کعبه‌روی عزم ِ ره آغاز کردقاعدهٔ کعبه‌رو‌ان ساز کرد

Bir gün Məkkəyə doğru səfər edən bir kişi,Məkkəyə gedənlər tək düzəltdi hər bir işi.

زآنچه فزون از غرض‌ِ کار داشتمبلغ‌ِ یک بدرهٔ دینار داشت

Ehtiyacından artıq bu səfərçün, müxtəsər,Artıq yox, vardı onda bir kisəyə qədər zər.

گفت فلان صوفی‌ِ آزاد‌مردکه‌آستی از عالم کوتاه کرد

Dedi: „Filan sofi ki, adına inci düzmüş,Əlini bu dünyanın puç ətəyindən üzmüş;

در دلم آید که دیانت در اوستدر کس اگر نیست امانت در اوست

Mənə qalsa ondadır bu dünyada dəyanət,Yalnız bircə ondadır düzlük adlı əmanət“.

رفت و نهانیش فرا خانه بردبدرهٔ دینار به صوفی سپرد

Gedib onun evinə apardı həmən gecə,O sofiyə tapşırdı qızılını gizlicə.

گفت «‌نگه دار در این پرده رازتا چو من آیم به من آریش باز‌»

Dedi ki: „Bu pulu al, bunu yaxşı saxla sən,Yenə də qaytararsan səfərdən dönəndə mən“.

خواجه ره‌ِ بادیه را درگرفتشیخ زرِ عاریه را برگرفت

Xacə çölə üz tutub, ordan yönəldi getdi,Sofi bu əmanəti sevinib qəbul etdi.

یارب و زنهار که خود چند بودتا دل درویش در آن بند بود

Həmən qızıldan onun işıq gəldi gözünə,„Allah, arzuma çatdım“—söylədi öz-özünə.

گفت ‌«به زر کار خود آراستمیافتم آن گنج که می‌خواستم

Dedi ki: „Düzəlmişdir, bu qızıllarla işim,Bu qızıl xəzinəsi oldu mənim günəşim,

زود خورم تا نکند بستگیآنچه خدا داد به آهستگی‌»

Asanlıqla aldığım bu qızılı yeməsəm,Bilirəm ki, qəlbimdə artacaqdır qəm, qüssəm“.

باز گشاد از گره آن بند رادادِ طرب داد شبی چند را

Açıb kisəni, verdi qızılları o bada,Bir neçə gün sərf etdi onu qıza, arvada,

جملهٔ آن زر که برِ خویش داشتبذل شکم کرد و شکم پیش داشت

Kisədəki qızıldan gözləri doysun deyə,Şeyx xərclədi qızılı qarnındakı kisəyə.

دست بدان حقهٔ دینار کردزلف بتان حلقهٔ زنار کرد

O, qızıl kisəsinə salaraq öz əliniZünnar halqası etdi bütlərin hər telini.

خرقهٔ شیخانه شده شاخ شاختنگدلی مانده و عذری فراخ

Şeyxin paltarı oldu axırda dilim-dilim,Düşündü ki: „Görəsən, nədən daraldı könlüm?“

صید چنان خورد که داغش نماندروغنی از بهرِ چراغش نماند

Ovu elə yedi ki, ovdan qalmadı nişan,Hətta öz çırağıyçün qalmadı bir yağ, filan.

حاجی ما چون ز سفر گشت بازکرد بران هندوی خود ترکتاز

Gün keçdi, ay dolandı, hacı səfərdən döndü,Gəldi öz hindusunun otağında göründü.

گفت بیاور به من ای تیزهوشگفت چه؟ گفتا زر‌، گفتا خموش

Dedi: „Ey ağıllı şeyx, kisəmi qoy qarşıma“.— Nəyi? — Qızılı! „Kişi, qızıl haqda danışma,

در کرم آویز و رها کن لجاجاز ده ویران که ستاند خراج‌؟

Xərac alan oldumu, söylə, xaraba kənddən?Kərəm eylə, ay hacı, gəl inadı burax sən!

صرف شد آن بدره هوا در هوامفلس و بدره ز کجا تا کجا‌؟

Yetər, göz dikmə daha verdiyin qızıllara,Söylə, bir yoxsul hara, qızıl kisəsi hara?

غارتی از تُرک نبرده‌ست کسرخت به هندو نسپرده‌ست کس

Kimsə aparmamışdır dünyada türkdən qarət,Hinduya tapşırmamış kimsə paltar əmanət.

رکنی تو رکن دلم را شکستخردم از آن خرده که بر من نشست

Qəlbimin sütununu qızılın qırdı tamam,Baş verən bu nöqsandan, bir bax, mən də sınığam.

مال به صد خنده به تاراج دادرفت و به صد گریه به پا ایستاد

Malını yüz gülüşlə taraca verdi hacı,Durub yüz ağlamaqla dinlədi acı, acı.

گفت کرم کن که پشیمان شدیمکافر بودیم و مسلمان شدیم

Söylədi ki: „Kərəm et, şeyx, olmuşam peşiman,Kafir ikən biz indi olduq mö’min müsəlman.

طبع جهان از خلل آبستن استگر خللی رفت خطا بر من است

Fəsaddan hamilədir, dünyanın təbiəti,Mənə qalacaq, əlbət, bu fəsadın dəhşəti“.

تا کرمش گفت به صد رستخیزخیز که درویش بپای است خیز

Yüz qiyamət qoparma dedi ona kərəmi,Qalx ki, dərviş qalxmışdır, əfv et, yoxalsın qəmi.

سیم خدا چون به خدا بازگشتسیم کُشی کرد و ازاو درگذشت

Gümüş sahibi artıq tanrı yoluna keçdi,Səxavət göstərərək qızılından vaz keçdi.

ناصح خود شد که بدین در مپیچهیچ ندارد چه ستانم ز هیچ‌؟

Öz-özünə nəsihət edib dedi: „Ol huşyar,Onda ki, heç nə yoxdur, heçdən nə almaq olar?

زو چه ستانم‌؟ که جوی نیستشجز گرویدن گروی نیستش

Mən ki, bilirəm onun yoxdur bircə arpası,Bəs nə üçün bu işdə olum bu qədər asi?

آنچه از آن مال درین صوفی استمیم مُطَوّق الف‌ِ کوفی است

O maldan bu sofidə qalan şey vardısa bir —Başı halqalı „mim“lə bir kufi „əlif“idir.

گفت نخواهی که وبالت کنمو‌آنچه حرام است حلالت کنم

Hacı dedi: „İstəsən etməyim sənə vəbal,Haram olan şeyləri sənə eləyim halal“.

دست بدار ای چو فلک زرق‌سازز‌آستن کوته و دست دراز

Ey fələk tək əyninə hiylədən köynək geyən,Yetər xalqın malına əl uzatdın, yetər, sən.

هیچ دل از حرص و حسد پاک نیستمعتمد‌ی بر سر این خاک نیست

Bu torpaq üzərində yoxdur doğru bir kimsə,Bir könül yox uymasın kefə, həsədə, hirsə.

دین سره نقد‌یست به شیطان مدهیارهٔ فغفور به سگبان مده

Şeytana vermə dini — xalis qızıl dağını,İt saxlayana vermə padşahın qolbağını.

گر دهی ای خواجه غرامت توراستمایه ز مفلس نتوان باز خواست

Əgər versən, unutma, əməyin gedər zaya.Tələb etmək olurmu, söylə, müflisdən maya?

منزل عیب است هنر توشه رودامن دین گیر و فرا گوشه رو

Yol azuqəsi götür, bu mənzildə hünərdən,Tut könül ətəyindən bir kənara çəkil sən.

چرخ نه بر بی‌دِرَمان می‌زندقافلهٔ محتشمان می‌زند

Bu yolların darğası qarətçi olduğundan,Yoxsulluq varlılıqdan daha yaxşıdır, inan,

شحنه این راه چو غارتگر استمفلسی از محتشمی بهتر است

Çarxi-fələk yoxsulu çapmaz, bundan ol əmin,Varlılar karvanını talar, olmasın qəmin.

دیدم از آنجا که جهان‌بینی استکه‌آفت زنبور ز شیرینی است

Ağlımın gözləriylə baxıb oldum aşina:Arının bəla gəlir şirinlikdən başına.

شیر مگر تلخ بدان گشت خودکز پس مرگش نخورد دام و دد

Şir əti ondan oldu xeyli acı bir zəhər,Öləndən sonra onu qurd-quşlar yeməsinlər.

شمع ز برخاستنی وا نشستمه ز تمامی طلبیدن شکست

Ucaldığına görə əriyib azaldı şam,Kamillik arzusiylə ay qırılır hər axşam.

باد که با خاک به گرگ آشتی‌ستایمن از این راه ز ناداشتی‌ست

Qurd barışığı etmək elə, torpaqla xoşdur,Xatircəmdir, o çünki bu yolda əli boşdur.

مرغ‌ِ شمر را مگر آگاهی است!کآفت ماهی درم ِ ماهی است

Su quşu sanki bundan çoxdan olmuş xəbərdar,Balığa bir bəladır üzərindəki pullar.

زر که ترازوی نیاز تو شدفاتحهٔ پنج نماز تو شد

Niyaz tərəzisiykən dünyada qızıl sənə,Qıldığın beş namaza fatihə oldu yenə.

پاک نگردی ز ره این نیازتا چو نظامی نشوی پاکباز

Nizami sevən kimi paklıq sevməsən əgər,Bu ehtiyac yolundan pak olmazsan, müxtəsər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets