بیا ساقی آن می‌که محنت‌بَر استبه چون من کسی ده که محنت‌خوَر است

Ey saqi, əl uzat qəm qovan meyə,Durma, ver mən kimi qəlbi dərdliyə.

مگر بوی راحت به جانم دهدز محنت زمانی امانم دهد

Rahatlıq ətriylə dirçəlsin bu can,Qurtulum kədərdən, qəmdən bir zaman.

مبارک بوَد فال‌ِ فرخ زدننه بر رخ زدن بلکه شه‌رُخ زدن

Yaxşıdır hər falı xeyr işə yormaq,“Rux”u yox, oyunda “şahrux”u vurmaq,

بلندی نمودن در افکندگیفراهم شدن در پراکندگی

Alçalırkən belə uca görünmək,Sarsılıb durarkən yenə öyünmək.

چو شمع از درون‌سو جگر سوختنبرون‌سو ز شادی برافروختن

Şam kimi bağrının içindən yanmaq,Zahirdə sevinclə nura boyanmaq.

چو عاجز شود مرد چاره سگالز بیچارگی در گریزد به فال

Hər işdə bir miskin aciz qılınca,Qaçar acizlikdən falçı dalınca.

کلید آرد از ریگ و سنگی به چنگکه آهن بسی خیزد از ریگ و سنگ

Əlinə keçirir daş, qumdan açar,Daş, qumdan çox zaman dəmir də çıxar.

دری را که در غیب شد ناپدیدبجز غیب‌دان کس نداند کلید

Bir qapı qeybdən yox olsa hərgah,Kimsə aça bilməz, açar bir Allah.

ز بهبود زن فال‌، کان سود‌ِ تستکه به بود تو اصل بهبود تست

Xeyrə vur falını, faydan ondadır,Çünki xoş fal vurmaq uğur yaradır.

مرنج ار نزاری که فربه شویچو گویی کز این به شوم‌، به شوی

İnləmə “xəstəyəm” deyə, ey filan,Desən ki, “sağlamam” sağlam olarsan.

ز ما قرعه بر کاری انداختنز کار آفرین کارها ساختن

Hər işdə bizdən bir qürə atmaqdır,İşləri sazlayan yalnız o Haqdır.

درین پرده که‌انصافْ یاری‌ده استاگر پرده کج نیاری‌، به است

İnsaf bu pərdədə bizə məhəkdir,Tərs pərdə çıxarmaq nəyə gərəkdir.

دلا پرده تنگ است یارم تو باشز پرده‌دران پرده‌دار‌م تو باش

Könül, pərdə dardır, sən mənə yar ol!Pərdə yırtanlardan sən pərdədar ol!

گزارنده بیت غرای منکه شد زیب او زیور‌آرا‌ی من

Bu parlaq beytləri hekayət edən,Mənim ziynətimə yaraşıq verən

خبر می‌دهد کان جهان گیر شاهچو بر زد به گردون سر بارگاه

Nəql edir: dünyaya olunca yiyə,İskəndər xeyməni vurunca göyə,

فرستادنی را ز هر مرز و بومفرستاد با استواران به روم

Şahın fərmanıyla hər nə dövlət var,Yunana daşıdı mətin adamlar.

چو گشت از فسون جهان بی‌هراسجهان‌را به گشتن نگهداشت پاس

Dünya hiyləsindən olunca iraq,Dolaşmaq fikrinə sarıldı qıvraq.

همه عالم از مژدهٔ داد اونخوردند یک قطره بی یاد او

Ədlindən müjdələr alınca dövran,Bir qətrə içmədi onu anmadan.

سکندر که فرخ جهاندار بودشب و روز در کار بیدار بود

İskəndər uğurlu şah olduğundanİşində ayıqdı hər an, hər zaman.

به ساز جهان بُرد سازندگینوایی نزد جز نوازندگی

Dünyanın sazını əlinə aldı,Ancaq şəfqət deyə xoş hava çaldı.

جهان گرچه زیر کمند آمدشنکرد آنچه نادلپسند آمدش

Kəməndi altına girincə dünya,Uymadı ürəyə yatmaz havaya.

نیازرد کس را ز گردنکشانپدید آورید ایمنی را نشان

Böyük kimsələrə vermədi ziyan,Asayiş altında yaşadı hər yan.

اگر نیز پهلوزنی را بکشتازو بهتری را قوی کرد پشت

Dikbaşlıq edəni öldürürdüsə,Yerinə qoyurdu ən yaxşı kimsə.

وگر بوم و شهری ز هم برگشادازان به یکی شهر دیگر نهاد

Ölkədə bir şəhər yıxsaydı əgər,Qurardı ondan da gözəl bir şəhər.

زمانه جز این بود نبیند صوابکه این‌را کند خوب و آنرا خراب

Bu dünya belədir, bu vaxta qədərBirini yıxarsa, birini tikər.

سکندر که کرد آن عمارت گریکجا تا کجا سد اسکندری

İskəndər başladı abad etməyə,Oldu hardan-hara İskəndəriyyə.

ز پرگار چین تا حد قیروانبه درگاه او گشت پیکی روان

Çindən Qeyruvana yol var nə qədər,Uca dərgahına axdı qasidlər.

وثیقت طلب کرد هر سروریبه زنهار خواهی ز هر کشوری

Hər padşah vəsiqə alırdı ondan,Ölkələr sığındı ona hər yandan.

از آن تحفه‌ها کان بود دلفریبفرستاد هر کس به آیین و زیب

Dəyərli töhfələr gəldi hər yerdən,Adına yaraşan zərdən, zivərdən.

جهاندار فرمود کز مشک نابنویسند هر جانبی را جواب

İskəndər əmr etdi, cavab olaraqMəktublar müşk ilə yazılsın ancaq.

ازان پس که چندی برآمد براینسری چند زد آسمان بر زمین

Bir zaman ötmüşdü bu qərar üzrə,Göylər dəfələrlə baş vurdu yerə.

خدیو جهان در جهان تاختنبرآراست عزم سفر ساختن

Padişah dünyanı gəzməkçin yenə,Hazırlıqla düşdü səfər qəsdinə.

هنرنامه‌های عرب خوانده بوددر آن آرزو سالها مانده بود

Oxumuş ərəbdən gələn məktubu,İllərcə qəlbində qalmış arizu.

که چون در عجم دستگاهش بودعرب نیز هندوی راهش بود

İstədi büsatı İranda qursun,Ərəb də bu yolda ona baş vursun.

همان کعبه را نیز بیند جمالشود شاد از آن نقش فیروز فال

Kəbəni ziyarət etsin bir zaman,Sevinsin mübarək fallı naxışdan.

چو ملک عجم رام شد شاه رابه ملک عرب راند بنه‌گاه را

Hökmüran olunca bütün İrana,Xeyməni köçürdü Ərəbistana.

به خروارها گنج زر بر گرفتبه عزم بیابان ره اندر گرفت

Xəzinə topladı bir neçə xalvar,Biyaban yolunu tutdu şəhriyar.

سران عرب را زر افشان اوسرآورد بر خط فرمان او

Ərəb başlarını onun baxşışıƏydirdi büsbütün əmrinə qarşı.

چو دیدند فیروزی لشکرشعرب نیز گشتند فرمانبرش

Görüncə əmrinə ram olmuş zəfər,Hökmünə baş əydi dikbaş ərəblər.

چنان تاخت بر کشور تازیانکزو تازیان را نیامد زیان

Yel kimi at sürdü Ərəbistana,Ərəblər düşmədi ondan ziyana.

به هر منزلی کو عنان کرد خوشهمش نزل بردند و هم پیشکش

Hər yerdə atını edincə rahət,Həm bəxşiş saçdılar, həm hədsiz nemət.

بجز خوردنی‌های بایستنیهمان گوسفندان شایستنی

Hər çeşid lüzumlu yeməkdən başqa,Bəslənmiş sürülər verməkdən başqa,

به اندازه دسترس‌های خویشکشیدند بسیار گنجینه پیش

Gücləri çatdıqca şahın önünəHər yerdən çəkdilər ağır xəzinə.

هم از تازی اسبان صحرا نوردهم از تیغ چون آب‌ِ زهراب‌خوَرد

Səhralar dolaşan görkəmli atlar,Zəhərdən su içmiş parlaq qılınc var.

هم از نیزهٔ خطی سی ارشسنانش به خون یافته پرورش

Boyu otuz ərəş, üstü çox parlaq,Nizələr, qan ilə bəslənmiş mizraq.

شتر نیز هم ناقه هم بیسراکشتابنده چون باد و از گرد پاک

Yüyənsiz dəvələr, löklər hər yandan,Toz-torpaq içində yel kimi uçan.

ادیم و دگر تحفه‌های غریبهم از جنس جوهر هم از جنس طیب

Bunlardan başqa çox bəxşişlər daşdı,Yüklənən gön, dəri, nəfis daş-qaşdı.

زمان تا زمان از پی جاه اوکشیدند حملی به درگاه او

Ona hörmət üçün hey zaman-zamanHər yerdən çəkildi yüklənmiş karvan.

جهاندار کان دید‌، بگشاد گنجبه خروارها گشت پیرایه سنج

İskəndər xəzinə ağzını açdı,Qızılı, zinəti xalvarla saçdı.

همه بادیه فرش اطلس کشیدزمین زیر یاقوت شد ناپدید

Atlazdan səhraya fərşlər açaraq,Yaqutlar altında gizləndi torpaq.

سوی کعبه شد رخ برافروختهحساب مناسک در آموخته

Yanaşdı Kəbəyə şən bir üz ilə,Həccin əmalını öyrəndi belə.

قدم بر سر ناف عالم نهادبسا نافه کز ناف عالم گشاد

Dünyanın nafinə basmışdı ayaqAləmin nafindən ənbər açaraq,

چو پرگار گردون بر آن نقطه‌گاهبه پای پرستش بپیموده راه

Çarxın pərgarıtək mərkəz nöqtəniDolaşdı, ziyarət etdi Kəbəni.

طوافی کز او نیست کس را گزیربرآورد و شد خانه را حلقه گیر

Təvafı olduğu kimi bitirdi,Kəbə halqasını ələ gətirdi.

نخستین در کعبه را بوسه دادپناهنده خویش را کرد یاد

Öpərkən Kəbənin qapılarını,Ürəkdən andı o, böyük Tanrını.

بر آن آستان زد سر خویش راخزینه بسی داد درویش را

Başını mübarək qapıya vurdu,Xəzinə saçaraq yoxsul doyurdu.

درم دادنش بود گنج روانشتر دادنش کاروان کاروان

Qızılı su kimi edərdi rəvan,Dəvə bağışladı o, karvan-karvan.

چو در خانه راستان کرد جایخداوند را شد پرستش نمای

Doğrular evində tutunca qərar,Tanrıya pərəstiş etdi tacidar.

همه خانه در گنج و گوهر گرفتدر و بام در مشگ و عنبر گرفت

Kəbəni xəzinə - gövhərə tutdu,Damları müşk ilə ənbərə tutdu.

چو شرط پرستش بجای آوریدادیم یمن زیر پای آورید

Təvaf işlərindən azad olaraq,Basaraq Yəmənin gönünə ayaq,

یمن را برافروخت از گرد خیلچنان چون ادیم یمن را سهیل

Parlatdı Yəməni ordunun tozu,Gönü parladantək Süheyl ulduzu.

دگر ره درآمد به ملک عراقسوی خانه خویش کرد اتفاق

Oradan atını İraqa sürdü,Yunana dönməkçün hazırlıq gördü.

بریدی درآمد چو آزادگانز فرماندهٔ آذر آبادگان

Böyük Azərbaycan hökmüdarındanBir elçi gələrək dedi: “Hökmüran,

که شاه جهان چون جهان رام کردستم را ز عالم تهی نام کرد

Nə üçün ram etdin bütün dünyanı?Sildin ruzigardan zülmü, tüğyanı?

چرا کار ارمن فرو هشت سستنکرد آن بر و بوم را باز‌جُست

Verdin hər ölkəyə qurtuluş, aman,Ərmənə nədən süst baxdı hökmran?

به روز تو این بوم نزدیک ترچرا ماند از شام تاریک‌تر

Doğduğun şəhərə bu yaxın ölkə,Nə üçün bürünsün qaranlıq kölgə?

به ارمن در آتش پرستی کننددگر شاه را زیر دستی کنند

Ərməndə atəşə ibadət edər,Başqa padişaha itaət edər.

در ابخاز کُردی‌ست عادی نژادکه از رزم رستم نیارد به یاد

Orda Ad nəslindən bir pəhləvan var,Qüvvəti Rüstəmin gücünə çatar.

دوالی بنام آن سوار دلیربرآرد دوال از تن تند شیر

Adı Dəvalidir, hər bağrı yarır,Aslan dərisindən yosun qoparır.

دلیران ارمن هواخواه اوکمر بسته بر رسم و بر راه او

Ərməndə yaşayan bütün igidlər,Yalnız bu padşaha boynunu əyər.

همه باده بر یاد او می‌خورندخراج ولایت بدو می‌برند

Hər kəs badə içər onun adına,Yaxın ölkələrdən bac gəlir ona.

اگر شه نخواهد بر او تاختنز ما خواهد این ملک پرداختن

Ordunla bu səmtə hücum etməsən,Ölkəni, şübhəsiz, alacaq bizdən”.

جهاندار کاین زور بازو شنیدسپه را ز بابل به ارمن کشید

Elə ki eşitdi hökmdar bunu,Babildən Ərmənə çəkdi ordunu.

فرو شست از آلایش آن بوم راپسند آمد ارمن شه روم را

Yuyaraq o yerdən qanı, fitnəni,Rum şahı bəyəndi xeyli Ərməni.

برافکند از او رسم و راه بدانپرستیدن آتش موبدان

Silindi ortadan hər bir köhnə iş,Möbidə ibadət, oda pərəstiş.

وز آنجا شبیخون بر ابخاز کرددرِ کین بر ابخازیان باز کرد

Ordan da tez hüçum etdi Abxaza,Açdı abxazlara kindən darvaza.

تبیره به غریدن افتاد بازسر نیزه با آسمان گفت راز

Səs saldı gurlayan təbil hər yerə,Süngülər sirrini açdı göylərə.

به هر قلعه کو داد پیغام خویشکلید در قلعه بردند پیش

Hansı bir qələyə göndərdi xəbər,Açarı durmadan təslim etdilər.

دوالی سپهدار ابخاز بومچو دانست کامد شهنشاه روم

Dəvali Abxazda şahlıq edərkənEşitdi Rum şahı gəlmiş səfərdən.

دوال کمر بر وفا کرد چستدل روشن از کینهٔ شاه شست

Bağladı vəfaya gön kəmərini,İşıqlı qəlbindən ataraq kini

روان کرد مرکب چو کار آگهانبه بوسیدن دست شاه جهان

Atlandı, yüyəni aldı tez ələ,İskəndər əlini öpmək qəsdilə.

بسی گنج‌های گرانمایه بردبه گنجینه داران خسرو سپرد

Xəzinə götürdü o şəhriyara,Çatınca tapşırdı xəzinədara.

درآمد ز درگاه و بوسید خاکدل از دعوی دشمنی کرد پاک

Dərgaha gəlincə öpdü torpağı,Kinini yenərək olmadı yağı.

سکندر جهاندار گیتی‌نوردچو دید آنچنان مردی آزاد‌مرد

Dünyanı zəfərlə ölçən İskəndərGördü mərdlikdə yox ona bərabər.

نوازش‌گری را بدو راه دادبه نزدیک تختش وطن‌گاه داد

Nəvaziş göstərdi o qəhrəmana,Taxtının yanında yer verdi ona.

بپرسیدش اول به آواز نرمبه شیرین‌زبانی دلش کرد گرم

Sordu əhvalını şəfqətli səslə,Qəlbini qızdırdı qızğın nəfəslə.

بفرمود تا خازن زود خیزکند پیل بالا بر او گنج ریز

Əmr etdi xəznədar şəxsə İskəndər;Versin Dəvaliyə xəzinə, gövhər.

سزاوار او خلعتی شاهواربرآراید از طوق و از گوشوار

Gətirsin adına layiq bir xələt,Sırğa və həmayil, cavahir, zinət.

ز دیبا و گوهر ز شمشیر و جامدهد زینت پادشاهی تمام

Həm qılınc, həm qədəh, cavahir, ipək,Verilsin padşaha layiq bir bəzək.

چنان کرد گنجور کار آزمایکه فرمود شاهنشه خوب رای

Hər nə əmr etmişdi uca şəhriyar,Yerinə yetirdi o xəzinədar.

دوالی مَلِک چون به نیک اختریبپوشید سیفور اسکندری

Ucaldı Dəvali, qəlbi oldu şən,Geyindi İskəndər ipəklərindən.

ز طوق زر و تاج گوهر نشانشد از سرفرازان و گردنکشان

Tövq asdı, tac qoydu, cavahirnişan,Sayıldı başını dik tutanlardan.

به شکر شهنشه زبان برگشادز یزدان بر او آفرین کرد یاد

Təşəkkür dilini açaraq ona:“Padşahım, Yaradan yar olsun sana!”

شتابنده‌تر شد در آن بندگیسرافراز گشت از سرافکندگی

Qüruru yenərək, kiçildi deyə,Kiçilmiş başını qaldırdı göyə.

میان بست بر خدمت شهریاروزان پس همه خدمتش بود کار

O gündən xidmətə sıxdı kəməri,Padşaha xidmətdən durmadı geri.

به خسرو پرستی چنان خاص گشتکه از جملهٔ خاصگان درگذشت

O, şahpərəstlikdə elə ad aldı,Şaha xas olanlar geridə qaldı.

بدان مرز روشن‌تر از صحن باغفروزنده شد چشم شه چون چراغ

O yerlər göründü şaha bağ kimi,Gözünü parlatdı bir çıraq kimi.

سوادی چنان دید دارای دهربرآسود و از خرمی یافت بهر

O gözəl torpaqda enib dincəldi,Sevincin, istəyin barını dərdi.

چنین گفت با پور دهقان پیرکه تفلیس از او شد عمارت‌پذیر

Ən qoca bir dehqan vermişdir xəbər:Tiflisi ilk abad etmiş İskəndər.

در آن بوم آراسته چون بهشتشب و روز جز تخم نیکی نکشت

O cənnət bəzəkli gözəl torpağıYaxşılıq toxmuyla etdi gül bağı.

بفرمود بر خاک آن مرز و بوماساسی نهادن بر آیین روم

O yerdə İskəndər belə əmr etdi,Rumun ayiniylə hər bir iş getdi.

تماشا کنان رفت از آن مرحلهعنان کرد بر صید صحرا یله

Keçdi o torpağı seyr edə-edə,Ov üçün at sürdü çöldə, dərədə.

دو هفته کم و بیش در کوه و دشتبه صید افکنی راه در می‌نوَشت

On beş gün dağlarda, çöldə yürüdü,Həm şikar edirdi, həm yol ölçürdü.

چو از مرغ و ماهی تهی کرد جایبه نوشابهٔ بردع آورد رای

Ovla gəzişərkən gözəl ölkəni,Can atdı görməyə şah Nüşabəni.

ز تعظیم آن زن خبردار بودکه با ملک و بامال بسیار بود

Eşitdi qadının vardır şövkəti,Dəyərli ölkəsi, malı, dövləti.

جهان سبز دید از بسی کشت و رودبه سرسبزی آمد در آنجا فرود

Gördüyü çəməndən, sudan şənləndi,Gəldi bir çəmənə, atından endi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets