Page 1 of 3

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.

Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

Birinci ixtilaf Ərdəbil qubermatorluğu üzərində başlandı. Nizamülmülk Ərdəbil qubernatoru Müqtədirüddövləni götürüb yerinə Mükərrəmüddövləni təyin etmək istəyirdi. Çar konsulu bunu qəti surətdə etiraz etdi, çünki Müqtədirüddövlə Ərdəbildə Rusiya mənafeyi üçün işləyən sadiq nökərlərdən biri idi.

Çar konsulu Nizamülmülk ilə olan görüşündə deyirdi ki: «Hərgah Mükərrəmüddövləni Ərdəbilə təyin etmiş olsanız bizim qoşunlar onu Ərdəbilə buraxmayacaqdırə.

Lakin o biri tərəfdən də çar konsulu bu ixtilafı dərinləşdirmək istəmirdi, çünki xariciyyə naziri Sazonov hələ vəliəhd Təbrizə gəlməzdən qabaq 2 aprel tarixli teleqramında vəliəhd və onun ətrafında gələnlərlə dostanə əlaqə düzəltməsini tapşırmışdı. Buna görə də konsul Tehranda Rusiya səfirinə göndərdiyi 11 aprel tarixli məktubunda yazırdı: €Nizamülmülk Mükərrəmüddövlədən on min tümən alıb onu Ərdəbil qubernatoru təyin etmək istəyir, mən məsləhət görürəm ki, həmin on min tüməni Müqtədirüddövlə verib öz yerində qalsın.

Eyni zamanda vəliəhd ilə Nizamülmülk arasında da ixtilaf törəmişdi. Nizamülmülk hökumət işlərini öz əlinə alıb vəliəhdin bütün təşəbbüslərinə əngəl törətdiyi üçün vəliəhd Təbrizi buraxmağa qərar vermişdi. Nizamülmülk vəziyyəti Tehrana xəbər verdiyi və Tehranda da məsələnin Nizamülmülk lehinə həll olunduğu vəliəhdin Təbrizdə qalmaq marağını daha da söndürmüşdü. Nəhayət, vəliəhd:

– Avtomobili hazır edin, gedirəm, – dedikdə bir tərəfdən Nizamülmülk, o biri tərəfdən də çar konsulu təşvişə düşmüşdü.

İran hökuməti vəliəhdi Təbrizə göndərmək üçün çoxdan bəri çalışırdı. Vəliəhd çıxıb getdiyi zaman bütün zəhmətləri hədər getmiş olacaqdı. Eyni zamanda Təbriz konsulu da vəliəhdin köçüb getmək istəməsindən təşvişə düşmüşdü, çünki bununla ingilislər «ruslar vəliəhdin Təbrizdə yaşaması üçün şərait yaratmadılar? deyə Rusiyaya müraciət edəcəkdi. (Həmin bu günlərdə ingilislər İrandakı alman-osmanlı təbliğatını qırmaq üçün İran hökuməti ilə dostanə rəftar etmək tərəfdarı idi. Rusiya hökumətinin özü də İranı bitərəf saxlamaq və yaxud Rusiya-İngiltərə ittifaqına cəlb etmək üçün müzakirə aparırdı.)

Bunları nəzərə alaraq, Təbrizə konsul və eyni zamanda Nizamülmülkün gizli təşəbbüsü nəticəsində Şəmsülimarəyə tacirlər, mollalar və əyanlardan ibarət bir heyət göndərilmiş və vəliəhdi Təbrizdə qalmağa razı salmaq üçün onlara tapşırıq verilmişdi.

Bu heyət göndərilməzdən əvvəl general-konsul heyətə daxil olacaq adamları bir-bir öz yanına çağırıb bu barədə fikrini onlara söyləmişdi.

Aprelin 18-də axşam saat dörddə Mirzə Ələkbər telefonla cənab general-konsulun məni öz yanına çağırdığını xəbər verdi.

Mən konsulun yanına getdiyim vaxt oradan bir çox başqa adamların çıxıb getdiyini gördüm. Çar konsulu məni gördüyü zaman yenə də xidmətlərimi saydı, yenə də özünün minnətdar olduğunu söylədi və əsl məsələyə keçərək dedi:

– Sizin məmləkətinizi böyük bir fəlakət gözləyir. Almaniya— Türkiyə təbliğatı İranı dünya müharibəsinə sövq etməyə və öz dostu olan Rusiya və ingilis hökumətlərinə qarşı çıxarmağa təlaş edir. Belə zamanlarda, ölkənizin bütün namuslu adamları gözüaçıq olmalı və hökumətin təşəbbüslərinə kömək göstərməlidir. Azərbaycanın sakit olması və iki hökumətin dostluğunun möhkəm edilməsi üçün gənc şahzadənin Təbrizdə olması mərkəzi hökumət tərəfindən düşünülmüş ən mühüm bir təşəbbüsdür. Lakin son günlər həzrət vəliəhdin Təbrizdə qalmaq istəməməsi bizim üçün heç gözlənilməyən bir hadisədir. Sabah həzrət vəliəhdin hüzuruna xalq tərəfindən bir heyət getməli, onun vücudunun burada lazım olduğunu ərz etməli və gənc şahzadəni Təbrizdə qalmağa razı salmalıdır. Bu barədə sizdən də rica olunur ki, həmin heyətin tərkibinə daxil olub, sabah Şəmsülimarəyə getməyə razılıq verəsiniz.

Bu barədə konsula razılıq verdim. Bu təsadüf bizim üçün heç gözlənilməyən bir hadisə kimi idi. Biz çoxdan idi ki, Məmmədhəsən Mirzənin yanına yol tapmağa və onunla tanış olmağa çalışırdıq. Bizim onunla tanışlığımız, çar konsulu tərəfindən düzələn intriqalardan xəbərdar olmadığımız üçün böyük bir vasitə olacaq idi.

Mən konsulxanadan çıxdıqdan sonra Məmmədhəsən Mirzəyə nə cür yanaşmaq lazım olduğunu fikirləşirdim. Təbrizdə deyildiyinə görə vəliəhd öz görüşünə gedənlərin əlinə baxır və onlardan hədiyyə gözləyirmiş, çünki bu ona ata-babasından miras qalmış bir adət idi. Vəliəhdlər daim mülkədarlar və tacirlərin verdiyi hədiyyələr hesabına yaşamağa adət etmişdilər. Onlar hədiyyə verilmədiyi və pula ehtiyac hiss etdikləri zaman cürbəcür bəhanələrlə istədiyi adamları cərimə edərdilər.

Buna görə də mən konsulxanadan çıxıb evə gəlincəyə qədər və- Həhd üçün qiymətli bir hədiyyə aparmaq barəsində düşünürdüm.

Evdə Məşədi Kazım ağa məni gözləyirdi. Ona məsələni anlatdım. O, beş min tümənlik bir bank çekini paket içərisində vəliəhdə təqdim etməmi məsləhət gördü. Mən ona razı olmadım, çünki ona pul verdikdə daima özünə pul lazım olduğu zaman bizə müraciət edə bilərdi. Ona qiymətli bir hədiyyə aparmağı qərara aldıq. Biz ona qiymətli bir saat bağışlamaq istəyirdik, lakin tanışlardan bir çoxu bunu artıq hesab etdi və onun nəqd pula ehtiyac hiss etdiyini və Tehrandan özü ilə bərabər gətirdiyi bir çox qiymətli şeyləri belə bir-bir satdığını əlavə etdilər.

nə.

Gündüz saat birdə verilən icazəyə əsasən Şəmsülimarənin qapısındaydıq. Siyahı üzrə bizi içəri buraxdılar. Abbas Mirzə dövründən qalan müşavirə salonuna daxil olduq.

Mən bu salonla çox maraqlanırdım. Buranı 9-cu ilin axırlarmda görmüşdüm. O zaman bu salon öz əzəmətini itirməmişdi. Qacar şahzadələri XIX əsrin ortalarında tikilən bu binanın sənət və memariyyə nöqteyi-nəzərindən olan incəliyini saxlamışdı, lakin son zamanlar tanınmaz bir xarabaya çevrilmişdi.

Şəmsülimarəni vəliəhdin Təbrizə gəlməsi münasibətilə təmir etmişdilər, lakin nə təmir üçün keçmişdəki ustaları, nə də rəngləri və qiymətli mozaikalara məxsus ləvazimatı tapa bilməmişdilər.

Nadir şahın başındakı tac və tacın üzərindəki brilyantlar, Fətəli şahın kəmərinin toqqasını bəzəyən aləmşümal yaqut, Kərim xan Zəndin sarığının büküşləri, hətta Ağa Məhəmməd xanın acıqlı çöhrəsinin qarışıqları da əvvəlki kimi deyildi. Qolları qırılmış yüz şamlı çilçıraqlar, tavanda qanad-qanada çalıb «uçuşan pərilərə, qabartmaları qopan sütun başları, əlvan şüşəli pəncərələrin təzədən salınmış şüşələri, kəhrəba rəngli mərmərlərin sınıqları, tacir evlərindən gətirilən əmanət xalçalar, rəngindən, çöhrəsindən ehtiyac və yoxsulluq oxunan xidmətçilər, qəlyanlar, stəkanlar... hər şey deyirdi ki, Şəmsülimarə XIX əsrin əvvəllərindəki Şəmsülimarə deyildir.

Salonda oturmaq üçün döşək əvəzinə təzə kürsülər qoyulmuşdu. Şahzadə Məmmədhəsən Mirzə salonda deyildi, heyəti vəliəhdin peşəkarı Nizamülmülk qəbul edirdi, hamının gözü vəliəhdin gələ- «əyi otağın qapısında idi.

Saat ikidə şahzadənin gəldiyini xəbər verdilər. Hamı ayağa qalxdı, vəliəhd içəri girərkən:

– Salaməleyküm, ağalar! – azərbaycanca dedi!. Heyət üzvlərini ayaq üstündə uzun dəqiqələr saxlamamaq üçün sürətlə gedib yerində oturdu və: – Ağalar, əyləşin, zəhmət çəkməyin! – dedikdə hamı oturdu. Şahzadə başı ilə cərgədə əyləşənləri bir daha salamladı və:

– Ağalara qəlyan, çay gətirin! – deyə əmr etdi.

Xidmətçilər əllərində qəlyan salona daxil oldular.

Adət üzrə vəliəhd Təbrizə gəldikdən sonra təzədən təşkil olunmuş dEtizadiyyəə adlı musiqi dəstəsi də həyətdə çalırdı”.

Mən gənc şahzadəyə diqqətlə baxırdım, onun oturuşu, baxışı və bütün hərəkəti əsir və təhqir olunmuş bir gənci xatırladırdı. Doğrudan da, şahzadə gülünc bir vəziyyətdə idi. O bir tərəfdən Tehran hökuməti, o biri tərəfdən də Azərbaycanı işğal etmiş olan çar konsulunun əlində oyuncaq idi. Bundan əlavə özünün peşəkarı hesab olunan Nizamülmülkün də işlərinə qarışmağa səlahiyyətdar deyildi.

Mən onun simasını başdan-ayağa gözdən keçirdikdə: cAzərbaycanda ölmüş istiqlaliyyətin qəbri üzərində qoyulan bu şərəfsiz heykəl sönməkdə olan Qacar xanədanının son vəliəhdidirə deyirdim.

" Məmmədhəsən Mirzə Təbrizdə Məmmədəli Mirzənin siğəsindən doğulmuşdu. Buna görə də Əhməd Mirzə padşahlıq mirasına ondan əvvəl nail olmuşdu. Məmmədhəsən Mirzə Təbrizdə böyüdüyü üçün daim azərbaycanca danışırdı.

2 Etizadiyyə musiqi dəstəsi bütün İranda musiqi sənəti sahəsində məşhur idi. Bu dəstə Etizadilsəltənə ləqəbi ilə çağrılan Məmmədəli Mirzə tərəfindən düzəldilmişdi.

Vəliəhd nə papiros, nə də qəlyan çəkirdi. O, yanında oturan Nizamülmülk ilə istər-istəməz söhbət edirdi. Nəhayət, o, başını qaldiri» heyət üzvlərinə müraciət etdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

I. Qonaqlar

Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.

8 min
II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 min
III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 min
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 min

Poems by other poets