Mənim xəyalıma bir şey gəlir:

«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.

Görəsən həmin möhtərəm hacıların cibindən öz vilayətlərində ildə neçə qəpik pul çıxıb girir fəqirlərin cibinə?

Bekar müsəlman qardaşlardan təvəqqə edirik bizim bu sualımıza cavab yazıb göndərsinlər idarəmizə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nizamiyə sui-qəsd

Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:

5 min
Xəlifənin qızları

Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.

5 min
Qadınlar və qızlar dünyası

Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.

10 min
Cülus günü

Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.

6 min

Poems by other poets · Satire