چون تعلق برید جان از جسمنبود حال جان برون زد و قسم:

گر نکوکار بوده باشد، رستورنه در خاک خوار ماند و پست

نفس اگر پاک و گر پلید بودمنزل هر یکی پدید بود

هر یکی را در آن جهان جاییستوندران منزلی و ماواییست

وین بدن را عذاب گوری هستدر لحد نیز تلخ و شوری هست

چون شود جان و جسم آلودهاز غبار گناه پالوده

باز فرمان رسد که: برخیزدتن به جان، جان بتن درآویزد

آنکت از آب در وجود آوردبازت از خاک زنده داند کرد

در قیامت، کزین ستوده طلسمدور باشد حجاب ظلمت جسم

تن نیکان فروغ جان گیردهر دو را نور در میان گیرد

چون تن و جان به نور غرق شودشرق او غرب و غرب شرق شود

هر یک از ما به صورت ذاتیاندر آید به موقف آتی

ذات ما هستی و حقیقت ماستصورتش سیرت و طریقت ماست

اصل جان تو چونکه از فلکستبه فلک میروی، درین چه شکست؟

عقل و جان بر فلک گذار کنداستخوان بر فلک چکار کند؟

آب و گل بندتست، بگسل بندبندهٔ این و آن شدن تا چند؟

هر یکی را به مرکزی بسپارهمچو آتش سر از محیط برآر

زین طبایع تو تا نگردی پاکنکنی رخ به طبع در افلاک

بر فلک نیست گرمی و سردیبگذر از گرم و سرد، اگر مردی

نسبت خویش با بسایط فردبه بساطت درست باید کرد

خواجه زنگی و آن صنم رومیموجب حیرتست و محرومی

جای اصلی طلب، مرو در خوابور ندانی، بپرس از آتش و آب

زین جهان این چنین توان رستننه کشیدن بلا و بنشستن

این فطیری که کرده‌ای تو به دستدر تنور اثیر نتوان بست

ملکوت سماست جای سروشجبروت خداست عالم هوش

بر فلک جای مکر و فن نبودبا ملک حاجت سخن نبود

جانت آندم که گردد از تن بازکوش تا بر فلک کند پرواز

تا نگردی چو آسمان یکرنگکی روی بر فلک چو هفت اورنگ؟

سنگ جایی رود، که سنگ بودآب از آتش ببر، که جنگ بود

آن که بی‌کار و آن که در کارندهر یکی رخ به مامنی دارند

آب ازین سنگ اگر گذار کندچون به مرکز رسد قرار کند

بد بمیری، چو ناتمام رویهیمهٔ دوزخی، چو خام روی

جهد آن کن که: پخته باشی و حرتا در آن ورطه‌ها نمانی پر

بازدان، گر دل تو آگاهستکه چه خرسنگهات در راهست!

اندرین خانه کار خویش بسازتا در آن عقده‌ها نمانی باز

به دل آزاد شو، به جان فارغپس برون آی ازین جهان فارغ

می‌گسل بند بندت آهستهتا نباشی به هیچ پیوسته

روز اول که دیده بازت شددل درین عالم مجازت شد

نشنیدی که سر بسر با دست؟یا ندیدی که سست بنیادست؟

دل خود را به صد گره بستنروز آخر کجا توان رستن؟

هر چه میماند از تو خاکش کنو آنچه همراه تست پاکش کن

جان خود را، که در جهان بستیبه زر و سیم و خانه پیوستی

برکش از جمله، همچو موی از شیرتا چو گوید: بیار، گویی: گیر

آن کسانی که بینشی دارندآشکار و نهان درین کارند

چه گمان میبری بر آتش و باد؟یا برین آب و خاک بی‌بنیاد؟

وامهاییست دادنی اینهابندهایی گشادنی این‌ها

نه که این جسم چون هلاک شودباد او باد و خاک خاک شود؟

پسرت دختری بیار کنددخترت شوهری شکار کند

زن جوانست، همسرش بایدمهر و میراث از آن زرش باید

درم نقد را ببندد سختپیش نابالغان نهد دوسه رخت

تا به عجز و نیاز و مکر و حیلوام دارت کند شب اول

خانه بیگانه را نشست شودکم عمارت کنند و پست شود

به یتیمت کسی نگه نکنددشمنت نزد خویش ره نکند

گر بمادر نظر کند، بس نیستور به گورت گذر کند، کس نیست

بزنندش به زجر و بر جوشدبر تو نالد، جواب ننیوشد

مانده بر جای و هیچ جایی نهغرق تیمار و آشنایی نه

غارت اندر زر و قماش افتدهر چه ارزنده تر بلاش افتد

تو بمانی و گور و سیرت زشتبر توده گزر کوی خام و سه خشت

زان دگر هولها نیارم یادچون تو گفتی که هر چه بادا باد!

پر نمودند، لیک کم دیدیبس بگفتند و هیچ نشنیدی

اگر این حال نیست، بد گفتموگر این هست، آن خود گفتم

این زن و زور و زر گذاشتنیستمهر اندر درون نکاشتنیست

دست خود را تهی کن از سیمشتا نجنبد دل تو از بیمش

کز پی کاروان تهی دستانشاد و ایمن روند چون مستان

عاقلان خود درین نپیوندندوانکه پیوسته شد بدو خندند

کار خود آن کسی تباه نکردکه به لذات تن نگاه کرد

آنکه دید این گریز پاییهاشد جداییش ازین جداییها

دست ازین دستگاه آز بشسترفت، چون وقت رفتن آمد، چست

در فزونی زیان تست و کساندر فزونی مرو چو بوالهوسان

آز را خصم آشکارا شوبه خدا زنده‌ای، خدا را شو

تا که در رنج جستن نانینخوری، تا کسی نرنجانی

گر تو جانی، غذای جان میجویورتنی، آب و آش و نان میجوی

خر و بار تو بار خواهد بودگر سفر زین شمار خواهد بود

نردبانیست پایه برپایهترک بایست خواهش و مایه

راهت از نردبان آزادیستدر جهانی که سربسر شادیست

خر عیسی بر آخور خاکستروح بی‌رخت او برافلاکست

رخت و خرچیست این تن و سر و گوشبهل این و برس به عالم هوش

پشت او تا صلیب سای نشداخترش تخت و چرخ جای نشد

صادقانی، که شمع دین سوزندبتو زین بیشتر چه آموزند

بتو آموخت شرط جانبازیتا ببینی و کار جان سازی

کار جان ساختن به تن سوزیستخنک آن دل که این دمش روزیست

سر که دادند و آب خواست تنشتا به برهان قوی شود سخنش

که جهان را وفا چنین باشدسر که برجای انگبین باشد

آنکه داند بر آسمان رفتنمیتوانست ازین میان رفتن

لیک بایستش این خبر کردنکه چنین شاید این سفر کردن

مایه انتباه تست این هاهمه تعلیم راه تست این ها

تا بدانی که رسم و عادت چیست؟اولین پایه ارادت چیست؟

سر او تا نهفته شد زیشانسر شد اندر سر بداندیشان

تا چنان ترک آز نتوان کرددست و پایی دراز نتوان کرد

دست وپایی که پاک شد زین گردچار میخش کجا رساند درد؟

چون بلوغ کمال دستش دادنفرتی زین جهان پستش داد

کام دشمن به دشمنان بنمودجام جم را از آن میان بربود

مشتبه گشت و اختلاف افتادکه: تنش جفت خاک شد یا باد؟

تن او روح بود و روح تنشچون بپوشی به گور، یا کفنش؟

به سبوی دوگانگی زن سنگتا زخمی برآیدت ده رنگ

هر که عیسی به چنگ او باشد«صبغة الله» رنگ او باشد

Kəssə əlaqəni bədən ilə can,Xaric ola bilməz can iki haldan.

Əməli düz olsa, o, xilas olar,Yoxsa torpaqlarda olar zəlil, xar.

Nəfs təmiz olsun, ya çirk büsbütün,Elə də ev alar o, özü üçün.

Hər kəsin orada ayrı yeri var,Ayrıca məkanı, mənzilləri var.

Əzaba uğrayır qəbirdə bədən,Əlhəddə çox acı görür o, həmən.

Can, bədən çirkabda olsa da tamam,Günah tozlarına batsa da müdam,

Yenə “qalxın” deyə yetişər fərman,Deyər ki, birləşsin bədən ilə can.

Kim səni gətirdi sudan vücuda,Yerdən də qaldırar səni dünyada.

Bu tilsim qiyamət yetişən zaman,Bədən pərdəsini atar ortadan.

Düzlərin bədəni can nuru alar,Onlar hər ikisi nura qərq olar.

Bədən, can nurlara qərq olan zamanŞərqi Qərb, Qərbisə Şərq olar haman.

Hər kəs öz zatına uyğun olaraq,Gələcək yerini tutar bu sayaq.

Zatımız bizimçün varlıq, həqiqət,Surəti bizimçün sirət, təriqət,

Can əslən fələkdən gəldiyi üçün,Fələyə gedəcək, şəksiz, büsbütün.

Ağıl, can tutacaq göylərdə qərar,Sümüyün göylərdə nə azarı var?!

Su, torpaq bəndini parçala həmən,Bəsdir, bəndə oldun ona, buna sən!

Tapşır mərkəzinə tamam onları,Baş qaldır yerlərdən odtək yuxarı,

Ünsürlər əlindən qurtarmasan sən,Şübhəsiz, göylərə gedə bilməzsən.

İsti-soyuq yoxdur göydə, nə gərək?!Bu isti-soyuqdan, kişisən, əl çək!

Bu dörd ünsür ilə əlaqəni sənÖz əməllərinlə nizamla hökmən.

Xacə zənci isə, rumludur sənəm,Bu heyrət doğurar, bir də kədər, qəm.

Əsil məskən istə, yatma sən, aman,Soruş, bilmirsənsə, bir oddan, sudan.

Dünyadan bu yolla qurtarmaq olar,Oturub bəlaya dözməkdə nə var?!

Sən özün yoğurub yayan fətiriHeç zaman bişirməz torpaq təndiri.

İlhamın məskəni göydür, səmadır.Huşun da vətəni ərşi-əladır.

Hiylədən, riyadan gendir fələklər,Sözə möhtac deyil orda mələklər.

Çalış can bədəndən ayrılan zamanO, pərvaz eyləsin göylərə haman.

Əgər asiman tək olmasan birrəng,Göyə gedəmməzsən göy qurşağıtək

Daş, daş olan yerə düşər, doğrusu,Bir yerdə olmasın, çalış odla su.

Çoxları karvansız hərəkət edir,Hərə bir mənzilə üz tutub gedir.

Su süzülüb keçsə əgər bu daşdan,Mərkəzə çatarsa, dayanar haman.

Yarımçıq, pis halda ölüb qalacaq,Çiylər cəhənnəmdə odun olacaq.

Çalış ki, sən bişmiş, azad olasan,Neyçün bu məqamda batıb qalasan?!

Əgər dərk eləyən, duyan qəlbin var,Kəsmişsə yolunu çox böyük daşlar,

Sən öz işlərini sahmanla burda,Düyünə düşməsin işlərin orda.

Canı asudə ol, ürəyi azad,Sonra bu dünyadan get rahat-rahat.

Əlaqə bağını sən kəs anbaan,Ta ki, heç bir şeyə bağlanmayasan.

O birinci gün ki, açıldı gözün,Məcazi dünyanı seyr etdin özün,

Məgər duymadın ki, yeldir sərbəsər?!Görmədin əsası boşdur nə qədər?!

Vurmaqla könlünə belə-yüz düyün,Necə qurtararsan, bir söylə, son gün.

Tamam torpaq elə burda qalanı,Pak elə sonacan yoldaş olanı.

Bağladın könlünü sən bu dünyaya;Qızıla, gümüşə, evə, əşyaya.

Əl çək, ayırd eylə tükü süddən sən,Ta ki “gətir” desə, “al” söyləyəsən.

Kimin ki düz görən ağlı, gözü var,Bu işlə məşğuldur gizli, aşikar,

Çox da bel bağlama küləyə, oda.Etibarsızdırlar torpaq da, su da.

Onlar qalacaqdır sən gedən zaman,Əsla çıxış yolu yoxdur buradan.

Bunlar ödənməli borclardır özü,Bunlar açılmalı düyündür, düzü.

Elə ki, bu bədən məhv olar belə,Torpaq torpaq olar, yel dönər yelə.

Oğulun vardırsa, bir qız alacaq,Qız olsa, birinə arvad olacaq.

Arvad cavandırsa ərə gedəcək,İrs, kəbin, qızıl da olacaq gərək.

Dinarı, dirhəmi bərk-bərk gizlədər,Çox az şey görərlər ondan körpələr.

Naləylə, hiyləylə səni gör necəBorclu çıxaracaq birinci gecə!

Gəlib məskən salar evində yadlar,Gün-gündən yurd-yuvan olar tarimar.

Sənin yetiminə bir kimsə baxmaz,Düşmən öz yanına onu buraxmaz.

Ananı çağırar, ondan çıxmaz səs,Qəbrinə üz tutsa, heç kəsi görməz.

Zülm edib döyərlər, ağlayar bir az,Səndən kömək dilər, bir cavab almaz.

O, yerdə qalmışdır, yoxdur heç yeri,Bir tanış yoxdur ki, bölsün dərdləri,

Qızıllar, qumaşlar olunar talan,Bəlaya uğrayar qiymətli olan.

Səndən pis əməllər, bir qəbir qalar,Payın on arşın bez, üç kərpic olar.

Başqa dəhşətləri söyləmirəm mən,Çünki “nə olursa-olsun!” demisən.

Çox göstərsələr də, sən korluq etdin,Sənə çox dedilər, sən az eşitdin.

Belə deyilsənsə, pis söyləmişəm,Əgər beləsənsə, doğru demişəm.

Bu arvad, güc, qızıl burda qalacaq,Ürəkdə bu eşqi gəl əkmə nahaq.

Əlini gümüşə öyrətmə bir an,Qəlbin titrəməsin qoy qorxusundan.

Karvan arxasınca bir əliboşlarQorxusuz gedərlər, bir də sərxoşlar.

Aqillər bağlanmaz heç zaman buna,Əgər kim bağlansa gülərlər ona.

Bədən ləzzətinə kim diksə gözü,İşini korlayar, bil ki, o, özü.

Belə azğınlığı görən hər adam,Uzağa qaçarlar onlardan tamam.

Tamah çirkabından əlini yuyar,Getmək vaxtında da yola üz qoyar.

Çoxluqdur özgəyə, həm sənə ziyan,“Çox olsun” dalınca çox qaçma, dayan!

Tamaha düşmən ol, açıq-aşikar,Haqq ilə dirisən, Haqq ilə ol yar.

Əldə eyləməkçün bir parça çörək,Özünü, özgəni nədir incitmək?!

Can qidası axtar, cansansa əgər,Əgər bədənsənsə, aş, su bəs eylər.

Sənə yük olacaq o yük, o eşşək,Səfəri onlarla eyləsən, bişəkk.

Bu yol nərdivanı pillə-pillədir,Tərk-qapı, xahişsə ona dayədir.

Azadlıq bu yolda olsa nərdivan,Şadlıq dünyasına gedib çıxarsan.

İsanın eşşəyi axurda qaldı,Özünün ruhusa göyə ucaldı.

Ruhun pərdəsidir paltarla ulaq.Get huş aləminə, bunları burax!

O, dar ağacına çəkilməmiş, bil,Ulduz taxt olmadı, çərx də mənzil.

Bu şamı yandıran sadiq adamlar,Sənə bundan artıq nə desin aşkar.

Can fəda etməyi öyrətdi, inan,Sən baxıb canına çarə qılasan.

Bədəni yaxmaqdır can qeydi çəkmək,Xoşbəxtdir qisməti bu olan ürək.

Onlar sirkə verib su istədilər,Məntiqdə söz güclü olsun dedilər.

Dünyanın qaydası belədir başdan,Sənə sirkə verir bal deyib hər an.

Kim göyə apara bilərsə canı,Bacarar tərk etsin o, bu dünyanı.

Lakin məlum olsun gərək bu xəbər,Belə layiqlidir ancaq bu səfər.

Bunlar lazımdır ki, sən oyanasan,Bu yol göstərməkdir sənə hər zaman.

Ta biləsən qayda, ya adət nədir,İbadətdə əvvəl hansı pillədir.

Sirrini onlardan eylədi pünhan,Başı təslim etdi bədlərə haman.

Əgər tərk etməsən tamahı elə,Uzada bilməzsən əl-ayaq belə.

Əl-ayaq olarsa bu çirkdən təmiz,Ona əzab verməz o çarmıx, hərgiz.

Elə ki, kamalı kamala çatdı,Bu alçaq dünyaya nifrəti artdı.

Göstərdi düşmənə düşmən kamını,Aldı bu meydandan Cəmşid camını.

Yarandı ixtilaf, bir də şübhə, şəkk,Bədən torpaq oldu, ya da ki külək.

Bədəni ruh idi, ruhusa bədən,Onu necə örtər qəbir, ya kəfən?!

İkilik kuzəsin vur daşa, sınsın,Ta onda on rəngdə yara alınsın.

İsanın ölümü ondadır bir bax,Allahın rəngidir rəngi də ancaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets