Gizli ədəbiyyat məsələsi
Bu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi.
Məruzəçi sözünü belə başladı:
– Biz indiyə qədər mühüm ədəbiyyatı xaricdən alırdıq. O ədəbiyyatın sırasında partiyamız üçün ən lazımlı olan «İskra» qəzeti də vardı. Bir zaman biz «İskra» qəzetinin özünü yox, matrisasını alırdıq. Bu da diş həkimi Sofiya Kinzburqun adına gələn pasılkalarla xaricdən Bakıya göndərilirdi. Son günlər gələn pasılkanın yeşiyi gömrükxanada əzildiyi üçün yeşikdə şübhəli şeylər olduğu məlum olmuş və buna görə də Jandarm çağırılmışdır. Sofiya Kinzburq həbsə alınmışdır. Sofiya nə qədər danışdırılmışsa, bu məsələni boynuna götürməmiş və sirləri açmamışdır. Biz bu barədə «İskra»nı göndərən yoldaşlara xəbər verdik. Onlar bizə Bakıdakı işləri ixtisar etmək və nəqliyyat ilə əlaqəyə girişməyi məsləhət görürlər. Bu gün Batumidən aldığımız məlumata görə Marseldən, Batumiyə işləyən «Paqe» cəmiyyətinin kəmisində Bakı üçün ədəbiyyat göndərilmişdir. Ədəbiyyatı kəminin aşpazı gətirir. Hazırda bizim müzakirə edəcəyimiz məsələ varsa, o da buradan Batumiyə gizli ədəbiyyat aparmaq və Marseldən paroxodla Batumiyə gələn ədəbiyyatı Bakıya gətirməkdən ibarətdir. Bunun üçün də etibarlı və bacarıqlı yoldaşlardan birisini göndərmək lazımdır.
Ketsxoveli sözünü bitirdikdən sonra iclasdakılar suallı baxışlarla bir-birinə baxdılar.
Çar jandarmeriyası Bakı ilə Batuminin sıx əlaqədə olduğunu bildiyindən Bakıdan Batumiyə gedənlərə, Batumidən Bakıya gələnlərə olduqca ciddi diqqət yetirirdi. Son vaxtlar Bakıdan xaricə bir parça kağız çıxarmaq belə mümkün deyildi. İclasdakıların hamısı bunu bilirdi.
Jenya:
– Bu vəzifəni mən öz öhdəmə götürürəm, — dedi.
Pavluşa soruşdu:
– Nə cür yerinə yetirərsən?
Jenya qəti olaraq:
– O mənim işimdir, — dedi. — Hərgah vəzifə mənə tapşırılarsa, mən öz planımı söyləyə bilərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-gizli-edebiyyat-meselesi
Use ← → keys to move, R for a random poem
More by this author
İkinci şəkilAstiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.*
Üçüncü pərdəBeşinci şəkilSuraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir.*
Dördüncü pərdəAltıncı şəkilPadşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.*
Beşinci pərdəYeddinci şəkilFəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar.*
Poems by other poets
Qarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüzNavəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm