به نزهت بود روزی با دل‌افروزسخن در داد و دانش می‌شد آن روز

Bir gün şah Şirinlə məclis qurmuşdu.Söhbət ədalətdən, bilikdən düşdü.

زمین بوسید شیرین کای خداوندز رامش سوی دانش کوش یک چند

Şirin yeri öpüb dedi: "Ey məlik,Bu işrətdən əl çək, gör nədir bilik.

بسی کوشیده‌ای در کامرانیبسی دیگر به کام دل برانی

Sən çox kam almısan qoca dünyadan,Sərbəst yaşamısan bir xeyli zaman.

جهان را کرده‌ای از نعمت آبادخرابش چون توان کردن به بیداد

Nemətlə etmisən dünyanı abad,İndi o, zülm ilə olsunmu bərbad?

چو آن گاوی که ازوی شیر خیزدلگد در شیر گیرد تا بریزد

Əvvəlcə süd verib, sonra dağıdanİnəyə oxşama, sən ey hökmran!

حذر کن زانکه ناگه در کمینیدعای بد کند خلوت‌نشینی

Bəd duadan saqın, mehriban danış,Pusquda durmasın yolunda qarğış.

زنی پیر از نفسهای جوانهزند تیری سحرگه بر نشانه

Birdən qoca qarı, cavan ah çəkər,Hədəfə ox vurar, erkən, bir səhər.

ندارد سودت آنگه بانگ و فریادکه نفرین داده باشد ملک بر باد

Onda dinləməzlər ahü-zarını,Yelə vermiş olar qarğış varını.

بسا آیینه کاندر دست شاهانسیه گشت از نفیر داد خواهان

Şahların əlində çox ayna, baxsan,Qaralıb getmişdir məzlum ahından.

چو دولت روی برگرداند از راههمه کاری نه بر موقع کند شاه

Yoldan üz döndərsə bir gün bəxt əgər,Şahın gördüyü iş gedəcək hədər.

چو برگ باغ گیرد ناتوانیخبر پیشین برد باد خزانی

Elə ki, bağlarda yarpaq tökülər,Xəzan yellərindən gətirər xəbər.

چو دور از حاضران میرد چراغیکشندش پیش از آن در دیده داغی

Sizdən uzaq olsun, sönərkən çıraq,Gözünə basarlar əvvəlcə bir dağ.

چو سیلی ریختن خواهد به انبوهبغرد کوهه ابر از سر کوه

Sellər səslənmədən çayın daşında,Buludlar gurlayar dağlar başında

تگرگی کو زند گشنیز بر خاکرسد خود بوی گشنیزش بر افلاک

Keşniş ləklərini vurarsa dolu,Alar keşniş iyi bütün sağ-solu.

درختی کاول از پیوند کژ خاستنشاید جز به آتش کردنش راست

Əgər əyri bitsə əvvəldən calaq,Onu od düzəldər düzəlsə ancaq.

جهانسوزی بد است و جور سازیترا به گر رعیت را نوازی

Dünyada zülm etmək qoçaqlıq deyil,Rəiyyət bəsləmək çox yaxşıdır, bil.

از آن ترسم که گردد این مثل راستکه آن شه گفت کو را کس نمی‌خواست

Qorxuram düz çıxa, çox da məsəlmiş,Sevilməyən bir şah belə söyləmiş:

کهن دولت چو باشد دیر پیوندرعیت را نباشد هیچ در بند

Necə çox yaşayar köhnə bir dövlət?Rəiyyətə baxmaz, göstərməz rəğbət,

ز مثل خود جهان را طاق بیندجهان خود را به استحقاق بیند

Məndən yaxşı, de, ər vardır daha kim,Dünyada tək qalar bir belə hakim.

ز مغروری که در سر ناز گیردمراعات از رعیت باز گیرد

Güvənər özünə, öz cəlalına,Baxmaz rəiyyətə, qalmaz halına.

نو اقبالی بر آرد دست ناگاهکند دست دراز از خلق کوتاه

Bu zaman çıxaraq bir xoşbəxt insanZülmə düşmən olar, xalqa mehriban.

خلایق را چو نیکوخواه گرددبه اجماع خلایق، شاه گردد

Xeyirxahlıq edər o, ildən-ilə,Şahlığa başlayar el birliyilə.

خردمندی و شاهی هر دو داریسپیدی و سیاهی هر دو داری

Sənin ağlın da var, şahlığın da var.Sənin hökmündədir ağlar, qaralar.

نجات آخرت را چاره‌گر باشدر این منزل ز رفتن با خبر باش

Axirətdə axtar özünə nicat.Əldən gedəcəkdir gördüyün büsat.

کسی کو سیم و زر ترکیب سازدقیامت را کجا ترتیب سازد

Qızıl, gümüş yığan bir xəsis insanQiyamət dərdini çəkməz heç zaman.

ببین دور از تو شاهانی که مردندز مال و ملک و شاهی هیچ بردند؟

O canından iraq, şahlar ölərkənKim bir şey apardı o maldan, mülkdən?

بمانی مال، بدخواه تو باشدببخشی، شحنه راه تو باشد

Varını verməsən pis çıxar adın,Verdiyin hər parça olar imdadın.

فرو خوان قصه دارا و جمشیدکه با هر یک چه بازی کرد خورشید

Daranı, Cəmşidi yadına salsan,Görərsən nə etmiş bu qoca dövran.

در این نه پرده آهنگ آنچنان سازکه دانی پردهٔ پوشیده را راز

Elə ömür sür ki, doqquz pərdədəSənə aşkar olsun doqquz pərdə də."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets