Hərdən bir mənim xəyalıma belə şey gəlir:

Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb?

Deyirəm: vallah bunu da bilmirəm.

Rəfiqim çox təəccüblə genə soruşur ki, çox yaxşı, bunu bilmədin, bəs nə vaxt vəfat edib?

Deyirəm: vallah bunu da bilmirəm.

Rəfiqim deyir: — Bəs sən necə müsəlmansan?

Deyirəm: — Bunu bilməyən tək mən deyiləm. Bunu bütün islam aləmi hələ bilmir.

Həqiqət, peyğəmbərimiz nə vaxt dünyaya gəlib və nə vaxt vəfat edib? Biri deyir rəbiəl əvvəlin 12-sində dünyaya gəlib, biri deyir rəbiəl əvvəlin 17-sində dünyaya gəlib. Biri deyir səfərin 28-ində vəfat edib, biri deyir rəbiəl əvvəlin 12-sində vəfat edib.

Demək ki, peyğəmbərimizin təvəllüd və vəfatı kimi böyük və aşikar vüquatı, bir belə əhəmiyyətli tarixi biz bilmirik.

Bəs biz nə bilirik?

İndi gələk qayırma hədislərə.

Qapazlı kəndinin mollası rəhmətlik molla Qulaməli həmişə deyərdi ki, peyğəmbərimizdən rəvayətdir ki, nəuzu-billah, xörəyi əl ilə yeyəndən sonra barmaqları yalamağın çox feyzi var. Soruşardıq ki, cənab molla, bunu sən haradan bilirsən? Cavab verərdi ki, bir belə hədis var.

İndi mənim xəyalıma bu gəlir ki, peyğəmbərin təvəllüd və vəfat tarixini doğru bilməyən bir millət yüz minlərcə hədislərin doğru və yalan olmasını nə cür bilsin?

Amma allah molla Qulaməliyə rəhmət eləsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Atabəylə birinci görüş

Atabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi.Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir.

5 min
Toy

Atabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi.Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə, bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi:

14 min
Sevgi məktubları

Qətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib, “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra, Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb:– Sənə bir iş tapşıracağam, – dedi. – Onu yerbəyer edə bilərsənmi?

11 min
Qütlüğ İnanc

Qətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küleyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üpərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı.Qətibə, Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzələn çırağbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən də razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı:

11 min

Poems by other poets · Satire