Khosrow and Shirin, chapter 28
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو خسرو دور شد زآن چشمهٔ آبز چشم آبریزش دور شد خواب
Xosrov görəndə ki, dalda qaldı su,Ağlar gözlərinin qaçdı yuxusu.
به هر منزل کز آن جا دورتر گشتز نومیدی دلش رنجورتر گشت
Nə qədər o yerdən uzaq olurdu,Qəlbinə məyusluq, kədər dolurdu.
دگر ره شادمان میشد به امّیدکه برنآمد هنوز از کوه خورشید
Təsəlli verirdi özünə bəzən,Deyirdi: "Qalxmayıb günəş üfüqdən,
چو من زین ره به مشرق میشتابممگر خورشید روشن را بیابم
Bəlkə burdan getsəm düz gündoğana,Çataram günəşə, yetərəm ona."
چو گل بر مرز کوهستان گذر کردنسیمش مرزبانان را خبر کرد
O güldodaq gəlib çatcaq o yerə,Nəsim xəbər verdi sərhədçilərə.
عملداران برابر میدویدندزر و دیبا به خدمت میکشیدند
Məmurlar qabağa yüyürüşdülər,Yoluna döşəndi xalı, ipək, zər.
بتانی دید بزمافروز و دلبندبه روشنروی خسرو آرزومند
Orda gördü rəna, şux pərilər var,Onu görmək üçün çox can atırlar.
خوش آمد با بتان پیوندش آن جامقام افتاد روزی چندش آن جا
Gözəlləri görmək ona xoş gəldi,Bir neçə gün qalıb orda dincəldi.
از آن جا سوی موقان سر به در کردز موقان سوی باخرزان گذر کرد
Ordan birbaş gedib çıxdı Muğana,Muğandan da keçdi düz Baxərzana.
مهینبانو چو زین حالت خبر یافتبه خدمت کردن شاهانه بشتافت
Məhin Banu bundan tutunca xəbərƏmr etdi pişvaza tədbir görsünlər,
به استقبال شاه آورد پروازسپاهی ساخته با برگ و با ساز
Azuqə topladı, qoşun düzəltdi,Şahı pişvaz üçün hərəkət etdi.
گرامی نزلهای خسروانهفرستاد از ادب سوی خزانه
Ədəb gözləyərək, şaha yaraşanHədiyyə göndərdi ona saraydan.
ز دیبا و غلام و گوهر و گنجدبیران را قلم در خط شد از رنج
O qədərdi qulam, ipək və gövhər,Yazmaqdan katiblər yorğun düşdülər.
فرود آمد به درگاه جهاندارجهاندارش نوازش کرد بسیار
Banu özü gəldi şah dərgahına,Şah da çox ehtiram göstərdi ona.
بزیر تخت شه کرسی نهادندنشست اوی و دگر قوم ایستادند
Təxtin bir yanında Banu oturdu,Qalan, əl-əl üstə hüzurda durdu.
شهنشه باز پرسیدش که چونی؟که بادت نو به نو عیشی فزونی
Şahlar şahı Xosrov dedi: "Necəsən?Həmişə xürrəm ol, qəlbin olsun şən.
به مهمانیت آوردم گرانیمبادت درد سر زین میهمانی
Əziyyət versə də sənə bu qonaq,İstəməz heç başın ağrısın ancaq."
مهینبانو چو دید آن دلنوازیز خدمت داد خود را سرفرازی
Banu görüb belə mehribanlığı,Böyük fəxr bildi bu mehmanlığı.
نفس بگشاد چون باد سحرگاهفرو خواند آفرینها در خور شاه
Danışdı, nəfəsi bir səhər yeli,Min bir tərif ilə açıldı dili.
بدان طالع که پشتش را قوی کردپناهش بارگاهِ خسروی کرد
Xosrov sarayına arxalanaraqŞah idi Banunun istəyi ancaq,
یکی هفته به نوبتگاه خسروروان میکرد هر دم تحفهای نو
Xosrova hörmətlə bir həftə tamamTöhfələr göndərdi hey səhər, axşam.
پس از یک هفته روزی کآن چنان روزندیده است آفتاب عالمافروز
Bir həftədən sonra, gözəl bir gündə,Bir gün ki, görməmiş günəş, ömründə,
به سرسبزی نشسته شاه بر تختچو سلطانی که باشد چاکرش بخت
Şah sultanlar kimi taxta əyləşdi.Tale ona quldu, sevinc bir əşdi.
ز مرزنگوش خط نو دمیدهبسی دل را چو طره سر بریده
Yenicə tərləmiş qara bığları,Gözəllər qəlbini etmişdi yarı.
بساط شه ز یغمایی غلامانچو باغی پر سهی سرو خرامان
Yəğma qulamları olmuşdu munis,Gözəl sərvistana dönmüşdü məclis.
به جوش آمد سخن در کام هر کسبه مولایی بر آمد نام هر کس
Sözlər qaynaşırdı, qızğındı nəfəs,"Sənin qulamınam" deyirdi hər kəs.
به رامش ساختن بیدفع شد کاربه حاجت خواستن بیرفع شد یار
Əngəl törətmirdi işrətə dövran,Dostlar dilbiləndi, könül anlayan.
مهینبانو زمین بوسید و بر جستبه خسرو گفت ما را حاجتی هست
Banu öpüb yeri qalxdı ayağa,Xosrovla başladı o danışmağa.
که دارالملک بردع را نوازیزمستانی در آنجا عیش سازی
Dedi: "Gəl, bizimlə Bərdəyə gedək.Qışı qalaq orda, gəzək, kef edək.
هوای گرمسیر است آن طرف رافراخیها بود آب و علف را
Bizim bu Bərdənin yeri arandır,Suyu çox, otu çox, bir gülüstandır."
اجابت کرد خسرو گفت برخیزتو میرو کآمدم من بر اثر نیز
Xosrov qəbul etdi, dedi ki: "Sən get,Ardınca durmayıb gələrəm əlbət."
سپیده دم ز لشگرگاه خسروسوی باغ سپید آمد روارو
Sübh açıldı, Xosrov qalxdı ayağa,Oradan yollandı birbaş Ağ bağa.
وطن خوش بود رخت آنجا کشیدندملک را تاج و تخت آنجا کشیدند
Hər yan abadlıqdı, hər yan günəşdi,Şahın taxtü tacı burda yerləşdi.
ز هر سو خیمهها کردند بر پایگرفتند از حوالی هر کسی جای
Çadırlar quruldu hər tərəfdə tez,Burda bir yer tutdu özünə hər kəs.
مهینبانو به درگاه جهانگیرنکرد از شرط خدمت هیچ تقصیر
Banu əzizlədi o cahangiri,Qulluğa söz yoxdu, rahatdı yeri.
شه آنجا روز و شب عشرت همیکردمی تلخ و غم شیرین همیخورد
Şahın günü kefdə-damaqda keçdi,Şirinin qəmiylə acı mey içdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-28
Use ← → keys to move, R for a random poem
More by this author
O word-conjoining sorcerer have done! How long, how long will you speak bygone words?Like to the rose breathe out from your own mouth; enough that your own mouth perfume your work.
The Seven Beauties, chapter 16The letter opened with the name of God, who by His grace guides those who go astray.Of heaven and earth Creator Absolute, through whom nonbeing being has obtained.
The Seven Beauties, chapter 17The reader having read the letter through, an angry fire blazed up in Bahram’s breast.Again, by great exertion, like the wise, to patience he constrained himself forthwith.
The Seven Beauties, chapter 18(So) in the morning when the gold-crowned dawn set up a chair of gold, an ivory-throne,The officers and the authorities — those strong of arm and strong of judgment too —
Poems by other poets · Praise
Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.
تا هوای طوبی قد تو دارد جان ماهست منزل آیت «طوبی لهم » در شأن ما
باد فروردین به گیتی در کند هر شب سفراوفتاده است از سفر کردنش بر گیتی ظفر
مؤلف تذکره آفتاب عالمتاب درباره مَهْسَتی میگوید: در موزونی طبیعت و قد و قامت و تناسب اعضا و لفظ و معنی و حسن صورت و محبت سرآمد اقران و سرخیل لولیان زمان بود. سلطان سنجر سلجوقی و بنظر بعضی بابر پادشاه فریفته حسن و جمال و شیفته غنج و دلال آن بدیعه الجمال گردید بنابرآن به حضوری مجلس خاص سلطانی اجازت تمام داشت و در آن بزم با شعرا و ادبائی مانند امیر احمد و غیره طریقه مطارحه و معارضه میپیمود، روزی سلطان به مَهْسَتی چنین گفت«چیست پنهان زیر دامان تو ای سیمین بدن »