salarsan məni.

Evə getməyimdən gəl danışma, ah,Evdə ölməyim də olar bir günah.

De, kimə lazımdır evdə ölməyim?Xoşdur bu səhrada ömür sürməyim.

Vəhşilər yanında nəğmələr demək,Evdə qəm yeməkdən xoş olsun gərək.

Fərz et ki, mən kimi zəif bir bədənEvə qayıtmış da, getmiş yenidən...

Deyirsən xanəni tərk etmək olmaz,Yox, mənim bu nərdim xanəyə sığmaz.

Evə özün qayıt, sözlərimə bax,Məni öz dərdimlə gəl rahat burax".

Deyib, kölgə kimi sərildi nalan,Öpdü anasının ayaqlarından.

Yerə saldığından ana sözünü,Onun ayağına sürtdü üzünü.

Məcnun vidalaşıb qaldı çöllərdə,Anası qayıtdı, dözmədi dərdə.

Ömrünü tapşırdı o, ruzigara,O da üz döndərdi soyuq məzara.

Köçür bu dünyadan nə qədər canlar,Budurmu dünyadan bizə etibar?

Yoxdur bu dünyanın vəfası inan,Heç kəsə dost deyil başdan binadan.

Vəfasız ruzigar bilməm nədəndir,Əkinçilər kimi toxum səpəndir?

Əvvəl səpər yerə can toxumunu,Əkin yetişdimi, tez biçər onu.

Hər gecə yandırar yeni bir çırağ,Çəkər sinəsinə tüstüdən bir dağ.

Sonra da yel üflər ona hər səhər,Özü yaqdığını özü söndürər.

Qəlbə dağlar çəkən tilsimli fələkBizlə çıraq kimi oynayır, gerçək.

Fələk düyünləsə hər bir ayağı,Hayana getsə də açılmaz bağı.

Dörd atdan piyada qalsan sən, əgər,Bu düyün o zaman açıla bilər.

Ol canın sapı tək düyünsüz, amma,Qızdırma sapı tək düyünlü olma.

"Ud" düyün vurmaqda məşhur olsa da,Sən düyün açmaqda müşk ol dünyada.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets