İraida oğurlandı
Page 4 of 4 · 75%
– Xeyr. Hərəmiz bir ayrı otaqda yatırıq.
– Xidmətçi qadın harada yatır?
– Mətbəxin böyründəki kiçik otaqda.
– Xidmətçi yatan otağın qapısı çöldən bağlandıqda xidmətçi qadın başqa bir qapıdan dışarı çıxa bilərmi?
– Xeyr, o otağın çölə pəncərəsi belə yoxdur.
– Çox pakizə, gecəni necə keçirirsiniz?
– Axşam saat ona qədər yemək, içmək, xırda ev işləri ilə məşğul oluruq. Saat onda İraida öz otağına çəkilir, yatağında uzanıb kitab oxuyur. Mən də haman qoca arvadla dərdləşirəm, saat 12-də yatmağa girirəm.
– Gecə saat birdə bütün qapıları açıq qoya bilərmisiniz?
– Mümkündür, qoya bilərəm.
– Bu məsələ qurtardı. İkinci məsələ sirrin gizlin qalmasıdır.
– O barədə düşünməyin, lakin məni oradan qurtarmağa söz verin!
– Qurtaracağıma əmin olunuz! Sabah gecə saat ikidə, məni orada gözləməlisiniz.
Saat 11-də Mahru xanım getmək istədikdə, yenə də fayton qoşuldu. Tütünçüoğlu onu ötürdü. Evdə kimsə qalmadı. Nina pərdənin dalından çıxdı, stolun ətrafındakı stulda oturduqda:
– Mən bu gecəni «Min bir gecə» hekayəsinin 2-ci bir hissəsi hesab edirəm, – dedi. – Qulaqlarıma inanmaq istəmirəm. Mən indi əmin oldum ki, bu qız bizim sirlərimizi heç bir kəsə verməyəcəkdir. Sən İraidanı oradan oğurlatmaqla həm bizim inqilabi işimizin gizlin qalmasına, həm də bacımın namusunun müdafiəsinə xidmət etmiş olacaqsan. – O, bir az düşünüb əlavə etdi: – Ah! İraida nə qədər alçalmışdır?
Saat 12-də onu öz evinə ötürdüm.
İntibahnamələrin lazımi yerlərdə yapışdırılması, konsul ilə Hacı Səməd xan arasındakı münasibətin gərginləşməsi, Təbrizdə gizlin işləyən təşkilatın tapılmaması, Hacı Səməd xanın son günlərini yaxınlaşdırırdı. O, yenə azarlayıb yatmışdı, kimsəni qəbul etmirdi. Buna görə də çar konsulunun Azərbaycanı soymaq və istismar eləmək planları həyata keçməmiş qalırdı. Vəziyyət belə olduğu təqdirdə konsulun son ümidi sərdar Rəşidə qalırdı. Nina gündüz saat 2-də konsulxanadan, Savucbulağa teleqram göndərildiyi və sərdar Rəşidin Təbrizə dəvət edildiyi xəbərini verdi.
Bizim də işlərimiz hazır idi. Sərdar Rəşid Təbrizə gəlincəyə qədər, İraida da öz yeni mənzilinə köçə biləcək idi. İraidanı Təsvic kəndinə aparmaq Tütünçüoğlu ilə Məşədi Kazım ağaya tapşırılmışdı.
Axşam Saat doqquzda İraidanın bu məzmunda bir məktubunu aldım: «Əzizim Əbülhəsənbəy! Sabah nahar yeməyini bizimlə bərabər yeməlisiniz. Gözləyəcəyəm, sizə mühüm bir məsələdən danışacağam.
İftixarüssultan İraida».
Məni gülmək tutdu. İraidanın İran kübar qadınlarına məxsus ləqəb qəbul eləməsinə yanımdakılar da güldü. Şübhəsizdir ki, ona ləqəbi, sərdar Rəşidin daxil düşməsi ilə Hacı Səməd xan vermişdi. Biz onun məni nə üçün dəvət elədiyi üzərində heç də düşünmədik. Çünki «iftixarüssultan» xanımın Təbrizdə keçirəcəyi həyatın son saatları idi.
O məni zəhərləməyə imkan tapa bilməyəcəkdi.
Saat 2-nin yarısında mən, Həsənağa və Tütünçüoğlu evdən hərəkət elədik. Həsənağa faytonu qapıda saxlayacaq idi, fayton haqqında izahat istəyən olursa, tapşırığımıza görə, Həsənağa, «cənab sərdar Rəşid təşrif gətirmişdir», deməli idi. Tütünçüoğlu bomba əlində həyətdə duracaq, küçədən evə girənlərə mane olacaq idi. Mənsə içəri girəcək, İraidanı dışarı çıxarıb faytona əyləşdirəcəkdim.
Düz saat 2-də biz sərdar Rəşidin qapısındaydıq. Mahru xanım qapını açmışdı. O, balkonda gəzişib həyəcanla bizi gözləyirmiş.
Balkona çıxıb yavaşca salam verdim və onun əlini sıxdım.
– Evdə kim vardır?
– Əmin olunuz, heç kəs!
Dəhlizə, oradan da salona daxil olduq. Salondakı lapmanın işığı azaldılmışdı. İşığı artırdım. Salondan yataq otaqlarına girən qapıları yoxladım; hər tərəfi, çıxacaq və girəcək yerlərini öyrəndim. Əvvəlcə xidmətçi qadın yatan qapının çöldən cəftəsini vurdum. Sonra qara ipək xələtə bürünmüş Mahru xanım qarşıma düşüb İraidanın yataq otağını mənə göstərdi. Zil qara saçlarını bir hörüklə arxasına atan Mahru qarşımda, mübhəm sirlərin qorxulu heykəli kimi hərəkət edirdi. Qaranlıqda yerişi, ehtiyatlı hərəkətləri, ipək donun xışıltıları ona fantastik bir varlıq görkəmi verirdi.
O, İraidanın yatdığı otağı göstərdi və durub mat-mat üzümə baxmağa başladı. Əlimlə ona qayıtmaq işarəsi verdim, lakin o getmədi. O, sözü olan adama oxşayırdı.
Mən ona pıçıltı ilə dedim:
– İraida səni görməməlidir. Otağına get! Qoy səni səhər bura gələnlər açıb otağından bayıra buraxsın, sərdar Rəşid və başqaları səndən şübhələnməsinlər.
O, yenə də durub baxırdı. Otağına girməkdə tərəddüd göstərirdi. Mən ona qəti olaraq:
– Təxirə vaxt yoxdur! – dedim. – Fayton qapıda durmuşdu. Hərgah sən bu sirri saxlamaq üçün özündə cəsarət hiss etmirsənsə, gəl dalımca küçə qapısını bağla və mənim bura gəldiyimi kimsə bilməsin. Heç olmasa bu sirri saxla!
Bu sözü deyərək dəhlizə dönmək istərkən o ətəyimdən tutdu:
– Dayan! Tərəddüdüm qorxduğum üçün deyil, – dedi, – məni bu evdən qurtarmaq üçün qəti söz verməlisiniz!
– Qəti söz verirəm, səni bu evdə qoymayacağam!
Sözümün qətiliyi Mahrunu sakit elədi. O öz otağına daxil oldu. Qapını dışarıdan cəftələdim.
İraidanın otağının qapısına gəldim. Otağa daxil olmaq mənim üçün çox çətin idi: bu çətinlik qorxudan deyildi, utanırdım, çünki İraida istidən tamamilə üstüaçıq yatmışdı. Başının üzərində yanan lampanın işığı, az da olsa onun çılpaq vücudunu bütün üryanlığı ilə nəzərə çarpdırırdı. Onun oxuduğu roman, yuxu tutduğu zaman, açıq döşlərinin üstünə düşüb qalmışdı. Bir məsələ də məni az-çox məşğul etdi: İraida ayılıb məni görərsə nə düşünər? O məni gördükdə Əbülhəsənbəy çılpaq bir qadının yataq otağına nə məqsədlə girmişdir, – deyə mənim haqqımda çirkin fikirlərə düşməzmi?
Tərəddüdüm çox tez keçdi.
– Qoy, nə düşünürsə-düşünsün! – dedim. – Nəticədə bura nə məqsəd üçün gəldiyimi biləcəkdir.
Çarpayıya yaxınlaşdım.
Arada, cürbəcür vəziyyətlərdə çəkilmiş çılpaq qadın şəkilləri ilə dolu olan divarlara da diqqət etdikdən sonra çarpayının ayaq tərəfindəki nazik yorğanı bu çılpaq vücudun üstünə çəkdim. Elə bu vaxt çarpayının baş tərəfində asılan kiçik, yaraşıqlı gümüş bir çərçivə nəzərimi cəlb etdi. Baxdım, bu Hacı Səməd xanın verdiyi fərmandı. Fərmanın məzmunu bu idi:
Fərman
«Hərəmi möhtərəmi cənab sərkar sərdar Rəşid İraida xanımla bələqəbi-iftixarrüssultan müləqqəb mifərmailm. Valiyi-əyaləti Azərbaycan, Hacı Şücaüddövlə Səməd xan.
Təbriz, 1329 hicrin.
Artıq təxir yaramazdı, onu yuxudan qaldırmaq istərkən özümdə bir cəsarətsizlik hiss etdim. Lakin başlanmış işi axıra yetirmək lazımdırl – deyə, sağ əlimdə naqanı tutaraq sol əlimlə onun saçlarını sığallamağa başladım. O, ayılmadı və nazlanaraq o biri böyrü üstə çevrildi. Bu vəziyyət bir neçə saniyə davam etdi. Nəhayət, onun başını bərk-bərk silkələdikdə o, gözlərini açdı. Gözlərini geniş-geniş açıb otağa və mənə baxdı, hələ özünə gəlib qışqırmağa macal tapmadan, hədə ilə ona dedim:
– Diri qalmaq istəyirsənsə, səsini çıxarma!
O, bu sözləri eşitdikdən sonra, tapançanı alnına söykəyən əli tanıdı, bir titrək, birdən-birə batmış kimi çox asta çıxan bir səslə:
– Əbülhəsənbəy, sən bizimlə bunun üçünmü tanış oldun? – dedi.
– Şərqlilər... Sən gecənin bu vaxtında məni qorxutmaq və... gəldin? Heç bir sözüm yoxdur, mənimlə istədiyini edə bilərsən, ancaq onu da bil ki, mən Ninanın bacısıyam.
Uzun danışmağa vaxt yoxdu, mən onu sakit etmək üçün məsələni açmalı, tezliklə işi bitirməli idim.
– İraida, sakit ol, mən bura şərəfsizlik üçün deyil, səni böyük bir şərəfsizlikdən qurtarmaq üçün gəlmişəm, – dedim. – Sən yenə də məni əvvəldə tanıdığın kimi tanımalısan, mən sənə qəsd etmək istəmirəm. Məni Mahmud xana satdığın, məni zəhərləmək, Ninanı da özün kimi bədbəxt etmək istədiyinə qarşı da heç bir söz demirəm. Bunun müqabilində mən səni iki böyük şərəfsizlikdən və tarixi xəyanətlərdən saqındırmağa çalışıram. Mən heç bir zaman Ninanın bacısının sərdar Rəşid kimi namussuzların vasitəsilə satılmasına və bir çar casusu kəsilməsinə imkan verməyəcəyəm. İraida, sən bir yaxşı düşün, atan kim idi? Çar üsuli-idarəsi ilə mübarizə aparan bir kişinin qızı, çar hökumətinin bir casusu kimi işləmək istərsə, onu cəzalandırmaq lazım deyildirmi?
İraida utanır, nə edəcəyini bilmir və düşünürdü.
dü K il
3 k. mi
TE m. M. .
C , “əə "İd
Mən yenə:
– Sən İrana çar konsulunun əlində alət olmaq və namussuz yolları təqib etmək üçünmü gəldin? – dedim. – Əcəba, sən Nina ilə birlikdə yaşaya bilməzmi idin? Duril Paltarlarını geyin! Uzun danışmağa vaxt yoxdur, tez dur! Qorxma!
İraida:
– İnanıram, – dedi, – mən öldürməyə aparırsan, məni bağışla, hər cür diriliyə razıyam. Məni öldürməyəcəyinə söz ver!
– Qəlbindəki sirləri gizlin saxladıqda və bu hadisə haqqında kimsəyə bir söz söyləmədikdə getdiyin yeni mənzildə kimsəyə xəbər vermədən yaşadıqca diri qalacaqsan. Sənə hörmətdən başqa bir şey göstərilməyəcəkdir. Onu da bil ki, bu həyatın çox davam etməyəcəkdir, çünki Səməd xanların, sərdar Rəşidlərin ömrü uzun deyildir! Qalx, yalnız əyin paltarlarını götür!
O, qalxıb paltarlarını böyük bir çamadana yığdı və mənim tələbim üzərinə qara ipək çarşafını başına salaraq, evdən çıxmağa hazırlaşırkən:
– Bir az dayan! – dedim. – Sərdar Rəşidə bir məktub buraxmağın lazımdır. Otur, dediklərimi yaz!
O oturub yazmağa başladı:
Möhtərəm sərdar Rəşid!
Sən bilirsən ki, biz ayrılmalı idik. Məni nə sənin böyük vəzifə daşıdığın, nə mənə verdiyin sərvətlər, nə də müsəlman etmək üçün təkrar etdirdiyin şəhadət kəlmələri sənə bağlaya bilməzdi. Çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman yalnız sənin üçün gəldiyimi düşünürdüm. Nəhayət, az keçmədən, məni də öz bacın və öz birinci arvadın kimi sataraq özün üçün vəzifə qazanmağa başladın. Sən də çar sahib mənsəbləri kimi öz arvadının hesabına böyümək istədin, lakin məndə buna razılıq verəcək vicdan yoxdur. Məcburi olaraq Rusiyaya qayıtdım. Sənin evindən öz paltarımdan başqa heç bir şey götürmədim. Səlamət qal.
İraidaə.
Çamadanı özüm götürüb onu faytonun yanına kimi ötürdüm. Vidalaşarkən ağladı və:
– Məni unutmayın, - dedi. – Mən bu vaxta qədər insan kimi yaşamadımsa, bundan sonra namuslu insan həyatı keçirəcəyimi sizə söz verirəm. Ninanı məhəbbətlə saxla, onun qəlbinə toxunma!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-iraida-ogurlandi
Use ← → keys to move, R for a random poem
More by this author
«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».
Erməni-müsəlman qırğınının zəminəsiBakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundurXanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:
İki direktor arasındaXanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.
Poems by other poets
Nagahdan gördü gözüm,Sən təki insanı, Pəri.
No... olub ala?!Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,