سر خیل سپاه تاجدار‌انسر جملهٔ جمله شهریار‌ان

خاقان جهان ملک معظممطلق ملک الملوک عالم

دارندهٔ تخت پادشاهیدارای سپیدی و سیاهی

صاحب جهت جلال و تمکینیعنی که جلال دولت و دین

تاج ملکان ابوالمظفرزیبندهٔ ملک هفت کشور

شروان‌شه آفتاب سایهکیخسرو کیقباد پایه

شاه سخن اخستان که نامشمهری است که مهر شد غلامش

سلطان به ترک چتر گفتهپیدا نه خلیفهٔ نهفته

بهرام نژاد و مشتری چهردر صدف ملک منوچهر

زین طایفه تا به دور اولشاهی‌ش به نسل در مسلسل

نطفه‌اش که رسیده گاه بر گاهتا آدم هست شاه بر شاه

در ملک جهان که باد تا دیرکوته قلم و دراز شمشیر

اورنگ نشین ملک بی‌نقلفرمانده بی‌نقیصه چون عقل

گردن‌کش هفت چرخ گردانمحراب دعای هفت مردان

رزاق نه‌، که‌آسمان ارزاقسردار و سریر‌دار آفاق

فیاضهٔ چشمهٔ معانیدانای رموز آسمانی

اسرار دوازده علومشنرم است چنانکه مهر مومش

این هفت قواره شش انگشتیک دیده چهار دست و نه پشت

تا بر نکشد ز چنبر‌ش سرمانده است چو حلقه سر به چنبر

دریا‌ی خوشاب نام داردزو آب حیات وام دارد

کان از کف او خراب گشتهبحر از کرمش سراب گشته

زین سو ظفر‌ش جهان ستاندزان سو کرمش جهان فشاند

گیرد به بلارک روانهبخشد به جناح تازیانه

کوثر چکد از مشام بختشدوزخ جهد از دماغ لختش

خورشید ممالک جهان استشایستهٔ بزم و رزم از آن است

مریخ به تیغ و زهره با جامبر راست و چپش گرفته آرام

زهره دهدش به جام یاریمریخ کند سلیح داری

از تیغش کوه لعل خیزدوز جام چو کوه لعل ریزد

چون بنگری آن دو لعل خون‌خوارخونی و میی است لعل کردار

لطفش به گه صبوح ساقیلطفی است چنانکه باد باقی

زخمش که عدو بدوست مقهورزخمی است که چشم‌زخم ازو دور

در لطف چو باد صبح تازدهرجا که رسد جگر نوازد

در زخم چو صاعقه است قتالبر هر که فتاد سوخت در حال

لطف از دم صبح جان فشان‌ترزخم از شب هجر جان‌ستان‌تر

چون سنجق شاهی‌اش بجنبدپولادین صخره را بسنبد

چون طرهٔ پرچمش بلرزدغوغای زمین جوی نیرزد

در گردش روزگار دیر استکه‌آتش زبر است و آب زیر است

تا او شده شهسوار ابرشبگذشت محیط آب از آتش

قیصر به درش جنیبه داریفغفور گدای کیست باری

خورشید بدان گشاده‌رویییک عطسهٔ بزم اوست گویی

وان بدر که نام او منیر استدر غاشیه داری‌اش حقیر است

گویند که بود تیر آرشچون نیزه عادیان سنان‌کش

با تیر و کمان آن جهانگیردر مجری ناوک افتد آن تیر

گویند که داشت شخص پرویزشکلی و شمایلی دلاویز

با گرد رکابش ار ستیزدپرویز به قایمی بریزد

بر هر که رسید تیغ تیز‌شبربست اجل ره گریز‌ش

بر هر زرهی که نیزه راندهیک حلقه در آن زره نمانده

زوبینش به زخم نیم خوردهشخص دو جهان دو نیم کرده

در مهر چو آفتاب ظاهردر کینه چو روزگار قاهر

چون صبح به مهر بی‌نظیر استچون مهر به کینه شیرگیر است

بربست به نام خود به شش حرفگرد کمر زمانه شش طرف

از شش زدن حروف نامشبر نرد شده ندب تمامش

گر دشمن او چو پشه جوشدبا صرصر قهر او نکوشد

چون موکب آفتاب خیزدسایه به طلایه خود گریزد

آنجا که سمند او زند سمشیر از نمط زمین شود گم

تیرش چو برات مرگ راندکس نامهٔ زندگی نخواند

چون خنجر جزع گون برآردلعل از دل سنگ خون برآرد

چون تیغ دو رویه برگشایدده ده سر دشمنان رباید

بر دشمن اگر فراسیاب استتنها زدنش چو آفتاب است

لشگر گره کمر نبستهکو باشد خصم را شکسته

چون لشگر او بدو رسیدهاز لشگر خصم کس ندیده

صد رستمش ارچه در رکاب استلشکر شکنیش ازین حساب است

چون بزم نهد به شهریار‌یپیدا شود ابر نو بهاری

چندان که وجوه ساز بیندبخشد نه چنانکه باز بیند

چندان که به روزی او کند خرجدوران نکند به سال‌ها درج

بخشیدن گوهر‌ش به کیل استتحریر غلام خیل خیل است

زان جام که جم به خود نبخشیدروزی نبود که صد نبخشید

سفتی جسد جهان نداردکز خلعت او نشان ندارد

با جودش مشک قیر باشدچینی نه که چین حقیر باشد

گیرد به جریده‌ای حصاریبخشد به قصیده‌ای دیاری

آن فیض که ریزد او به یک جوشدریا‌ش نیاورد در آغوش

زر با دل او که بس فراخ استگویی نه زر است سنگلاخ است

گر هر شه را خزینه خیزدشاه اوست کز او خزینه ریزد

با پشه‌ای آن چنان کند جودکه‌افزون کندش ز پیل محمود

در سایهٔ تخت پیل سایشپیلان نکشند پیل پایش

دریای فرات شد ولیکندریای روان فرات ساکن

آن روز که روز بار باشدنوروز بزرگوار باشد

نادیده بگویم از جد و بختکاو چون بود از شکوه بر تخت

چون بدر که سر برآرد از کوهصف بسته ستاره گردش انبوه

یا چشمهٔ آفتاب روشنکاید به نظاره گاه گلشن

یا پرتو رحمت الهیکاید به نزول صبحگاهی

هر چشم که بیند آنچنان نورچشم بد خلق ازو شود دور

یارب تو مرا که‌اویس ناممدر عشق محمدی تمامم

زان شه که محمدی جمال استروزیم کن آنچه در خیال است

Sən şahlıq taxtının şahsüvarısan,Qaranın və ağın hökmdarısan.

Tac sahiblərinin başçısısan sən,Şahlar ordusunun sərkərdəsisən.

Ey şahlar içində mütləq olan şah!Ey dünya xaqanı, böyük padişah!

Şöhrətin tutmuşdur bütün mahalı,Dinin və dövlətin sənsən calalı.

Şahlığın taxtını sənsən saxlayan,Hökmünə baş əyir bu yer, bu ümman.

Şahların tacısan, Əbülmüzəffər,Yeddi məmləkətə sən oldun zivər.

Kölgən bir günəşdir, sən alov kimi,Keyqubad rütbəli Keyxosrov kimi.

Adın Axsitandır, özün söz bilən,Göydəki günəşin ağasısan sən.

Sən ki, padişahsan, açıq, aşikar,Gizli xəlifəsən, böyük hökmüdar.

Bu Bəhram nəsəbli, ülkər üzlü sən,Məlik Mənuçehrin sədəf dürrüsən.

Bu tayfa şahlığı nəsildən-nəslə,Gəlib keçə-keçə oldu silsilə.

Onun şah əcdadı aransa əgər,Şahdan-şaha gedir Adəmə qədər,

İstərəm, bu böyük şahda daima,Qılınc uzun olsun, qələmsə qısa.

Daimi bir taxtda o bərqərardır.Ağıl tək nöqsansız bir hökmüdardır.

O, yeddi göylərə boyun əyməyənYeddi ərənlərə qiblədir, bilsən.

Ruzi verən deyil, ruzi göyüdür,Dünyanın sərdarı, həm böyüyüdür,

Mənalar çeşməsi gözündə qaynar,Qəlbində göylərin gizli sirri var.

On iki elmin də sirrləri bütünƏlində mum kimi yumşalır hər gün.

Bu yeddi örtüklü, altı barmaqlı,Bir gözlü, dörd əlli, doqquz ayaqlı,

Onun çəmbərindən çıxmasın deyə,Qalıb çəmbərində dönmüş həlqəyə.

Adı şirin sulu bir kainatdır,Varlığı aləmə abi-həyatdır.

Dağılmış mədənlər onun əliylə,Artmış kərəmindən dənizlər belə.

Bir yandan dünyanı tutur zəfəri,Bir yandan əfv edir kərəm əlləri.

Cövhərli qılıncdan tutaraq çapar,Yaxından ötəni vurar, qamçılar.

Bəxtinin burnunda kövsər suyu var,Onun toppuzundan alovlar qalxar.

O, dünya mülkünə böyük işıqdır,Məclisə, meydana bir yaraşıqdır.

Mərrixdə bir qılınc, Zöhrədə bir cam,Sağında, solunda durmuşlar müdam.

Zöhrə şərab verir cam ilə ona,Mərrix silah alıb düşür ardına.

Qılıncı qaldırır bir ləl dağı,Camından tökülür ləl bulağı.

Bu iki qan rəngli lələ baxanda,Ləlin rəngindədir şərab da, qan da.

Sübhün saqisidir onun kərəmi,Lütfü çox yaşasın, tutsun aləmi.

Düşməni qəhr edən zərbələri var,Ondan uzaq olsun yaman baxışlar.

Lütfü-səhər yeli, əsər hər yerə,Əsər, nəfəs verər ağciyərlərə.

Elə bil zərbəsi odlu şimşəkdir,Toxunsa hər kəsə qəhr edəcəkdir.

Sabah yeli kimi lütfü can verər,Hicran axşamı tək zərbi öldürər.

Gəlsə hərəkətə şahlıq sancağı,Deşər polad kimi döşündən dağı.

Bayraq qotazları titrəsə əgər,Zəlzələ görünər bir arpa qədər.

Belə bir qanun da vardır dünyada:Od yüksəkdə durur, su aşağıda.

Atı oda bənzər, özü suya, bax,Bulut od üstündə qərar tutaraq.

Onun qapısında mehtərdir Qeysər,Fəğfur o qapıda gəlib dilənər.

Nə qədər parlasa günəşin üzü,Şahın məclisində sönükdür, düzü.

Ay ki, bədirlənib, nura bürünər,O da qapısında solğun görünər.

Uçarmış Arəşin oxu deyirlər,Ad qəbiləsinin nizəsi qədər

O, ox şahımızla yarışsa əgər,Kamandan çıxmamış torpağa düşər

Deyirlər, Pərvizin hüsnü, cəmalıBaxdıqca oxşarmış qəlbi, xəyalı,

Atının tozuyla tutuşsa Pərviz.Qalmaz camalından zərrə qədər iz.

Kimə şah qılıncı dəydisə bir əl,Qurtuluş yolunu bağladı əcəl.

Hansı bir zirehə dəydi nizəsi,Parça-parça oldu bütün həlqəsi.

Atdığı zubinin hər nişanındanİkiyə bölündü bu iki cahan.

Lütfü parlaq olan bir günəş kimi,Qəhr edər tufan tək qəzəbi, kini.

Qılığı bir səhər yelidir, gerçək,Qəzəbi şir tutur göydə günəş tək.

Altı hərfi olan adıyla bilsən,Dünyanı bağlamış altı tərəfdən.

Bu altı hərf ki, şeş atdı yenə,Düşdü nərd oyunu şahın xeyrinə.

Düşməni milçək tək qaynasa belə,Tab etməz qəhrindən əsən bir yelə.

Günəşin ordusu boy versə əgər,Xəlvətə çəkilər qaçar kölgələr.

Atının dırnağı dəyən yerlərdəPələnglər, aslanlar görünməz bir də.

Ölümün baratı yağsa oxundan,Həyat naməsini olmaz oxuyan.

Qınından qılıncı çıxarsa bir əl,Daşların bağrında qana dönər ləl.

Ağzını açarsa qılıncı bir an,On-on baş itirər önündə düşman.

Düşmən qarşısında Əfrasiyabdır,Təkbətək döyüşdə günəşə babdır,

Qoşun kəmərini bağlamamışdan,Düşməni məhv edər bu mərd Axsitan.

Qoşunu arxadan gələnə qədərDüşmən ordusundan qoymaz bir nəfər.

Onun rikabında yüz Rüstəm durar,Yenər qarşısında böyük ordular.

Şahlıq məclisini açıb quranda,İlk bahar bulutu görünər onda.

Nə qədər çox olsa orda simü-zər,Bağışlar hamsını sonuna qədər.

Bir günlük xərcinə qoyduğu mayaUzun illər boyu alınmaz saya.

Bu şah çanaq-çanaq pullar bağışlar,Bir də dəstə-dəstə qullar bağışlar.

O camdan ki, Cəmşid qıymaz özünə,Bəxş edər qullardan hər gün yüzünə.

Hələ yer üzündə yoxdur bir insanOnun xələtindən geyməsin nişan.

O, müşgü qır kimi paylar hər yana,Çini bir hədiyyə verər mərdana.

O, bircə fərmanla bir qala alar,Bircə qəsidəyə ölkə bağışlar.

Hesabsız, ölçüsüz nemətləri var,Dərya qucağına sığışmaz onlar.

Qəlbi çox genişdir, ora nəzər qıl,Çınqıllar kimidir əlində qızıl.

Kimin xəzinəsi artsa dünyada,Şirvanşah puluyla çoxalır o da.

Milçəyi doydursa bizim hökmüdar,Mahmudun filindən qüvvətli olar.

Fil boyda təxtinin sayəsində, bil,İçilən qədəhi götürməz bir fil.

Şahımız dənizdir, Fəratdır, lakin,Dəryası axandır, Fəratı sakin.

O gün ki, bar verər böyük hökmüdar.Ən böyük bir novruz bayramı olar.

Səyindən, bəxtindən yazdım görmədən,Nə yazım təxtdəki əzəmətindən?

O, dağ arxasından çıxan bir aydır,Yanında ulduzlar alay-alaydır.

Günəş çeşməsidir böyük hökmüdar,Onunla canlanır bizim çəmənzar.

Göyün yerə enmiş bir səhəridir,Allahın mərhəmət şəfəqləridir.

Hər göz ki, o nuru görər cahanda,O yaman gözlərdən olar amanda.

Yarəb mən ki, Üveys adını aldım,Məhəmməd eşqinə mən sadiq qaldım.

Məhəmməd sifətli o şah həzrətiVersin xəyalımda olan neməti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets