پیشتر از پیشتران وجودکآب نخوردند ز دریای جود

در کف این ملک یسار‌ی نبوددر ره این خاک غبار‌ی نبود

وعدهٔ تاریخ به سر نامدهلعبتی از پرده به در نامده

روز و شب آویزش پستی نداشتجان و تن آمیزش‌ِ هستی نداشت

کشمکش جور در اعضا هنوزکن مکنِ عدل نه پیدا هنوز

فیض کرم کرد مواسای خویشقطره‌ای افکند ز دریای خویش

حالی از آن قطره که آمد برونگشت روان این فلک‌ِ آبگون

زآب روان گرد برانگیختندجوهر تو ز آن عرض آمیختند

چونکه تو برخیزی ازین کارگاهباشد برخاسته گردی ز راه

ای خُنُک آن شب که جهان بی تو بودنقش تو بی‌صورت و جان بی‌تو بود

چشم فلک فارغ ازین جستجو‌یگوش زمین رَسته ازین گفتگو‌ی

تا تو درین ره ننهادی قدمشکر بسی داشت وجود از عدم

فارغ از آبستنی‌ات روز و شبنامیه عنین و طبیعت عزب

باغ جهان زحمت خار‌ی نداشتخاکْ سرآسیمه غباری نداشت

طالع جوزا که کمر بسته بوداز ورم رگ زدنت رسته بود

مه که سیه‌رو‌ی شدی در زمینتشت تو رسواش نکردی چنین

زُهره هنوز آب درین گِل نریختشهپر هاروت به بابل نریخت

از تو مجرد زمی و آسمانتو به کنار و غم تو در میان

تا به تو طغرا‌ی جهان تازه گشتگنبد پیروزه پر آوازه گشت

از بدی چشم تو کوکب نَرَستکوکبهٔ مهدِ کواکب شکست

بود مه و سال ز گردش بریتا تو نکردیش تعرف‌گری

روی جهان که‌آینهٔ پاک شدزین نفسی چند خلل‌ناک شد

مشعلهٔ صبحْ تو بردی به شامصادق و کاذب تو نهادیش نام

خاک زمین در دهن آسمانتا که چرا پیش تو بندد میان

بر فلکت میوهٔ جان گفته‌اندمی‌شنوَش کآن به زبان گفته‌اند

تاج تو افسوس که از سر‌، بِه استجل ز سگ و توبره از خر‌، بِه است

لاف بسی شد که درین لاف‌گاهبر تو جهانی به جوی خاک‌ِ راه

خود تو کفی خاک به جانی دهییک جوِ کَهگِل به جهانی دهی

ای ز تو بالای زمین زیر رنججای تو هم زیر زمین بِه چو گنج

روغن مغز تو که سیمابی استسرد بدین فندق سنجابی است

تات چو فندق نکند خانه تنگبگذر ازین فندق سنجاب رنگ

روز و شب از قاقُم و قُندُز جداستاین دَلهٔ پیسه پلنگ اژدها‌ست

گُربه نِه‌ای دست درازی مکنبا دَلهٔ دَه‌دِله‌ بازی‌مکن

شیر تَنیده‌ست درین ره لعابسر چو گَوَزنان چه نهی سوی آب؟

گر فلکت عشوهٔ آبی دهدتا نفریبی که سرابی دهد

تیز مران کآب فلک دیده‌ایآب دهن خور که نمک دیده‌ای

تا نشوی تشنه به تدبیر باشسوخته خرمن‌، چو تباشیر باش

یوسف تو تا ز بر چاه بودمصر الهیش نظرگاه بود

زرد رخ از چرخ‌ِ کبود آمدیچونکه درین چاه فرود آمدی

این‌همه صفرای تو بر روی زردسرکهٔ ابروی تو کاری نکرد

پیه تو چون روغن صد ساله بودسرکهٔ ده ساله بر ابرو چه سود‌؟

خون پدر دیده درین هفت‌خوانآب مریز از پی این هفت نان

آتش در خرمن خود می‌زنیدولت خود را به لگد می‌زنی

می‌تک و می‌تاز که میدان تُراستکار بفرمای که فرمان تُراست

این دو سه روزی که شدی جام گیرخوش خور و خوش خُسب و خوش آرام گیر

هم به تو بر سخت جفا کرده‌اندز‌آن رسنت سست رها کرده‌اند

لنگ شده پای و میان گشته کوزسوختهٔ روغن خویشی هنوز

لاجرم اینجا دغل مطبخیروز قیامت علف دوزخی

پر شده گیر این شکم از آب و نانای سبک آنگاه نباشی گران‌؟

گر به خُورِش‌، بیش کسی زیستیهر که بسی خورد بسی زیستی

عمر کم است از پی آن پر بها‌ستقیمت عمر از کمی عمر خاست

کم خور و بسیاری راحت نگربیش خور و بیش جراحت نگر

عقل تو با خورد چه بازار داشت؟حرص تو‌را بر سر این‌کار داشت

حرص تو از فتنه بود نا‌شکیببگذر ازین ابله زیرک فریب

حرص تو را عقل بدان داده‌اندکآن نخوری که‌ت نفرستاده‌اند

ترسم ازین پیشه که پیشت کندرنگ پذیرندهٔ خویشت کند

هر بد و نیکی که درین محضر‌ندرنگ پذیرندهٔ یکدیگر‌ند

Vücudundan çox əvvəl yarananlar, doğrusu,İçməmişkən bir damla səxa dənizindən su,

Bu mülkün, bu varlığın əlində sərvət yoxdu;Bu dünyada qubar yox, heç bir əziyyət yoxdu.

Yaranmışın və’dəsi çatmadan, tutmadan baş,Bu pərdədən bir vücud çıxıb göstərmədən baş,

Açılmadan gecənin və gündüzün qanadı,Can-bədən qurmamışdı bir varlıq ixtilatı.

Zülmün çəkişmələri ə’zada gizli ikən,Ədalət əmri-vəhyi dünyada gizli ikən,

Kərəm feyzi lütfünü göstərərək ucaldı,Öz sonsuz dəryasından parlaq bir damcı saldı.

Üzə çıxdı damcıdan bir varlıq düzələrək,Tez hərəkət elədi mavi rəngli bu fələk.

Toz qaldırıb çağlayan sudan yer doğurdularSənin cövhəriniysə torpaqdan yoğurdular.

Günlərin bir günündə dünyadan köçdüyün an,Yoldan qalxan toz kimi olarsan onda pünhan.

Nə yaxşıydı o gün ki, bu dünya sənsiz idi,Varlığın surətsizdi, ruhun da sənsiz idi.

Göylər yaranmamışdı, boşdu fələkin gözü,Asudəydi belə bir söhbətdən bu yer üzü.

Sən yaranmadan qabaq vardı bir bəxtiyarlıqXoş günlər keçirərdi yoxluq içində varlıq.

Gecə-gündüz bu subay təbiətin anasıBoylu olmadığından sənə razıydı, razı.

Tikan dərdi çəkmirdi o zaman dünya bağı,Yoxdu bu kainatın nə tozu, nə torpağı.

O zaman beli bağlı Cövza bürcünün baxtıSəndən qan götürmənin vərəmindən uzaqdı.

Sən olmamışdan əvvəl gecə tutulanda ay,Etməzdi təşt döyməyin bu qədər onu rüsvay.

Bu Zöhrə tökməmişdi suyunu yerə hələ,Harut da salmamışdı qanadını Babilə.

Yer, göy səndən azaddı, sən kənardaydın onda,Ancaq səni yaratmaq qəmi vardı meydanda.

Dünya sənin adınla təzələnəndən bəri,Doldurdun səs-küyünlə bu firuzə göyləri.

Baxışınla sarsıldı ulduzların sarayı,Dayandı xidmətində onların xas alayı.

Ay və il dolanmazdı, gördüyündən tut xəbər,Sən onları hərlənən tanıtmasaydın əgər.

Ləkəsiz bir güzgüyə bənzərdi əzəl dünya,Ləkələndi bir neçə nəfəslə gözəl dünya.

Sübhün axşama doğru məş’əlini sən çəkdin,Doğrucu və yalançı adlarını sən əkdin.

Yerin torpağı olsun asimanın başına,Qolu bağlı qul kimi çıxır sənin qarşına.

Deyirlər göydə ruhun meyvəsi olduğunu,Ürəkdən deməyirlər, dildə deyirlər bunu.

Heyif ki, sənin tacın qiymətlidir başından,Çul köpəkdən, torba da eşşəkdən yaxşıdır, qan,

Boşboğazlıq eləyib döşünə döymə əbəs,Dünya sənin gözündə bircə arpa dəyməz.

Sən bir ovuc torpağı sevirkən bir can qədərÖz evini tutma gəl bir dünyaya bərabər...

Yer üzünə verdiyin əzabdır, əziyyətdir,Xəznə tək yer altında olmağın məsləhətdir.

Sənin beyninin yağı civə kimidir, inan,Soyumuşdur o sincab rəngindəki fındıqdan.

Fındıq kimi dar evə salmadan səni fələkÖzünü sincab rəngli fındıqdan qurtar, əl çək.

Gecə-gündüz deyildir səninçin qaqum, qunduz,Bu əbləq dələ, pələng və əjdəhadır quduz.

Əliuzunluq etmə, sən ki, pişik deyilsən,Bu gecəylə, gündüzlə bu qədər oynama sən.

Unutma ki, bu yolda şir düşmüş bihal kimi,Gəl başını salma bu suya bir maral kimi.

Fələk sənə özünü su kimi versə nişan,Aldanma ki, su deyil, sərabdır dalğalanan,

Yüyürmə, bu gördüyün sərabdır, yalnız sərab,Udğun ki, bu duzlaqdır, gətir susuzluğa tab.

Düşün, göyün suyuna susama, ol şir kimi,Özün öz atəşini söndür təbaşir kimi.

O zamandan ki, gəldin doğulduğun cahana,Üzün sapsarı çıxdı bu göy çarxdan baxsana,

Nə qədər turşutsan da ona qarşı üzünü,Qurtarmazsan əlindən, yəqin bil ki, özünü,

On illik sirkə olsa sənin bu qaş-qabağınFayda verməz, çünki var yüz illik piyin-yağın.

Görüb yeddi tilsimdə öz ananın qanını,Gəl sən yeddi çörəkçin tökmə abır həyanı.

Yoxsa ki, Adəm kimi odlarsan xırmanını,Təpiklərsən bir anda dövlətini, şanını.

Yüyür, durma, yüyür tez, çünki meydan sənindir,İş buyur, qulluq buyur, çünki fərman sənindir.

Sən bu iki-üç gündə əlinə dolu cam al,Yaxşı yeyib, yaxşı yat, ömürdən belə kam al,

Sanma ki, bu dünyada sənə səfa veriblər,Cilovunu başından açıb cəfa veriblər.

Belin qoz olub sənin, ayağın da kündədir,Öz yağında yanırsan, gör halın nə gündədir.

Xülasə, dünyada sən mətbəx yanacağısan,Qiyamət günündəsə od tutub yanacaqsan.

Yüngül adam, qarnına doldursan da su, çörəkAğır gəlməyəcəksən bunu biləsən gərək.

Çox yaşasaydı əgər çox yeməklə bir adamYəqin ki, bu dünyadan köçüb getməzdi nakam.

Bu qədər az olmasa, ömür qiymətli olmaz,Azlığındandır onun qiyməti, bir qulaq as.

Az ye, rahatlığına yetir daima diqqət,Çox yesən, çəkəcəksən o zaman çox əziyyət,

Ağlının bu yeməklə, söylə, nə alveri var?Səni bu işə ancaq tamah eylədi vadar.

Boynundan bu fitnəkar tamah zəncirini aç,Zirəkləri aldadan bu əbləhdən uzaq qaç.

Tamah müqabilində ağıl vermişlər ki, sənÖzünə verilməmiş bir şeyi yeməyəsən.

Qorxuram bir gün səni tamah alıb çənginə,Birdən öz peşəsiylə boyasın öz rənginə.

Bu dünyada gördüyün pis, yaxşı, hər nə ki var,Bir-birindən rəng alıb, bir-birinə uyuşar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets