روزی از روضهٔ بهشتی خویشکرد بر می روانه کشتی خویش

باده‌ای چند خورد سردستیسوی صحرا شد از سرمستی

به شکارافکنی گشاد کمنداز پی گور کند گوری چند

از بسی گور کاو به زور گرفتهمه دشت استخوان گور گرفت

آخرالامر مادیان گوریآمد افکند در جهان شوری

پیکری چون خیال روحانیتازه‌رویی گشاده پیشانی

پشت مالیده‌ای چو شوشه زرشکم اندوده‌ای به شیر و شکر

خط مشکین کشیده سر تا دمخال بر خال از سرین تا سم

درکشیده به جای زناریبرقعی از پرند گلناری

گوی برده ز هم‌تکان طللشبرده گوی از همه تنش کفلش

آتشی کرده با گیا خویشیگلرخی در پلاس درویشی

ساق چون تیر غازیان به قیاسگوش خنجر کشیده چون الماس

سینه‌ای فارغ از گریوهٔ دوشگردنی ایمن از کنارهٔ گوش

سیرم پشتش از ادیم سیاهمانده زین کوهه را میان دو راه

عطف کیمُختش از سواد ادیمیافت آنچ از سواد یابد سیم

پهلو از پیه و گردن از خون پُراین به‌رنج از عقیق و آن از دُر

خز حمری تنیده بر تن اوخون او در دوال گردن او

رگ آن خون بر او دوال اندازراست چون زنگیِ دوالک‌باز

کفلی با دُمش به دم‌سازیگردنی با سمش به سربازی

گور بهرام دید و جست به زوررفت بهرام گور از پی گور

گوری الحق دونده بود و جوانگور‌گیر از پسش چو شیر دوان

ز اول روز تا به گاه زوالگور می‌رفت و شیر در دنبال

شاه از آن گور بر نتافت ستورچون توان تافتن عنان از گور‌؟

گور از پیش و گورخان از پسگور و بهرام گور و دیگر کس

تا به غاری رسید دور از دشتکه برو پای آدمی نگذشت

چون درآمد شکارزن به شکاراژدها خفته دید بر در غار

کوهی از قیر پیچ پیچ شدهبر شکار افکنی بسیچ شده

آتشی چون سیاه دود به رنگکه‌آورَد سر برون ز دود آهنگ

چون درختی در او نه بار و نه برگمالک دوزخ و میانجی مرگ

دهنی چون دهانه غاریجز هلاکش نه در جهان کاری

بچه گور خورده سیر شدهبه شکار افکنی دلیر شده

شه چو بر رهگذر بلا را دیداژدها شد که اژدها را دید

غم گور از نشاط گورش برددست بر ران نهاد و پای فشرد

در تعجب که این چه نخجیر استو ایدر آوردنم چه تدبیر است‌!

شد یقینش که گور غمدیدههست از‌آن اژدها ستمدیده

خواند شه را که دادگر داندکز ستمگاره داد بستاند

گفت اگر گویم اژدهاست نه گورزین خیانت خجل شوم در گور

من و انصاف گور و دادن دادباک جان نیست هرچه بادا باد‌!

از میان دو شاخه‌های خَدنگجُست مقراضه‌ای فراخ آهنگ

در کمان ِ سپید‌ توز نهادبر سیاه اژدها کمین گشاد

اژدها دیده باز کرده فراخکآمد از شست شاه تیرِ دو شاخ

هردو چشمه در آن دو چشم نشستراه بینش بر آفرینش بست

به دو نوک سنان سفته شاهسفته شد چشم اژدهای سیاه

چونکه میدان بر اژدها شد تنگشه درآمد به اژدها چو نهنگ

ناچخی راند بر گلوش دلیرچون بر اندام گور پنجه شیر

اژدها را درید کام و گلوناچخ هشت‌مشت شش‌پهلو

بانگی از اژدها برآمد سختدر سر افتاد چون ستون درخت

شه نترسید از آن شکنج و شکوهابر کی ترسد از گریوه کوه‌؟

سر به آهن برید از اهریمنکشته و سر بریده به دشمن

از دَمَش برشکافت تا به دُمشبچه گور یافت در شکمش

بی‌گمان شد که گور کین‌اندیشخواندش از بهر کینه‌خواهی خویش

چنبری کرد پیش یزدان پشتکه‌اژدها کشت و اژدهاش نکشت

خواست تا پای بر ستور آردرخش در صیدگاه گور آرد

گور چون شاه را ندید قرارآمد از دور و در خزید به غار

شه دگرباره در گرفتن گورشد در آن غار تنگنای به زور

چون قدر مایه شد به سختی و رنجیافت گنجی و برفروخت چو گنج

خسروانی نهاده چندین خُمچون پری روی بسته از مردم

گورخان را چو گور در خُم کردرفت از آن گورخانه پی گم کرد

شه چو بر قفل گنج یافت کلیدو اژدها را ز گنج خانه برید

آمد از تنگنای غار برونگشت جویای راه و راهنمون

ساعتی بود و خاصگان سپاهبه طلب آمدند از پی شاه

چون یکایک به شاه پیوستندگرد بر گرد شاه صف بستند

شاه فرمود تا کمر‌بند‌انهم دلیران و هم تنومند‌ان

راه در گنجدان غار کنندگنج بیرون برند و بار کنند

سیصد اشتر ز بختیان جوانشد روانه به زیر گنج روان

شه که با خود حساب گور کندو اژدها را اسیر گور کند

لاجرم عاقبت به پا‌رَنجَشهم سلامت دهند و هم گنجش

چون به قصر خَوَرْنَق آمد بازگنج‌پرداز شد به‌نوش و به‌ناز

ده شتر بار از آن به حضرت شاهارمغانی روانه کرد به راه

دَهِ دیگر به منذر و پسرشداد با آن طرایف دگرش

صرف کرد آن همه به بی خوفیفارغ از مشرفان و مستوفی

وین چنین چند گنج‌خانه گشادبه عزیزی ستد به خواری داد

گفت منذر که نقش‌بند آیدباز نقشی ز نو برآراید

نقش‌بند آمد و قلم برداشتصورت شاه و اژدها بنگاشت

هرچه کردی بدین صفت بهرامبر خَوَرْنَق نگاشتی رسام

Şah bir gün bağçanın gözəl yerindəSürdü gəmisini mey üzərində.

Çəkərək başına şirin ayağı,Keflənincə həmən tərk etdi bağı.

Ovlağa çatınca kəmənd açaraq,Gura gor qazıyıb, hünər saçaraq,

Vəlvələ qopardı, qovhaqov saldı,Hər addım başında vurdu, ov saldı.

Sonra bir dişi gur gəldi, nə gəldi,Naləsi dünyanın bağrını dəldi.

Vücudu ruhani xəyaldı sanki,O bir ay baxışlı maraldı sanki.

Beli başdan-başa elə bil zərdi,Qarnının altı da südlə şəkərdi.

Qara xətt belindən çəkirdi nişan,Sağrısı xal-xaldı dırnağınacan.

Boynuna saldığı sanma zünnardı,Üzündə gül rəngli duvağı vardı.

O başqa gurlardan, sağrısı ondanGözəllik topunu almışdı, inan.

O atəşdi, otla qohum misaldı,Dərviş paltarında bir məhcəmaldı.

Baldırları igid oxuna bənzər,Qulağı - sıyrılı alması xəncər.

Gərdəni çəkikdi, çiyni hamardı,Qısıb qulağını süzgün baxardı.

Belində qaralan o dəri qaytanBağlamış cidovu hər iki yandan.

Gözəldi tismədən onun görkəmi,Qara xətt işlənmiş bir gümüş kimi.

Boynu qanla dolu, böyrü piy və yağ,Bu əqiq kimi al, o dürr kimi ağ.

Hörmüş bədəninə al xəz, qızıl qan,Gözəllik almışdı qandan o heyvan.

Verib qan damarı ona min bəzək,Oynardı tisməli hoqqabazlartək.

Quyruğu belindən ayrılmazdı heç,Boynu dırnağıyla kəsilmişdi ləc.

Gur görüb Bəhramı atıldı birdən,Cumdu Bəhram daxi durduğu yerdən.

Cavan gur yerindən qoparaq getdi,Bəhram şirə döndü, çaparaq getdi.

Gur qaçdı, durmadı, qaş qaralınca,Şir daxi düşmüşdü onun dalınca.

Padşah çevirmədi atını gurdan,Necə qaçmaq olar, siz deyin, gordan.

Gurxan hey çapırdı, guru qovurdu,Çapan Bəhram idi, qaçan da gurdu.

Çöldə bir kahaya yetişdi Bəhram,Basmayıb bu yerə qədəm bir adam.

Çatınca ovuna, gördü şiri-nərMağara ağzında yatır bir əjdər.

Qıvrılmış bədəni qırdan tökmə dağ.Gözlədiyi şikar qurtarmazdı sağ.

Şah baxıb yolunda yatan xətərə,Görüb əjdahanı, döndü əjdərə.

Unutdurdu guru gor dərdi dərhal,Əl qoyub buduna eylədi xəyal.

Təəccüblə dedi: "Bu nə şikardır?Bura gəlməyimin səbəbi vardır.

Yəqin zavallı gur amana gəlmiş,Əjdaha zülmündən cəzana gəlmiş.

İntiqam alsın qoy ədalətli şahDeyə dərgahıma gətirmiş pənah.

Qorxudarsa əgər bu əjdər məni,Gurun xəcaləti öldürər məni.

Mən onun dadına yetişəm gərək,Nə olur, qoy olsun, qorxu nə demək?!"

Şah iki şaxəli iti oxlardanSeçdi qayçı kimi açılmış peykan.

Oxu ağ kirişli kamana qoydu,Qara əjdahanı nişana qoydu,

Göz açıb suzəndə əjdər düşmanı,Uçdu igid şahın haça peykanı.

Batdı ox əjdərin bir cüt gözünə,Onu həsrət qoydu dünya üzünə.

Dəldi gözlərini qara əjdərinOxlar yer eyləyib dərindən-dərin.

Onda ki, əjdərə meydan oldu təng,Yeridi üstünə Bəhram - o nəhəng.

Əjdərə sapladı nizə cürətlə,Gura pəncəsini şir vurar belə.

Səkkiz yumruq boyda altıpər mızraqƏjdər boğazında açdı yüz zolaq.

Səslənib əjdaha çəkdi bir nərə,Ağac sütun kimi sərildi yerə.

Şah bu nəriltidən qorxmadı, sübut -Dağın zirvəsindən qorxarmı bulud?

Kəsdi Əhrimənin başını xəncər,İnsana düşməni əzmək dad verər.

Dərhal əjdahanın qarnını yardı,Orada bir gurun balası vardı.

Şaha aydın oldu gurdakı məram,Əjdərdən istərmiş alsın intiqam.

Allaha səcdəyçin qapandı yerə,Çünki o gəlmişdi üstün əjdərə.

Bəhram üzəngiyə basdı ayağı,Gedib seyr eyləsin yenə ovlağı.

Gur şahı tələsən görüncə haman,Gəlib mağaraya girdi uzaqdan

Bəhram şah tutmağa haman heyvanıSoxulub kahaya girdi yan-yanı.

Keçdi əziyyətlə içəri birdənXəzinə kəşf etdi girdiyi yerdən.

Şahlar küp qoyaraq burda getmişlər,Şux pərilər kimi gözdən itmişlər.

O gurdan küplərə yetmişdi Gurxan,Gursa qaçıb oldu gözlərdən nihan.

Xəznə açarını tapıb tacidar,Etdi mağaradan əjdəri kənar.

Çıxdı həmən saat kahadan düzə,Nəzər saldı yola o gəzə-gəzə.

Bir saat olar ki, gəzib hər yeri,Şahı axtarırdı sərkərdələri.

Onu görən təki gəlib durdular,Şahın ətrafında dövrə vurdular.

Bu zaman qoşuna şah verdi fərman:"Ayrılsın ordudan beş-on qəhrəman,

Yol açıb yerisin qoy mağaraya,Xəznəni bölsünlər yüzlərlə taya".

Üç yüz cavan dəvə, böyük bir karvanYüklənib düzəldi yola bir azdan.

Bir şah ki, hamilik eyləyər gura,Əjdahanı salar dərin bir gora,

Çəkdiyi əməyin barıdır, əlbət,Tapdı cəvahirat, qaldı səlamət.

Gəlib Xəvərnəqə, şən imarətə,Şah yenə başladı eyşü işrətə.

Yüklətdi on dəvə bol cəvahirat,Ata hüzuruna yolladı sovqat.

"Münzirlə Nemana layiqdir" - deyə,On yük zərif əşya etdi hədiyyə.

Hər kimə istəsə qalan varındanPayladı qorxmayıb hesabdarından.

Bəhram bir çox belə xəznələr açdı,İzzətlə toplayıb, ölçüsüz saçdı.

Münzir: "Gəlsin, - dedi, - cahan nəqqaşı,Yeni bir naxışla güldürsün daşı".

Əlində fırçası, boyası, zəri,Nəqqaş gəlib çəkdi şahı, əjdəri.

Bəhramın hər belə işi, qüdrətiTapdı Xəvərnəqdə əksi, surəti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets