Jam-i Jam, chapter 114
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
اول استاد، پس گهر سفتنتا نباید به درد سر خفتن
Ustad tap, sonra da dürr deş hər zaman,Onda baş ağrısı çəkməz bir insan.
مرد را کاوستاد یار شودزود باشد که مرد کار شود
Kişiyə ustadı əgər olsa yar,O da öz işində bir ustad olar.
در عزش به رخ فراز کندچشم او را به نور باز کند
İzzət qapısını açar üzünə,Nur ilə işıqlar saçar gözünə.
بیضه وارش به زیر بال کشدبر سرش سایهٔ کمال کشد
Onu qanadının altına alar,Başına kamaldan kölgələr salar.
میکند کم ز قدر قوت بدنقوت روح میدهد به سخن
Bədən qidasını azaldar fəqət,Söz ilə ruhuna o, verər qüvvət.
نهلد در حجاب ذاتش رانه به دست خلل صفاتش را
Pərdə də saxlamaz onun zatını,Qoruyar nöqsandan həm sifatını.
به روش دل قویش گرداندتا چو خود معنویش گرداند
İşiylə qəlbinə güc, qüvvət verər,Mənən özü kimi gözəlləşdirər.
شب و روزش چنین به اصل و به فرعپرورش میکند به مایهٔ شرع
Tərbiyə eyləyər hər səhər-axşam,Dinlə, şəriətlə bu qayda müdam.
نبرد زو نظر به سر و به جهرهر دمش میدهد ز معنی بهر
Kəsməz nəzərini ondan heç zaman,Ona bəhrə verər mənadan hər an.
در ترقیش پایه بر پایهمیرساند به نور از سایه
Anbaan ucaldar asimanlara,Kölgədən çatdırar onu tez nura.
چون ازین رنجها شود بهتربه دگر گنجها شود رهبر
Bu zəhmətlə yaxşı olarsa əgər,Özgə xəznələrə həm olar rəhbər.
به لباسی دگر بر آید مردبه وجودی دگر بزاید مرد
Geyinər əyninə özgə bir paltar,Başqa bir vücudla yenidən doğar,
جسم را کرده از ریاضت صلبروح را کرده مطمنالقلب
Cismi möhkəmlənər riyazət ilə,Ruhunu arxayın eyləyər belə.
بر سر نفس او به سرحد صدقمتمکن شود به مقعد صدق
Nəfsi sədaqətin həddinə çatar,Onun son evində o, məskən tutar.
این بود راضی، آن بود مرضیبرهد شیخ از آن گران قرضی
O lap xəstə düşər, busa olar şad,Şeyx bu ağır borcdan həm olar azad.
حد و مد و تعرف این باشدرسم رشد و تصرف این باشد
Rəhbər, yolgöstərən bax belə olar.İnkişaf, dəyişmə olar bu qərar.
کودک نفس را ز رنج هوانکند جز چنین طبیب دوا
Həvəs azarından nəfs uşağı, bax,Belə bir təbiblə qurtarar ancaq.
گر چنین رهبری شود یارتزین منازل برون برد بارت
Sənə kömək olsa belə bir rəhbər,Səni bu mənzildən kənara çəkər.
هر چه در جسم درد و داغ شودروح را روغن چراغ شود
Hər nə ki bədənçün bir dərd, dağ olar,Ruhun çırağına, bax, o, yağ olar.
جز به سعی تن و به تقوی دلکی رسد طالب اندرین منزل؟
Bədəndə səy, qəlbdə təqva olmadan,Necə bu mənzilə çatar axtaran?!
گر به این حال نفس گردد هستیا دهد رتبتی چنینش دست
Nəfs belə bir hala çatarsa tamam,Ya ona əl versə belə bir məqam,
این بود سر نشانهٔ ثانیشکه تو تولید مثل میخوانیش
İkinci nəşənin sirri budur, bax,Sən “nəsil törətmək” deyirsən ancaq.
اندرین دور ازین وجودی پاکنتوان یافتن مگر در خاک
Bizim zəmanədə belə pak insanAncaq torpaqlarda tapılar, inan.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-114
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.
Oğru və anasıBir məktəbli oğurladı bir vəqtiYoldaşının kitabının xəlvəti.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir