Saqi, nə yatıbsan, dur, mey ver ki, bahar gəldi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Saqi, nə yatıbsan, dur, mey ver ki, bahar gəldi,Tale yenə iş üstə, köksündə vüqar gəldi.
Bir danə vəfa toxmu əkmişdim o gülşəndə,Gül açdı haman danə, gülüzarinə bar gəldi.
Səpdi su ciyər çeşməm, könlün bağı gülləndi,Bir böylə gözəl bağə nazilə şikar gəldi.
Solmuşdu, qarışmışdı min dərd ilə əhvalım,Dirçəldi küsən könlüm, səbr ilə qərar gəldi.
İqbal nə gözəl gəlmiş, bundan da gözəl olmaz,Qulluqda durub bəxtim, didarına yar gəldi.
Bütlər şahı hazirdir, şahlar şahı hazirdir,Gövhər belə nurani, nərgiz də xumar gəldi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Şükr eylə, Nizami, gəl tufanlar arasındanBəxtin gəmisi çıxdı, fəthilə kənar gəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-saqi-ne-yatibsan-dur-mey-ver-ki-bahar-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.
İndiA beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.