ای عالم جان و جان عالمدلخوش کن آدمی و آدم

Sən, ey can aləmi, ey aləmə can!Ey insan qəlbini güldürən insan!

تاج تو ورای تاج خورشیدتخت تو فزون ز تخت جمشید

Günəşin taxtından tacın ucadır,Cəmşidin taxtından taxtın qocadır.

آبادی عالم از تمامیتوآزادی مردم از غلامیت

Sənin idrakınla dünya abaddır,Sənə qul olmaqla insan azaddır.

مولا شده جملهٔ ممالکتوقیع ترا به صحّ ذلک

Sənin fərmanınla bütün ölkələrAzad nəfəs alır, düzdür bu xəbər.

هم ملک جهان به تو مکرمهم حکم جهان به تو مسلم

Bir sən əzizlədin bütün dünyanı,Sənindir dünyanın hökmü, fərmanı,

هم خطبهٔ تو طراز اسلامهم سکهٔ تو خلیفه احرام

İslamın bəzəyi olmuşdur xütbən,Xəlifə puludur sənin bu sikkən.

گر خطبهٔ تو دمند بر خاکزر خیزد از او به جای خاشاک

Biz sənin duanla öpsək torpağı.Qızıl güllər açar qanqal yarpağı.

ور سکه تو زنند بر سنگکس در نزند به سیم و زر چنگ

Bir sənin sikkəni vursalar daşa,Qızıl-gümüş olar yer başdan-başa.

راضی شده از بزرگواریتدولت به یتاق نیزه داریت

Nədir o səndəki şanlı əzəmət?Keşikçin olmuşdur sənin səadət.

میرآخوری تو چرخ را کارکاه و جو از آن کشد در انبار

Mehtərin olmuşdur fələk, hər zaman,Arpa-saman alır o anbarından.

آنچ از جو و کاه او نشان استجو خوشه و کاه کهکشان است

Nədir, mən dediyim bu arpa-saman?Bu arpa-sünbüldür, saman-kəhkəşan.

بردی ز هوا لطیف خوییوز باد صبا عبیر بویی

Sən səhər yelinin ətrini çaldın,Bu xoş təbiəti havadan aldın.

فیض تو که چشمهٔ حیات استروزی ده اصل امهات است

Həyat çeşməsidir bu səxavətin,Dünyanı doydurur sənin dövlətin.

پالودهٔ راوق ربیعیخاک قدم تو از مطیعی

Bu əlvan çiçəkli nazənin baharSənin ayağını öpmək arzular.

هرجا که دلی است قاف تا قافاز بندگی تو می‌زند لاف

Məşriqi, məğribi alan könüllərSənin hüzurunda qul olmaq dilər.

چون دست ظفر کلاه بخشیچون فضل خدا گناه بخشی

Zəfər əli kimi tac bağışlarsan,Günahı, tanrı tək, sən bağışlarsan

باقی است به ملک در سیاستپیش و پس ملک هست پاست

Bu dünya səninlə olmuş bərqərar,Sənə bütün aləm keşikçi durar.

گر پیش روی چراغ راهیور پس باشی جهان پناهی

Sən qabaqda getsən, yol çırağısan,Arxada qalanda el dayağısan.

چون مشعله پیش بین موافقچون صبح پسین منیر و صادق

İşıqsan yollara məşəllər kimi,Şəfəqin aydındır son səhər kimi.

دیوان عمل نشان تو داریحکم عمل جهان تو داری

Səndədir işlərin hökmü, divanı,Hökmün dolandırır bütün dünyanı.

آنها که در این عمل رئیسندبر خاک تو عبدُه‌ُ او نویسند

Kimsə bu dünyada ən baş hökmüranÖzünü qul sayır qarşında, inan.

مستوفی عقل و مشرف رایدر مملکت تو کار فرمای

Ağlın, iradənin gücü var səndə,Onlar iş aparır sənin ölkəndə.

دولت که نشانهٔ مراد استدر حق تو صاحب اعتقاد است

Məqsəd nişanəsi yaranmışsa vaxt,Bir sənə inanıb, sığınır hər vaxt,

نصرت که عدو ازو گریزداز سایهٔ دولت تو خیزد

Qələbəm düşməni qaçıra bilir,Bu, sənin sayəndə əldə edilir.

گویی عملت که نور دیده استاز دولت و نصرت آفریده است

Səndəki göz nuru sayılan sancaqDövlətdən, nüsrətdən yaranmış ancaq

با هر که به حکم هم نبردیبندی کمر هزار مردی

Hər kimlə döyüşsən, onu dağlarsan,Min igid belinə qurşaq bağlarsan.

بی‌آنکه به خون کنی برش رادر دامنش افکنی سرش را

Onun vücudundan tökülməmiş qan,Başını qarşında yerə salarsan.

وآنکس که نظر بدو رسانیبر تخت سعادتش نشانی

Cahanda hər kimə yetirsən nəzər,Səadət taxtında gəlib, əyləşər.

بر فتح نویسی آیتش راواباد کنی ولایتش را

Onun taleini sən şad edərsən,Xarab ölkəsini abad edərsən.

گرچه نظر تو بر نظامیفرخنده شد از بلند نامی

Böyüklük, ucalıq səndədir deyə,Xoşbəxtlik gətirdin bu Nizamiyə.

او نیز که پاسبان کوی استبر دولت تو خجسته روی است

O da sarayının keşikçisidir,Sayəndə özünü bəxtiyar bilir.

مرغی که همای نام داردچون فرخی تمام دارد

Gör, hüma quşunun gülür varlığı,Sonsuzdur bu quşun bəxtiyarlığı.

این مرغ که مهر تست مایه‌شنشگفت که فرخست سایه‌ش

Bu quş ki, eşqinlə qidalanır, bil,Sənin kölgəndədir, pərişan deyil.

هر مرغ که مرغ صبحگاه استورد نفسش دعای شاه است

Səba quşları ki, ötür hər səhər,Şahın duasıdır dilində əzbər.

با رفعت و قدر نام داردبر فتح و ظفر مقام دارد

Böyükdür cahanda şöhrətin, namın,Zəfərdir, fəthdir yalnız məqamın.

با رفعت و قدر باد جاهتبا فتح و ظفر سریر و گاهت

Ucalsın calalın, ağ olsun baxtın,Zəfərlə bəzənsin sarayın, taxtın.

عالم همه ساله خرم از تومعزول مباد عالم از تو

İl boyu şadlanır sayəndə aləm,Aləm ayrılmasın sayəndən bir dəm.

اقبال مطیع و یار بادتتوفیق رفیق کار بادت

Səadət daima sənə yar olsun,Səninlə bir yerdə o da var olsun.

چشم همه دوستان گشادهاز دولت شاه و شاهزاده

Verirəm dostlara şad xəbəri mən,Şahın, şahzadənin mərhəmətindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets