Hərdən xəyalıma belə bir şey gəlir:

Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir.

Keçən səfər ayında İranda idim. Ərdəbil şəhərində bazar ilə keçirdim. Gördüm bir nəfər adamı hər çatan ağac ilə, daş ilə, təpik ilə döyür. Xülasə, o qədər döydülər ki, ölüm halında düşdü. Xəbər aldım ki, bunun təqsiri nədir, dedilər «çörəkçidir, çörəyi yaxşı bişirməyib».

Oradan gəldim Bakıya, bir nəfər rəfiqim ilə Təzəpir məhəlləsi ilə keçirdim, gördüm bir nəfər adamı otuz, bəlkə qırx müsəlman araya salıb döyürlər. Soruşdum ki, bunun təqsiri nədir, cavab verdilər ki, qəribdir, özü Ordubad əhli, adı Heydərdir, döyənlər də bakılıdırlar. Bəs axır niyə döyürlər? Cavab verdilər ki, bir bakılı ilə sözə gəlib, biri-birini söyüb, qalan bakılılar da qeyrətə gəliblər. Qərəz bu da belə.

Sonra yolum düşdü Gəncəyə — döyürlər, vurhavur, yolum düşdü İravana—vurhavur, hər yana vurhavur.

Müxtəsər, bir yana ki, gedirsən, əgər istəsən biləsən ki, bura müsəlman aləmidir — bax gör: əgər iyirmi-otuz müsəlman bir yerə yığışıb bir adamı döyür bil ki, müsəlman vilayətidir.

Xülasə vurhavur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bakı Komitəsinin xətti-hərəkəti

Montinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü.– Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür!

9 min
Erməni-müsəlman qırğını başlandı

1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi.Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı.

32 min
Susanna

Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.

8 min
Vasya menşeviklər təsirində

Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.

15 min

Poems by other poets · Satire