ای مدنی بُرقِع و مَکی نقابسایه‌نشین چند بوَد آفتاب

Ey Mədinə yaşmaqlı, Məkkə niqablı mələk,Günəş nə vaxta qədər kölgədə əyləşəcək?

گر مهی از مهر تو مویی بیارور گلی از باغ تو بویی بیار

Əgər aysan, nurundan bizə tükcə yetir pay,Əgər gülsən, bağından üstümüzə ətir yay.

منتظران را به‌لب آمد نفسای ز تو فریاد، به‌فریاد رس

Səni gözləyənlərin səbri tükəndi, heyhat,Səni deyib gəliblər onların dadına çat.

سوی عجم ران، منشین در عربزرده روز اینک و شبدیز شب

Gündüzün və gecənin atını min, gözləmə,Sürüb Ərəbistandan gəl birbaşa Əcəmə.

ملک برآرای و جهان تازه کنهردو جهان را پُر از آوازه کن

Yeni bir aləm yarat dünyada qüdrətinləDoldur iki dünyanı səsinlə, şöhrətinlə.

سکه تو زن، تا اُمرا کم زنندخطبه تو کن تا خطبا دم زنند

Sikkə vur ki, əmirlər az vursun sikkəsini,Xütbə de xəlifələr çıxarmasın səsini.

خاک تو بویی به ولایت سپردباد نفاق آمد و آن بوی برد

Vilayətə saf ətir tapşırdısa torpağın,O ətri də apardı birdən yeli nifaqın.

باز کش این مسند از آسودگانغسل ده این منبر از آلودگان

Məsnədini, gəl, müftə yeyənlərdən al geri,Təmiz olmayanlardan, durma, pak et mənbəri.

خانه غولند بپردازشاندر غله دان عدم اندازشان

O dünyapərəstləri yubanma ordan, çıxart,Onları öz əlinlə yoxluq ambarına at,

کم کن اجری که زیادت خورندخاص کن اقطاع که غارتگرند

Əcrdən məhrum elə sən artıq yeyənləri,Onlar qarətçidirlər, xüsusiləşdir yeri.

ما همه جسمیم بیا جان تو باشما همه موریم سلیمان تو باش

Biz hamımız bədənik, gəl bizlərə can ol sən,Biz hamımız divlərik; bizə Süleyman ol sən.

از طرفی رخنه دین می‌کنندوز دگر اطراف کمین می‌کنند

Sən darğasan, deməli, başsız deyildir karvan,Bayrağının yanında mərkəzdə dayanmısan.

شحنه تویی، قافله تنها چراست‌؟قلب تو داری علَم آنجا چراست‌؟ْ

Baxırsan, bir tərəfdən vururlar zərbə dinə,O biri tərəfdənsə onlar pusurlar yenə.

یا علیی در صف میدان فرستیا عمری در ره شیطان فرست

Durma, meydan səfinə sən ya Əlini göndər,Ya şeytan qapısına özün göndər bir Ömər.

شب به سر ماه یمانی درآرسر چو مه از برد یمانی برآر

Gecəni gəl yəmani ayının üstünə sal,Bu qəlp iş görənləri tez atından yerə sal.

با دو سه در بند کمربند باشکم زن این کم زده چند باش

Bu necə yol azmışı yola gətirmək üçünGörünsün qoy himmətin, görünsün təşəbbüsün.

پانصد و هفتاد بس ایام خوابروز بلندست به مجلس شتاب

Oyan, kifayət elər yatdın beş yüz əlli il;Gün doğdu, get məclisə, yatmaq zamanı deyil.

خیز و بفرمای سرافیل راباد دمیدن دو سه قندیل را

Qalx, qalx, səslə bir anda əmrinlə İsrafili,Qoy üfürüb söndürsün bu iki-üç qəndili.

خلوتی پرده اسرار شوما همه خفتیم تو بیدار شو

Sirrlərin pərdəsinə məhrəm ol, taparaq yol,Biz hamımız yatmışıq sən ayıq ol, ayıq ol!

ز آفت این خانهٔ آفت‌پذیردست برآور همه را دست گیر

Əl uzadıb hamının əlindən tut hər zaman,Xilas eylə onları dünyanın bəlasından.

هر چه رضای تو به جز راست نیستبا تو کسی را سر واخواست نیست

İstəyin bir həqiqət deməkdir başdan-başa.Bir kəs hesab çəkərmi dünyada səndən? Haşa!

گر نظر از راه عنایت کنیجمله مهمات کفایت کنی

Bir mərhəmət yoluyla baxsan bu varlığa sən,Hər bir zəruri işə kifayət eyləyərsən.

دایره بنمای به انگشت دستتا به تو بخشیده شود هر چه هست

Sən bir dairə göstər əl barmağınla yenə,Nə varsa bağışlansın qoy bu aləmdə sənə.

با تو تصرف که کند وقت کار‌؟از پی آمرزش مشتی غبار

Bağışlamaqdan ötrü bir ovuc tozu, inan,Kimsə qarışa bilməz işlərinə heç zaman.

از تو یکی پرده برانداختنوز دو جهان خرقه درانداختن

Camalından pərdəni atsan, bunda nə sirr varÇıxarıb paltarını hər iki dünya atar?

مغز نظامی که خبر‌جوی تستزنده‌دل از غالیه بوی تست

Sənin sorağındadır Nizaminin dimağı,Qaliyənin ətriylə canlanmış ilham bağı.

از نفسش بوی وفایی ببخشملک فریدون به گدایی ببخش

Gəl onun nəfəsindən vəfa ətri bağışla,Süleyman mülkünüsə bir gədaya bağışla!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets