Qarət başlandı
Page 3 of 3 · 67%
İclas sərdar Rəşidə belə bir məktub göndərməyi qərara aldı:
«Azərbaycan valisi sərdar Rəşidə!
Cənab vali! Sənin apardığın ikiüzlü siyasət Təbriz xalqının təzə fəlakətlərə düşməsinə səbəb ola bilər. Sənin Təbrizə girən qarətçilərlə olan əlaqən, Təbriz xalqını çar ordusunun intiqamı qarşısında qoya bilər. Bu gündən etibarən sənə xəbərdarlıq edirik:
Sən heç bir vaxt İran nümayəndəsi olaraq Təbriz xalqının tərəfindən danışmayacaqsan.
Təbriz xalqı ilə qarətçi dəstə arasında əlaqə düzəltmək barəsində heç bir təşəbbüs göstərməyəcəksən.
İran hökumətinə məxsus əmlakın və hökumətə aid silahların qarətçi dəstələr əlinə düşməsinə imkan verməyəcəksən.
Qarətçi dəstənin ermənilər və rus təbəəsi talanına dair tədbirlərinə kömək göstərməyəcəksən.
İran təbəələrinin Rusiya konsulxanasına qarşı mövcud olan bitərəfliyini pozmayacaqsan.
Bu göstərişlər yerinə yetirilmədiyi təqdirdə edam ediləcəksənl
İnqilab kolmitəsib.
kokok
Miss Hanna gündüz məktub göndərib məni axşam saat doqquza öz evinə dəvət etmişdi, bununla kifayətlənməyərək o yenə də bir məktub göndərib yazırdı:
4Bu saatda bizə gəlməlisən, çox lazımlı iş vardır. Təxir etmək təhlükəyə səbəb ola bilər.
Miss Hannaə.
Axşam saat 9-da evdən çıxdım, faytona oturdum, yanımda olan bir çox yoldaşlarla bərabər Ermənistan tərəflərinə yola düşdüm. Erməni məhləsinə hücum etmək üçün Helmi bəyin hazırlığını bilirdim, buna görə də erməni xalqı başçılarına xəbər verib müdafiəyə hazır olmalarını tapşırmışdım. Onların müdafiə tədbirlərini yoxlamaq istəyirdim.
Hər tərəfi yoxladıqdan sonra müdafiə hazırlığının kafi olduğunu təyin etdik və Helminin mənə yazdığı məktubu erməni yoldaşlarla oxuduqda Helmi bəyin onlara da bir məktub yazdığı meydana çıxdı. Məktub erməni keşişinə yazılmışdı.
«Po» əfəndi!
Yarın saat iki radələrində erməni tüccar və erməni əyanları ilə bərabər ərkan-hərb yerləşən binaya tərəf təşrif gətirməlisiniz. Burada erməni xalqının gələcəkdə Təbrizdə yaşaması üçün bəzi aydın olmayan məsələləri həll edəcəyiz.
Helmiə.
Erməni keşişi bu məktubu aldıqdan sonra erməni tacirləri və erməni əyanlarına məktub göndərib çağırmış və sabah duz-çörəklə Helmi bəyin yanına getməyi qərara almışdı. Mən məktubu oxuyub onlara qaytardım və əlavə olaraq tapşırdım:
– Onun yanına getmək lazım deyil. Siz onların yanına gedən kimi sizi həbs edəcək və istədiyini aldıqdan sonra yenə də sizi azad edib-etməyəcəyi şübhəlidir. Hacı Mehdi Kuzəkünaninin başına gətirənləri sizin də başınıza gətirəcəkdir. Getməyin, o sizə heç bir şey edə bilməz. Lazım olduğu zaman müdafiə komitəsi sizə kömək verər.
Kiçik iclasda Arşak da danışdı. Arşak öz çıxışında ən mühüm bir məsələni qeyd edərək dedi:
– Erməni məhəlləsi özünü müdafiəyə hazırdır, ümumtəbriz müdafiə qüvvəsi ilə sıxı əlaqədədir. Mütaqabil köməklik hər zaman mümkündür, məsələ daşnakların bu işdə iştirak etməsi məsələsidir. Onlar iki yüz nəfərdən ibarət bir silahlı dəstə düzəltmişlər, bizim müdafiə qüvvəmizin vahid təşkilatına da tabe olmaq istəmirlər. Onlar sabah öz silahlı qüvvələrini nümayiş etdirmək istəyirlər. Daşnakların bu hərəkətindən böyük bir fitnənin zəminəsi görünür. Hazırda onlar kilsəyə yığışıb sabahkı çıxışları haqqında müzakirə aparırlar. Mənim aldığım xəbərlərə görə, yerli hökumət də daşnaklara kömək verəcəyini bildirmişdir.
Arşak sözünü bitirdi. Mən çox acıqlandım. Arşak cürbəcür adamlar olan bu iclasda daşnaklar barəsindəki bu fikri açmamalı idi. Burada olan tacirlər bir saat keçmədən bu xəbəri daşnakların ştabına xəbər verəcək və bütün planları alt-üst eləyəcəkdi. Arşak özü də səhv etdiyini dərhal hiss elədi və mənə pıçıldayaraq:
– Qardaşım, ondan keçibdir. Bu barədə fikrin nədir? İclasda bizim üçün yad sayılan ancaq səkkiz nəfərdir, – dedikdə mən:
– Adlarını yaz qoy qabağıma! – dedim.
İclas davam edirdi, cürbəcür fikirlər meydana atılmışdı. Lakin bu fikirlərin heç birisi cErmənistanpı gözlədiyi təhlükədən qurtara bilməzdi.
İclas bitdi. İclasda iyirmi nəfər adam var idi. Arşak onlardan səkkiz nəfərinin adını yazıb qabağıma qoymuşdu, lakin mən başqalarına da inanmırdım, buna görə də Arşaka dedim:
– Burada olanların hamısını bir neçə saatlığa burada saxlamaq lazımdır. Onu bacara bilərsənmi?
Arşak heç düşünmədən soruşdu:
– Bu sənin üçün lazımdırmı?
– Mənim üçün yox, Təbrizdəki ermənilərin nicatı üçün lazımdır.
Bu sözdən sonra Arşak iclasdakılara müraciətlə:
– Yoldaşlar və ağalardan rica edirəm heç birisi durub getməsinlər, çünki daha başqa məsələlər vardır. Məruzəçi yoldaşlar bir az yubanmışdır. Özünüz bilirsiniz ki, bu gecələr mühüm gecələrdir. Erməni xalqı üçün hər bir zaman qorxu gözlənilir. Zəhmət də olsa, bir neçə saatlığa dözməyiniz lazımdır.
İclas Arşakın öz evində idi, iclasdakıları məşğul etmək üçün çay, qəlyan və yemək hazırlanması üçün əmr verdi. Hisedilməz halda orada bir neçə nəfər qarovul qoyub Arşakla bərabər dışarı çıxdım.
Birbaşa müdafiə komitəsinin otağına getdik. Komitə üzvlərini bir neçə dəqiqənin içində bir yerə yığdılar, daşnakların sabahkı hərəkətləri haqqındakı xəbərləri müzakirəyə qoyduq.
Mən:
– Bu saatda biz erməni tacirləri ilə görüşdük. Onların Helmi bəyin yanına getməmələrini tapşırdıq, – dedim. – Onlar buna razı oldular. Lakin məsələ bununla bitmir. Daşnakların məsələsi fitnənin əsas mərkəzini təşkil edir.
Müdafiə komitəsi üzvləri də bunu təsdiq etdilər. Bir neçə dəqiqəlik müzakirədən sonra daşnakları kilsədəki iclasda həbsə almaq, kilsədən dışarı buraxmamaq və ştablarını işğal etmək, gecə ikən onların evlərində axtarış edib silahları yığmaq, kilsədə olan rəhbərləri həbs etmək, başqalarını isə evlərinə buraxmağı qərara aldıq.
“kk
Gecə saat üç idi. Daşnak rəhbərləri tamamilə erməni inqilabçı gəncləri tərəfindən tərk-silah olunaraq həbsə alınmışdı. Daşnak ştabında ələ keçən vəsiqələr içərisində sərdar Rəşidin xəyanətinə dair vəsiqələr də var idi. Gecə saat üç olduğuna baxmayaraq, cErmənistanpdakı ailələrdən heç birisi yatmamışdı, küçələrdə müdafiə komitəsinin təşkil etdiyi silahlı erməni gəncləri və onlara kömək üçün baş müdafiə komitəsindən təyin edilən azərbaycanlı gənclər gəzirdi. Təbrizdə qalan ruslar və sairələr də tamamilə bu məhləyə köçmüşdü. Biz gecə ikən Arşakla bərabər onların mənzillərini nəzərdən keçirdik. Onlar xüsusi evlərdə yox, müxtəlif ailələrdə yerləşdirilmişdi. Mənzilləri yoxladığımız zaman Yelena Konstantinovnanın ailəsini də nəzərdən keçirdik. Onlar da yatmamışdı, evlərinə qonaq verilən bir neçə rus qadını və rus uşaqları ilə bərabər oturub titrəyirdilər. Onlara ürək verib çıxdıq, yoldaşlarla bərabər faytona oturub evə qayıtmaq istərkən amerikalı qızın evinə getmək lazım olduğunu xatırladım. Saat üçdür, indi hara getmək olar? Lakin onun ikinci məktubunda eMühüm bir iş vardırə – deyə yazdığı məni şübhələndirdi, onun evinə getməyi qərara aldım.
Amerikalı qızın qapısını vurdum, bir azdan sonra miss Hannanın qoca qulluqçusunun səsi gəldi:
– Kimdir qapını vuran?
– Mənəm, madam, qapını açın! Kiçik xanımla görüşməyə gəlmişəm. - dedikdə məni tanıdı, qapını açdı, sevindiyindən salamımı ağlaya-ağlaya aldı. Əlini sıxıb kefini xəbər aldım. Yuxarı çıxdıqda miss Hannanın məni balkonda oturub gözlədiyini gördüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qaret-baslandi
Use ← → keys to move, R for a random poem
More by this author
Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:
Çar konsulu gəlirÇar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.
Friksonun evindəGecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə: