The Treasury of Mysteries, chapter 7
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
ای تن تو پاکتر از جان پاکروح تو پرورده «روحی فداک»
Sən, ey bütün bədəni pak canlardan pak olan!Ruhu sən bəsləmisən, bu ruhum sənə qurban.
نقطهگهِ خانه رحمت توییخانهبرِِ نقطهٔ زحمت تویی
Rəhmət evinin yalnız nöqtə mərkəzi sənsən,Rəhmətdəki nöqtəni qoparıb yıxmısan sən.
راهروان عربی را تو ماهیاوگیانِ عجمی را تو راه
Ərəb yolçularının sənsən yol göstərəni,Əcəm şahlarınınsa şahı bilirlər səni.
ره به تو یابند و تو رهدِه نهایمهتر ده خود تو و در ده نهای
Yol səninlə tapılır, sən deyilsən yol verən,Kəndin böyüyü sənsən, amma kənddə deyilsən.
چون تو کریمان که تماشا کنندرُستی تنها نه به تنها کنند
Səfərdə sənin kimi kəramətli adamlarBölüşər yolçularla süfrəsində hər nə var.
از سر خوانی که رطب خوردهایاز پی ما زَله چه آوردهای؟
O süfrədən ki, təzə-tər xurma yemisən sən,Bəs bizimçin səfərdən nə töhfə gətirmisən?
لب بگشا تا همه شکر خورندز آب دهانت رُطَبِ تَر خورند
Durma, aç dodağını, qoy hamı dadsın şəkər,Qoy ağzının suyundan təzə xurma yesinlər.
ای شب گیسوی تو روز نجاتآتش سودای تو آب حیات
Ey saçının gecəsi parlaq nəcat gündüzü,Sənin o sövda odun abi-həyatdır; düzü.
عقل شده شیفتهٔ روی توسلسلهٔ شیفتگانْ موی تو
Əql üzünə vurulub, dönmüş pərvanələrə,Saçlarınsa zəncirdir bütün divanələrə.
چرخ ز طوق کمرت بندهایصبح ز خورشید رخت خندهای
Çarx sənin kəmərindən bir quldur bu həyatda.Sübh üzün günəşindən gülüşdür kainatda.
عالَمِ تَر، دامنِ خشک، از تو یافتناف زمین نافهٔ مشک از تو یافت
Sayəndə quru oldu yaş aləmin ətəyi,Sənin əlinlə tapdı mişki yerin göbəyi.
از اثر خاک تو مشکین غبارپیکر آن بوم شده مشک بار
Ətirli torpağının sayəsindəsə hər yanMəst olub başdan-başa mişk ətir qoxusundan.
خاک تو از باد سلیمان به استروضه چه گویم که ز رضوان به است
Torpağın Süleymanın güləyindən yaxşıdır,Onun çiçəyi cənnət çiçəyindən yaxşıdır.
کعبه که سجادهٔ تکبیر توستتشنهٔ جُلابِ تباشیر توست
Kə’bə allahü əkbər dediyin yerdir, inan,Təbaşir gülabının təşnəsidir hər zaman,
تاج تو و تخت تو دارد جهانتخت زمین آمد و تاج آسمان
Dünya taxt və tacını saxlayır yorulmadan,Yerlər taxtındır sənin, tacın isə asiman.
سایه نداری تو که نور مهیرو تو که خود سایهٔ نوراللهی
Kölgən yoxdur, sən böyük bir nursan, bu həqiqət,Sən allahın nurunun bir kölgəsisən, əlbət.
چار علم رکن مسلمانیاتپنج دعا نوبت سلطانیات
Müsəlmanlıq rüknüdür dörd bayraq, nə çox, nə az,Soltanlıq növbətindir qoyduğun beş vaxt namaz.
خاک ذلیلان شده گلشن به توچشم غریبان شده روشن به تو
Zəlillərin torpağı səndən aldı yaraşıq,Əzizlərin gözünə sə’yinlə gəldi işıq.
تا قدمت در شب گیسو فشانبر سر گردون شده دامنکشان
Öz ənbər saçlarını gecə tökən zamanda,Sən fələkin başına qalxıb qədəm qoyanda
پر زر و دُر گشته ز تو دامنشخشتک زر سوزه پیراهنش
Ətəyinə sayəndə qızıl, mirvarı doldu,Köynəyinə əlinlə qızıl nəqşə vuruldu.
در صدف صبح به دست صفاغالیهٔ بوی تو سایَد صبا
Səhərin sədəfindən səba yeli əliləƏtrinin qoxusunu yayar bütün hər elə.
لاجرم آنجا که صبا تاختهلشگر عنبر علم انداخته
Səba salarkən işə hücumda yarağınıAtdı yerə ənbərin qoşunu bayrağını.
بوی کز آن عنبر لرزان دهیگر به دو عالم دهی ارزان دهی
Sən, o titrək ənbərdən verdiyin bu xoş ətrin,İki dünyaya versən ucuzdur ondan ötrü.
سدره ز آرایشِ صدرت زهیستعرش در ایوان تو کرسی نهیست
Gülşəninin gülləri bəzədi asimanı,Ərş sənin eyvanının oldu kürsü qoyanı.
روزن حاجت چو بود صبحتابذره بود عرش در آن آفتاب
Sübh tək işıqlananda canının pəncərəsiKainat o günəşin deyildir bir zərrəsi.
گر نه ز صبح آینه بیرون فتادنور تو بر خاک زمین چون فتاد
Bayıra düşməsəydi sübhdən günəş əgər,Bu yerin torpağına nurun gülərdi məgər?
ای دو جهان، زیر زمین از چهای؟گنج نهای خاکنشین از چهای؟
Bu torpaqda oturma deyilsən xəzinə sən,Özün iki dünyasan yer altındasan nədən?
تا تو به خاک اندری ای گنج پاکشرط بود گنج سپردن به خاک
Nə qədər ki, torpaqda varsan, ey saf xəzinə,Xəzinəni torpağa tapşırmaq oldu binə.
گنج ترا فقر تو ویرانه بسشمع ترا ظِلِّ تو پروانه بس
Yetər xəzinən üçün yoxsulluq viranəsi,Yetər şamından ötrü kölgənin pərvanəsi.
چرخ مقوس هدف آه تستچنبر دلوَش رسن چاه تست
Ahının hədəfidir girdə çarx sənin ancaq,Dəlvinin halqasısa quyunun ipidir, bax!
ایندو طرف گرد سپید و سیاهراه تو را پیک ز پیکان راه
Bu hər iki tərəfdə gəzən ağ ilə qara,Sənin qasidlərindən bir qasiddir yollara.
عقل شفاجوی و طبیبش توییماه سفرساز و غریبش تویی
Əql şəfa axtarır, onun təbibi sənsən,Aysa bir səfərkeşdir, onun qəribi sənsən.
خیز و شب منتظران روز کنطبع نظامی طربافروز کن
İntizar çəkənlərin gecəsinə gündüz qat,Nizaminin təb’ini şadlıq ilə işıqlat.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sirler-xezinesi-7
Use ← → keys to move, R for a random poem
More by this author
در آمد باربد چون بلبل مستگرفته بربطی چون آب در دست
Khosrow and Shirin, chapter 51چو بَدر از جِیب گردون سر برآوردزمین عطف هلالی بر سر آورد
Khosrow and Shirin, chapter 52شفاعت کرد روزی شه به شاپورکه تا کی باشم از دلدارِ خود دور
Khosrow and Shirin, chapter 53پریپیکر نگار پرنیانپوشبت سنگیندل سیمین بناگوش