Khosrow and Shirin, chapter 48
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو شاهنشاه صبح آمد بر اورنگسپاه روم زد بر لشگر زنگ
برآمد یوسفی نارنج در دستترنج مه زلیخاوار بشکست
شد از چشم فلک نیرنگسازیگشاد ابرویها در دلنوازی
در پیروزهگون گنبد گشادندبه پیروزی جهان را مژده دادند
زمانه ایمن از غوغا و فریادزمین آسوده از تشنیع و بیداد
به فال فرخ و پیرایهٔ نونهاده خسروانی تختِ خسرو
سراپرده به سدره سر کشیدهسماطینی به گردون بر کشیده
ستاده قیصر و خاقان و فغفوریک آماج از بساط پیشگه دور
به هر گوشه مهیا کرده جاییبر او زانو زده کشورخدایی
طرفداران که صف در صف کشیدندز هیبت پشت پای خویش دیدند
کسی کش در دل آمد سر بریدننیارست از سیاست باز دیدن
ز بس گوهر کمرهای شبافروزدر گستاخبینی بسته بر روز
قبا بسته کمردارانِ چون پیلکمربندی زده مقدار دَه میل
در آن صف کهآتش از بیم آب گشتیسخن گر زر بدی، سیماب گشتی
نشسته خسرو پرویز بر تختجوان فَر و جوان طبع و جوان بخت
دو رویه گِردِ تخت پادشاییشکشیده صف غلامان سراییش
ز خاموشی در آن زرینهپرگارشده نقش غلامان نقش دیوار
زمین را زیر تخت آرام دادهبه رسم خاص بار عام داده
به فتحالباب دولت بامدادانز در پِیکی در آمد سخت شادان
زمین بوسید و گفتا شادمان باشهمیشه در جهان، شاهِ جهان باش
تو زرین بهره باش از تخت زرینکه چوبین بهره شد بهرام چوبین
نشاط از خانهٔ چوبین برون تاختکه چوبین خانه از دشمن بپرداخت
شهنشاه از دل سنگین ایاممثل زد بر تن چوبین بهرام
که تا بر ما زمانه چوبزن بودفلک چوبکزن چوبینهتن بود
چو چوب دولت ما شد برآورمه چوبینه چوبین شد به خاور
نه این بهرام اگر بهرام گور استسرانجام از جهانش بهره گور است
اگر بهرام گوری رفت ازین دامبیا تا بنگری صد گور بهرام
جهان تا در جهان یاریش میکردتمنای جهانداریش میکرد
کجا آن شیر کز شمشیرگیریچو مستان کرد با ما شیرگیری
کجا آن تیغ کهآتش در جهان زدتپانچه بر درفش کاویان زد
بسا فرزانه را کاو شیرزاد استفریب خاکیان بر باد داده است
بسا گرگ جوان کز روبَهِ پیربه افسون بسته شد در دام نخجیر
از آن بر گرگ روبَه راست شاهیکه روبَه دام بیند گرگ ماهی
بسا شه کَز فریب یافهگویانخصومت را شود بیوقت جویان
سرانجام از شتابِ خامتدبیربه جای پرنیان بر دل نهد تیر
ز مغروری کلاه از سر شود دورمبادا کس به زور خویش مغرور
چراغ اَر چه ز روغن نور گیردبسا باشد که از روغن بمیرد
خورشها را نمک رو تازه داردنمک باید که نیز اندازه دارد
مخور چندان که خرما خار گرددگوارش در دهن مُردار گردد
چنان خور کز ضرورتهای حالتحرام دیگران باشد حلالت
مُقیمی را که این دروازه بایدغم و شادیش را اندازه باید
مَجو بالاتر از دوران خود جایمکش بیش از گلیم خویشتن پای
چو دریا بر مزن موجی که داریمپر بالاتر از اوجی که داری
به قدر شغل خود باید زدن لافکه زردوزی نداند بوریاباف
چه نیکو داستانی زد هنرمندهلیله با هلیله قند با قند
نه فرخ شد نهاد نو نهادنره و رسم کهن بر باد دادن
به قندیل قدیمان در زدن سنگبه کالای یتیمان بر زدن چنگ
هر آن کاو کِشت تخمی، کشته بر دادنه من گفتم که دانه زو خبر داد
نه هر تخمی درختی راست رویدنه هر رودی سرودی راست گوید
به سرهنگی حمایل کردنِ تیغبسا مه را که پوشد چهره در میغ
تو خونریزی مبین کاو شیر گیردکه خونش گیرد اَر چه دیر گیرد
از این ابلقسوارِ نیمزنگیکه در زیر ابلقی دارد دو رنگی
مباش ایمن، که با خوی پلنگ استکجا یکدل شود؟ آخر دو رنگ است
ستم در مذهب دولت روا نیستکه دولت با ستمگار آشنا نیست
خری در کاهدان افتاد نآگاهنگویم وای بر خر، وای بر کاه
مگس بر خوان حلوا کی کند پشت؟به انجیری غُرابی چون توان کشت؟
به سیم دیگران زرین مکن کاخکزین دین رخنه گردد، کیسه سوراخ
نگه دار اندرین آشفته بازارکدین گازُر از نارنج عطار
مشو خامش چو کار افتد بهزاریکه باشد خامشی نوعی ز خواری
شنیدستم که در زنجیر عامانیکی بودهست ازین آشفتهنامان
چو با او ساختی نابالغی جنگبه بالغتر کسی برداشتی سنگ
بپرسیدند کز طفلان خوری خارز پیران کین کشی؟ چون باشد این کار؟
به خنده گفت اگر پیران نخندندکجا طفلان ستمکاری پسندند
چو دست از پای ناخشنود باشدبه جرم پای، سر مأخوذ باشد
به جباری مبین در هیچ درویشکه او هم محتشم باشد بر خویش
ز عیب نیک مردم دیده بردوزهنر دیدن ز چشم بد میآموز
هنر بیند چو عیب این چشم جاسوستو چشم زاغ بین، نه پای طاووس
تو را حرفی به صد تزویر در مشتمنه بر حرف کس بیهوده انگشت
به عیب خویش یک دیده نمایی؟به عیب دیگران صد صد گشایی؟
نه کم ز آیینهای در عیبجويیبه آیینه رها کن سخترویی
حفاظ آینه این یک هنر بسکه پیش کس نگوید غیبت کس
چو سایه روسیاه آنکس نشیندکه واپس گوید آنچ از پیش بیند
نشاید دید خصم خویش را خردکه نرد از خامدستان کم توان برد
مشو غره بر آن خرگوش زرفامکه بر خنجر نگارد مردِ رسام
که چون شیران بدان خنجر ستیزندبِدو خون بسی خرگوش ریزند
در آب نرمرو منگر به خواریکه تند آید گَه زنهار خواری
بر آتش دل منه کاو رخ فروزدکه وقت آید که صد خرمن بسوزد
به گستاخی مبین در خندهٔ شیرکه نه دندان نماید بلکه شمشیر
هر آن کس کاو زند لاف دلیریز جنگ شیر یابد نام شیری
چو کینخواهی ز خسرو کرد بهرامز کین خسروان خسرو شدش نام
بِهْ اَر با کم ز خود، خود را نسنجیکز افکندن وز افتادن برَنجی
ستیزه با بزرگان بِهْ توان بردکه از همدستیِ خُردان شوی خُرد
نهنگ آن بِهْ که در دریا ستیزدکز آب خُرد ماهی خُرد خیزد
چو خسرو گفت بسیاری درین باببزرگان ریختند از دیدگان آب
فرود آمد ز تخت آن روز دلتنگروان کرده ز نرگس آب گُلرنگ
سه روز اندوه خورد از بهر بهرامنه با تخت آشنا میشد نه با جام
Sübhün şahənşahı təxtinə çıxdı.Zənci qoşununu rumlular yıxdı.
Bir Yusif göründü əldə narıncı,Sındı Züleyxatək ayın turuncu.
Yol vermədi fələk hiyləyə artıq,Dünya güldü, gəldi bir mehribanlıq.
Firuzə günbəddən qapı açıldı.Dünyaya uğurlu müjdə saçıldı.
Fitnədən olmuşdu zəmanə eymən,Yer üzü silindi çirkin əməldən,
Yeni bir şövq ilə gülərkən bəxtiBəzəndi sarayda Xosrovun təxti.
Şahlığın bayrağı hey yüksəlirdi.Uca, sıra tağlar göyü dəlirdi.
Qabağında qeysər, xaqan və fəğfurBir ox mənzilində dayanıb durur.
Hər bucaqda gözəl bir kürsü durmuş.Hər kürsü üstündə bir şah oturmuş.
Ayaq üstündədir səf-səf qoşunlar,Yerə göz dikmişdir heyrətdən onlar.
Başının qədrini bilən hər insanŞahənşaha baxa bilmir qorxudan.
Hər kəmər gövhəri gecəyə nurdu,Bu nurdan gündüzün gözləri kordu.
Filgövdə əsgərlər xəftan geyərək,On mil məsafədə düzülmüş tək-tək.
Onun qorxusundan su olardı köz,Civəyə dönərdi dildə qızıl söz.
Ağlı, təbi, bəxti cavan, ləkəsiz,Taxtda oturmuşdu Xosrovi-Pərviz.
Taxtının yanında çəkərək hasarDurmuşdu cüt cərgə sadiq qulamlar.
Durmuş qızıl kəmər qulam dəstəsi,Divar naxışıtək çıxmırdı səsi.
Taxtı altında yer tutmuşdu aram,Qaydayla hüzura gəlir hər adam.
Dövlət qapıları açılan zamanBir qasid sevincək girdi qapıdan.
Yeri öpüb dedi: "Şahım var olsun!Bu dünyada hökmü bərqərar olsun!
Səadətlə otur bu qızıl taxta,Bəhramın nəsibi oldu bir taxta.
Bəhramın evini tərk etdi şahlıq,Şahın bu düşməni yox oldu artıq."
Xosrov dedi: "Dünya fanidir, fani.Bəhram edəcəkdir hər bir insanı.
Zəmanə bizlərə vuranda kötək,Qaravul çəkirdi Bəhrama fələk.
Bəxtimin ağacı gətirəndə barBəhramın üzünü örtdü taxtalar.
Bir bu Bəhram deyil, olsa Bəhram-Gur,Dünyada nəsibi olacaqdır gor.
Bəhrami-Gur əgər tərk etdi toru,Yüz Bəhramın vardır dünyada goru.
Bəhram sağkən dünya ona köməkdi,Dünyanı tutmağa çox həsrət çəkdi.
Hanı bəs o şir ki, igidliyindən.Məst olub, bizimlə döyüşdü birdən?
Hanı o dünyagir, ağzı qan qılınc?Gavə bayrağına qan saçan qılınc?
Bir çox şir ürəkli, ağıllı insanDünya hiyləsinə olmuşdur qurban.
Salmışdır bəndə çox şirləri, bil ki.Əfsunlar oxuyan bu qoca tülkü.
Çoxuna pələng, şir öldürən deyəVerdilər it kimi qurda hədiyyə.
Tülkü şahlıq edir qurdlara, çünkiQurd balığı görür, tələni tülkü.
Boşboğaz məkrinə çox şahlar uyur,Yersiz düşmənçilik əsası qoyur.
Pis nəticə verir sonda xam tədbir,Döşünü ipək yox, oxlar bəzəyir.
Güvənmək papaqsız eyləyir başı,Gücə güvənməmək yaxşıdır, yaxşı.
Yağdan qüvvət alıb yansa da çıraq,Çox olsa çırağı söndürəcək yağ.
Duzla ağarsa da xörəyin üzü,Gərək qədərincə tökəsən duzu.
Xurmanı az ye ki, tikan olmasın.Yaxşı xörək gəlib yaman olmasın.
Lazım olanı ye məqbul qədərdə,Halal olsun sənə haram şeylər də.
Bu darvazada ki, mənzil etmisən,Kədərdə, sevincdə hüdud gözlə sən.
Dövranından çıxma heç yüksəklərə,Ayağını uzat yorğana görə.
Hədsiz dalğalanma sən də dəniztək,Çalışma uçmağa özündən yüksək.
Öz işinə görə söz danış hər an,Bafta toxuyarmı həsir toxuyan?
Bu ağıllı sözlər nadir gövhərdir:"Əzvay yenə əzvay şəkər - şəkərdir!"
Yeni dəb gətirmək nə lazım elə,Köhnə qaydaları verməsən yelə?
Qədim qəndilləri vurub sındırma,Yetimin malına heç yaxın durma.
Hər tum əkən ondan götürər bəhər,Məndən yox, toxumdan gəlir bu xəbər.
"Mənəm, mənəm" deyib çox qılınc taxanTorpaqlar altında yatır bu zaman.
Sanma ki, qan töküb aslan ov udar,Gec də olsa bir gün onu qan tutar.
Dövlətlə zülm olmaz bir yerdə, əlbət,Zalımlara dövlət göstərməz ülfət.
Samanlığa düşsə əgər bir eşşək,Eşşək yox, samana gərək vay deyək.
Halvaya göz yuman bir milçək hanı?Əncirçün öldürmək olmaz qarğanı.
Yadlar zinətilə ev bəzəmə sən,Dinə rəxnə düşər, deşilər kisən.
Bu tünlük bazarda baxma ki, əttarBoyaqçı küpünə narıncı atar.
Çətinə düşsə iş, sən olma sakit,Sakitlik köməkdir zülmə, bil, eşit!
Deyirlər ki, bir gün ağıllı bir kəs"Mən dəliyəm" deyə elə yayır səs.
Bir uşaq onunla girsə savaşa,Dərhal böyükləri basarmış daşa.
Soruşurlar: "Uşaq səni vurarkənNeçin öc alırsan sən qocalardan?"
Gülümsəyib deyir: "Gülməsə qocaUşaq pis iş tutmaz ömrü boyunca.
Narazı olarsa ayaqdan əllər,Ayaqlara görə başı döyərlər."
Təkəbbürlə baxma dərvişə zinhar,Onun da özünün bir aləmi var.
Yaxşı adamların göz yum eybinə,Yaxşı şey öyrətməz yaman göz sənə.
Bu göz nöqsan görür hər bir hünərdə,Bir ləkə axtarır hər saf gövhərdə.
Gözlərin qarğanın gözündə olsun,Çirkin ayağına baxma tovusun.
Yüz nöqsanın varkən, dinmə, sus barı,Özgədə axtarma o nöqsanları.
Bir gözlə baxırsan öz eybinə sən,Gözlərin yüz olur özgədə görsən.
Ey eyb axtarmaqda ayna olan şəxs!Aynanın işini sən görmə əbəs.
O, sirr saxlayandır, heç bir kimsəninEybini yanında söyləməz sənin.
Üzdə gördüyünü dalda deyənlərQapqara olurlar - kölgədən betər.
Kiçik hesab etmə kim düşmənindir,Nərdi xam adamdan udmaq çətindir.
Xəncərlər üstündə rəssamlar çəkənQızıl dovşanlara arxalanma sən.
Döyüşən zamanda onunla şirlər -Çox dovşan qanını tökər o xəncər.
Xətərsiz sanma lal axan suları,Tünd axsa dağıdar xanimanları.
Oda uyma, demə üz nurlandırar,Vaxt olar yüzlərcə xırman yandırar.
Aslan gülüşünə əmin olma, bil,O, qılınc göstərir sənə, diş deyil.
Cürətdən dəm vuran qoçaq adamlarŞir yıxandan sonra şir adı alar.
Xosrovu yıxmaqçün, gördünmü, BəhramXosrovla vuruşub aldı böyük nam.
Özündən alçaqla çəkin qovğadan,Yıxıb-yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan ad alar,Alçaqla vuruşan özü alçalar.
Nəhəng vuruşuna dəniz də azdır,Xırda balıqların yeri dayazdır."
Xosrov bu şeylərdən etdikcə söhbət,Böyüklər ağladı göstərib riqqət.
Xosrov taxtdan endi, artdı qayğısı,Gözlərindən axdı çox gül rəngli su.
Düz üç gün Bəhramçün batdı kədərə,Nə taxta əl vurdu, nə qədəhlərə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-48
Use ← → keys to move, R for a random poem
More by this author
So saying, seated in that palmy grove,To Lailí thus he breathed his lay of love.
Layla and Majnun, chapter 42Through many a town and bower had spreadThe maniac's tale— all anxious read
Layla and Majnun, chapter 43How beautifully blueThe firmament! how bright
Layla and Majnun, chapter 44In summer all is bright and gay;In autumn verdure fades away,
Poems by other poets
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,