چون خَوَرْنَق به فرّ بهرامیروضه‌ای شد بدان دلارامی

Bəhramın hünəri saçınca şəfəqDöndü bir bəzəkli bağa Xəvərnəq.

که‌آسمان قبلهٔ زمین خواندشو‌آفرینش بهار چین خواندش

Göy dedi: "Qiblədir bu xoş imarət"."Yox, cin bihandır" - dedi təbiət.

آمدند از خبر شنیدن اوصدهزار آدمی به دیدن او

Yüz minlərlə adam yaxın və uzaqGəldi seyr etməyə eyləyib soraq.

هرکه می‌دیدش آفرین می‌گفتآستانش به آستین می‌رفت

Görənlər hüsnünə söylədi əhsən,Sildi kandarını ətəklə həmən.

بر سِدیر خَوَرْنَق از هر باببیت‌هایی روانه گشت چو آب

Şairlər Xəvərnəq, Sədeyr hüsnünəQəzəllər yazdılar hey dönə-dönə.

تا یمن‌تاب شد سهیل سپهرآن پرستش، نَه ماه دید و نَه مهر

Yəmənə Süheyli saçarkən atəşHeyran qaldı buna həm Ay, həm Günəş.

عَدَنی بود در دُرافشانییمنی پُر سهیلِ نورانی

Dürr, gövhər, saçmaqda Ədənə döndü,Süheyl ilə dolu Yəmənə döndü.

یمن از نقش او که نامی شددر جهان چون ارم گرامی شد

Xəvərnəqlə Yəmən şöhrətli oldu,İrəm bağçasıtək əziz tutuldu;

شد چو برج حمَل جهان‌آرا‌یخاصه بهرام کرده بودش جای

"Bəhram ömür sürür məndə" deyərək,Bəzədi dünyanı Həməl bürcütək.

چون که بر شد به بام او بهرامزهره برداشت بر نشاطش جام

Sevinclə qaldırdı Zöhrə qızıl camXəvərnəq üstündə gəzəndə Bəhram.

کوشگی دید کرده چون گردونآفتابش درون و ماه برون

O gördü bu zaman bir gözəl saray,İçində günəş var, bayırında ay.

آفتاب از درون به جلوه‌گر‌یمه ز بیرون چراغ رهگذر‌ی

Günəşlə bəzənib içində tağı,Hilaldır çölündə nurlu çırağı.

بر سر او همیشه باد وزاندور از آن باد کوست باد خزان

Başında oynardı hər zaman külək,Ona xəzan yeli dəyməsin gərək

چون فرو دید چار گوشهٔ کاخساحتی دید چون بهشت فراخ

Daldı dörd küncünə qəsrin baxaraq.Gördü behişt kimi bir səfalı bağ.

از یکی سو رونده آب فراتبه گوارندگی چو آب حیات

Orda Fərat axır çəmənzar boyu,Axır elə bil ki, dirilik suyu.

وز دگر سوی سدره جوی سدیردهی انباشته به روغن و شیر

Göylərə ucalan Sədeyrin yanıAbad bir kənd idi, süd-yağ meydanı.

بادیه پیش و مرغزار از پسبادش از نافه برگشاده نفس

Qabağında səhra, dalında çəmənKüləklər alırdı nəfəs nafədən.

بود نعمان بر آن کیانی‌بامبه تماشا نشسته با بهرام

Kəyana yaraşan bu damda NemanBəhramla oturmuş, behiştdir hər yan.

گرد بر گرد آن رواق بهشتسرخیِ لاله دید و سبزی کشت

Lalə qızartmışdı sanki hər yeri,Şuştəri döşənmiş geniş çölləri

همه صحرا بساط شوشتر‌یجایگاه تَذَرْو و کبکِ دری

Bildirçin ovlağı, kəklik ovlağıSüzüb o çəməni, o bağça-bağı:

گفت: از این خوب‌تر چه شاید بود‌؟به چنین جای شاد باید بود

Belə yer tapılmaz heç, - Neman dedi,Burda şad olmalı yaşayan, - dedi.

بود دستور‌ش آن زمان بر دستدادگر پیشه‌ای مسیح‌پرست

Onun ədalətli vəziri vardı,İsanın dininə pərəstişkardı.

گفت: کایزد شناختن به درستخوش‌تر از هر چه در ولایت توست

O dedi: "Allahı duyub tanımaqSənin dövlətindən yaxşıdır ancaq.

گر تو ز‌آن معرفت خبر داریدل از این رنگ و بوی برداری‌

Sən o mərifəti duysan mükəmməl,Bu bəzək-düzəkdən götürərdin əl".

‌زآتش‌انگیزِ آن شرارهٔ گرمشد دلِ سخت‌کوشِ نعمان نرم

Vəzir bir od yaxdı, bir şölə saldı,Sərt qəlbi Nemanın xeyli yumşaldı.

تا فلک، برکشیده هفت حصارمنجنیقی چنین نشد بر کار

Bu dünya görəli yeddi hasar, tağ,Belə işləməmiş heç bir mancanaq.

چون که نعمان شد از رواق به زیردر بیابان نهاد روی چو شیر

Neman bu eyvandan enərək yerə,Üz qoydu şir kimi geniş çöllərə.

از سر گنج و مملکت برخاستدین و دنیا به هم نیاید راست

Unutdu hər şeyi, bütün varını,Tərk etdi şahlığı, öz diyarını,

رخت بربست از آن سلیمانیچون پری شد ز خلق پنهانی

Çünki düz gəlməz heç dünya din ilə,Süleyman cəlallı taxtından belə

کس ندیدش دیگر به خانهٔ خویشاینت کیخسرو زمانهٔ خویش

Əl çəkib yaşadı pərilər kimi,El ondan yaşadı bixəbər kimi.

گر چه منذر بسی نمود شتابهاتف دولتش نداد جواب

Bir də qayıtmadı öz xanəsinə,Keyxosrov kəsildi zəmanəsinə.

داشت سوگی چنانک باید داشتروزکی چند را به غم بگذاشت

Münzir hey çalışdı, hey etdi xitab,Baxtının hatifi vermədi cavab.

غم بسی خورد و جای غم بودشکه سیه گشت خانه زان دودش

Münzirin qəlbini həsrət, qəm aldı,Neçə gün yas tutdu, dərdi çoxaldı.

چون نبود از سریر و تاج گزیرباز مشغول شد به تاج و سریر

Taxtü-tac sahibi qaldı naəlac,Taxta çıxıb, yenə başa qoydu tac.

جور بس کرد و داد پیش آوردملک را برقرار خویش آورد

Son verdi ellərin ahü-zarına,Ölkəni keçirdi ixtiyarına.

بر سپهدار‌یش به ملک و سپاهخلعت و دل‌خوشی رسید ز شاه

Qoşuna, ölkəyə başçılıq etdi,Şah xələt göndərdi, razılıq etdi.

داشت بهرام را چو جان عزیزچون پدر بلکه زو نکو‌تر نیز

Bəhrama atadan daha mehribanKəsilib tutardı əziz canından.

پسری خوب داشت، «نعمان» نامشیر یک دایه خورده با بهرام

Onun Neman adlı bir oğlu vardı,Şahzadə Bəhramla yaşıd olardı.

از سر همدمی و هم‌سالینشدی یک زمان ازو خالی

Bəhrama, Münzirin oğlu NemanaBir dayə süd verib, olmuşdu ana.

از یکی تخته حرف خواندندیدر یکی بزم دُر فشاندندی

Bəhram çox sevərdi süd qardaşını,Bir an buraxmazdı öz yoldaşını.

هیچ روزی چو آفتاب از نوراین از آن، آن ازین نگشتی دور

Onlar bir lövhədən dərs keçərdilər,Birgə səpərdilər məclisdə gövhər.

شاهزاده در آن حصار بلندپرورش می‌گرفت سالی چند

Birisi günəşdi, birisi nurdu,Onlar bir dolanıb, bir otururdu.

جز به آموختن نبودش رایبود عقلش به علم راهنما‌ی

Bir neçə ildi ki, uca qaladaBəslənib dururdu bizim şahzadə.

تازی و پارسی و یونانییاد دادش مغ دبستانی

Dərsə baş qoşardı getsə hər yana,Ağlı yönəldirdi onu ürfana.

منذر آن شاه با مهارت و مهرآیتی بود در شمار سپهر

Bəhram öyrənmişdi ərəb, fars, yunanDilini məktəbdə öz ustadından.

بود هفت اختر و دوازده برجپیش او سرگشاده، درج به درج

Münzirdə var idi başqa əlamət,Ulduzlar elmində kəskin məharət.

به خط هندسی عمل کردهچون مجسطی هزار حل کرده

On iki bürc ilə o, yeddi ülkərQabağında açıq sandığa bənzər.

راصد چرخ آبگون بودهقطره تا قطره، قطر پیموده

Həndəsə xəttinə əməl edərdi,Minlərlə Məcisti o həll edərdi.

از نهان‌خانه‌های دوراندیشباز داده خبر به خاطر خویش

Ölçdüyü göy, fələk, asiman oldu,Onlara göz oldu, pasiban oldu.

چون که شهزاده را به عقل و به رایدانش‌آموز دید و رمز‌گشا‌ی

Dərin-dərin fikir nə qədər ki var,Könlünü onlardan etdi xəbərdar.

تخت و میلش نهاد پیش به مهردر وی آموخت راز‌های سپهر

Gördü şahzadədə ağıl, kəramət,Duydu var biliyə onda fərasət

هر ضمیری که آن نهانی بودگر زمینی گر آسمانی بود

Gətirdi lövhəni, mili meydana,Göyün sirlərini öyrətdi ona,

همه را یک به یک به هم بردوختچون به هم جمله شد درو آموخت

Öyrətdi nə qədər gizli, aşikarGöylərin, yerlərin rümuzları var.

تا چنان بهره‌مند شد بهرامکاصل هر علم را شناخت تمام

Nə varsa birbəbir öyrətdi, BəhramÖyrəndi dərs alıb hər səhər-axşam.

در نمودار زیچ و اصطرلابدرکشیدی ز روی غیب، نقاب

Elmin dəryasında tapdı pərvəriş,Üstürlabdan, zicdan alıb göstəriş,

باز چون تخت و میل بنهادیگره از کار چرخ بگشادی

Sirlərin üzündən pərdələr açdı,Dərsini bilməkdə möcüzə saçdı.

چون هنرمند شد به «گفت و شنید»هنر‌آموز‌یِ سلاح گزید

Bəhram da lövhəyə, milə yanaşdı,Fələkin işindən düyünlər açdı.

در سلاح و سواری و تک و تازگوی برد از سپهرِ چوگان‌باز

Kamala yetdikdə elmi, əməliSilahdan yapışdı qüvvətli əli.

چون از آن پایه نیز گشت بزرگپنجهٔ شیر کَند و گردنِ گرگ

At sürdü, aləmə vəlvələ saldı,Çövkanbaz fələyin topunu aldı.

تیغ صبح از سِنان‌گزار‌یِ اوسپر افکند با سواری او

Onda ki, şöhrəti aləmi sardı,Tutub canavarın boynunu qardı.

آن چنان دوخت سنگِ خاره به تیرکه ندوزند پرنیان و حریر

Qırdı pəncəsini, öldürdü şiri,Ona təslim oldu sübhün şəmşiri.

تیر اگر بر نشانه‌ای راندیجعبه را بر نشانه بنشاندی

Ox atıb, qart daşı tikərdi daşa,Elə bil tikilmiş ipək qumaşa.

تیغ اگر برزدی به تارک سنگآب گشتی و لیک آتش رنگ

Gözünü çevirib atsa hər yana,Nişana üstündən vurar nişana.

پیش نیزه‌ش گر ارزنی بودیبه سنانش چو حلقه بربودی

Qılıncına hədəf olsaydı qayaƏriyib dönərdi od rəngli suya.

نیزه‌ش از حلق شیرِ حلقه‌ربا‌یتیغش از قفلِ گنجِ حلقه‌گشای

Saplayar nizəni darıya birdən,Həlqə alar kimi götürər yerdən.

در نظرگاه راست اندازییَغلِقش را به موی شد بازی

O, düzgün vurardı uzaq nişanı,Tük ilə oynardı onun peykanı,

هر چه دیدی و گر چه بودی دورزدی ار سایه بود آن گر نور

İşığa, kölgəyə ox atsa əgər,Yan getməz, hədəfə hər zaman dəyər.

و‌آن چه او هم ندید در پرتابدولتش زد بر آن چه دید صواب

Onda ki, taleyi arxa durardıGözündən qaçanı atıb vurardı.

شیر پاسان، پاسگاه رمهلاف شیر‌ی ازو زدند همه

Şir ürəkli mərdlər söhbət qurdular,Onun şirliyindən deyib durdular.

گاه بر ببر ترک‌تاز‌ی کردگاه با شیر شرزه‌باز‌ی کرد

O bəzən pələngə hücum edərdi,Yarışıb şir üstə bəzən gedərdi.

در یمن هر کجا سخن راندندهمه نَجمُ الیَمانی‌اش خواندند

Deyib danışanda Yəmənin əhliOna ad verərdi: Yəmən Süheyli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets