Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.

Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

Gecələr çar himayəsinə girərək təbrizlilərə ağalıq edənlərdən bir nəfər də olsa küçələrdə görünmürdü. Baş iş Təbrizdə inqilabi ruhun yüksəlməsinə də səbəb olmuşdu.

Sərdar Rəşidin öldürülməsi xəbəri hamıdan artıq Təbriz qarnizonunun rəisi polkovnik Berezovskini düşündürürdü. O bu xəbəri alan kimi, mənim ona dediyim bir cümləni xatırladı: Siz əmin ola bilərsiniz, sərdar Rəşid Tehrana getməyəcəkdirə.

O, təkcə Əbdülhəsənbəyi yox, böyük bir təşkilatı gizləmiş olduğunu düşünərək titrədi. Bu təşkilatı həbsə aldırmaq və bu sirri bir nəfərə açmaq fikrindən vaz keçmişdi, çünki yubanmışdır, o bizi sərdar Rəşiddən bu məlumatı aldığı dəqiqələrdə həbs etmiş olsaydı, sərdar Rəşidin diri qalmasına da imkan yarada bilərdi. Hazırda o, sərdar Rəşidin ölümündən gələn məsuliyyəti də öz öhdəsinə götürürdü. O, gecələri yatmırdı, öz vəzifəsinə, öz çarına, onu soldatlıqdan polkovnikliyə qaldıram üsuli-idarəyə xain çıxdığını xatırladığı zaman diksinərək yerindən qalxır, araq içir, sərxoş olub yenə də yatırdı. O, gündüzləri işə çıxmırdı, alayın qərargahına getmirdi, qarnizonun vəziyyətindən xəbərdar deyildi, özünü bu ləkədən nə cür təmizləyəcəyini təmin edə bilmirdi. Bəzən o, baş hərbi dairələrə ərizə verib vəzifəsindən çəkilməyi düşünürdü, lakin mümkün deyildi, çünki belə çətin bir zamanda polkovnik Berezovski kimilərinin və daha açığı, bütün varlığını çar mütləqiyyətini müdafiə uğrunda qurban verməyə hazır olan bir fandarmın işdən boyun qaçırması böyük şübhəyə səbəb ola bilərdi.

Nəhayət, o, bir həftəlik əziyyətdən sonra, daha açığı, dəlilik dərəcəsinə gəlmək ərəfəsində şad bir xəbər aldı ki, o, xəbər də bundan ibarət idi: çar konsulu Təbrizin qorxulu bir vəziyyətdə olduğunu, cəbhələrdəki məğlubiyyət xəbərinin Təbrizdə çar nüfuzunun düşməsinə səbəb olmasına, Təbriz y)andarm təşkilatının bu çətin vəziyyətin altından çıxa bilməməsini nəzərə alaraq, andarm təşkilatı rəisliyinin Krılova tapşırılmasını qərara almışdı. Eyni zamanda Təbriz qarnizonunu təşkil edən Berezovski alayını Türkiyə cəbhəsinə göndərib, yerinə başqa bir alayı təyin edirdi.

Berezovski bu xəbəri rəsmi surətdə aldığı zaman məni evinə çağırdı. Onu çox şad gördüm. O məni görən kimi qalxıb qucaqladı, əllərimi sıxdı və:

– İndi məni təbrik edə bilərsiniz! – dedi. – Mənim alayım Təbrizdən cəbhəyə gedir. Zənn edirəm ki, bu cəbhə də mənim üçün əlverişli cəhhədir. Zənn edirəm ki, mənim dostum bir neçə aydan sonra məni bir polkovnik Berezovski kimi yox, bir general-leytenant kimi görəcəkdir.

Mən polkovnikin əlini sıxıb təbrik etdiyim zaman o da əlini portfelinə uzadıb bir kağız çıxarıb qoydu:

– Mən də sizin təbriklərinizə qarşı bu hədiyyəni sizə verirəm,

– dedikdə mən kağızı açıb baxdım. Kağız bizim həbs olunmağımız üçün sərdar Rəşid tərəfindən çar yandarmına yazılan məktubdan ibarət idi.

Məktubu tarixi bir vəsiqə olaraq saxladım və bu barədə Berezovskiyə razılıq etdikdə, o əlavə etdi:

– Siz çox qorxulu bir işlə məşğulsunuz. Mən Təbrizdən gedəndən sonra bu qorxu daha da ağırlaşacaqdır, çünki mənim yerimə təyin olunan Krılov çox barışmaz adamdır. Siz mənim xatirim üçün də ehtiyatlı olmalısınız, çünki siz ifşa olunduğunuz zaman mənim sizə güzəştə getdiyim də meydana çıxar.

– Siz əmin ola bilərsiz, bizim hərəkatımızdan sizin rütbə və vəzifənizə heç bir zərər toxunmaz. İndi buyurun görüm siz ailənizi də özünüzlə bərabər götürürsünüzmü?

– Xeyr! Mümkün deyil, onları bura sizin himayənizə buraxıram.

– Əmin ola bilərsiniz. Onlara sizin özünüzdəndə yaxşı baxaram, indi bu himayə mənim üçün vicdani bir borcdur. Mən sizdən heç bir )andarmdan gözlənilməyəcək yaxşılığı gördüm.

– Amma mən heç vaxt özümü bağışlamayacağam, çara xəyanət etmişəm...

Berezovski uzun danışa bilmədi, çünki onun qızları və arvadı gəlməyimi eşidib hamısı birlikdə görüşümə gəldilər. Onların hadisədən xəbəri yox idi, buna görə də Ksenya dedi:

Neçə gündür ki, sizi arzulayırıq, atam da xəstə idi, vəzifəsinə getmirdi, lakin siz nədənsə belə vaxtlarda bizi unudursunuz. Cənab Arşakı da görmək mümkün deyil, atam burada olmayanda siz bizə bundan yaxın idiniz.

– Çünki onda atanız burada yox idi, o vəzifə bizim boynumuzda idi, – dedim.

Jandarm:

– İndi yenə o vəzifə sizin öhdənizə düşür, – dedi.

Axşama qədər orada oturub söhbət etdik, sonra vidalaşıb ayrıldım.

Bu hadisənin üstündən on beş gün keçəndən sonra bir gün Berezovskinin evinə getdikdə onun qanlı paltarı ilə ağ atının «əbhədən ailəsinə göndərildiyi xəbərini verdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets