Jam-i Jam, chapter 118
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
پیش ازین کردمت ز حال آگاهکه: سه روحند جسم را همراه
Əvvəldə etmişdim səni xəbərdar;Üç ruh bədən ilə daim olur yar.
کار هر یک پدید و مدت کاروین سخن باز میکنم تکرار
Hər kəsin öz işi, vaxtı var, düzü,Mən təkrar edirəm yenə bu sözü,
تا چهل سال روح رویندهمیکند کار در تن بنده
Ruh kamala çatar qırx yaşa qədər,Bədəndə bəndəyə bəndəlik edər.
تن او باشد اندر افزونیمتفاوت به چندی و چونی
Böyüyər, boy atar bədəni müdam,Çatar bir zaman ki, dəyişər tamam.
چون گذشتی از آن، نبالد تنهر دم از زحمتی بنالد تن
Bədən bundan sonra böyüməz ancaq,O, nalə eyləyər zəhmətdən hər vaxt.
لیکن آثار روح حیوانیکه تو ادراک و جنبشش خوانی
Qalar heyvani ruh yerində fəqət.Sən ona deyirsən: idrak, hərəkət
همچنان برقرار خود باشندبر سر شغل و کار خود باشند
Qalar qaydasıyla o əvvəlki tək,Olar öz işində, gücündə, gerçək.
گاه پیری به قدر کند شوندگر چه رامند، لیک تند شوند
Bir az zəifləyər qocalan zaman,Ancaq ram olsa da, tünd olar, yaman.
در بدنها رطوبتیست لطیفمنفصل گشته از فضول کثیف
Bədənlərdə lətif bir rütubət var,Qida həzm olduqca o, hasil olar.
که حیات ترا عزیزی اوستنشانهٔ قوت غریزی اوست
Həyatın ən əziz meyvəsi odur,Təbii qüvvənin nəşəsi odur.
آن رطوبت چو برقرار بودزان مزاج تو رطب و حار بود
Həmin o rütubət olsa bərqərar,Məzacın həm sulu, həm qaynar olar.
تن به تدبیر نفس انسانیزنده باشد، چنانکه میدانی
İnsani nəfs ilə diridir, gerçək,İnsanın bədəni, bildiyimiz tək.
چون شود در تن آن نظارت کمبدنت را شود حرارت کم
Zavala uğrasa əgər o çəmən,Bədəndə hərarət azalar həmən.
اندک اندک همی شود زو خرجتا بپالاید از مشام و ز فرج
Az-az o hərarət xərclənəcəkdir,Bədəndən gedəcək, tükənəcəkdir.
کندت قید سردی و خشکیطرح کافور بر خط مشکی
Soyuqluq, quruluq hücum çəkərəkQara tüklərini ağardar qar tək.
آنچه تحلیل یابد از بدلشدهدت دست، کم بود خللش
Hər nəyi özüyçün sərf etsə əgər,O, mənfəət deyil, verəcək zərər.
ور بدل کم شود شکسته شودتا حیات از بدن گسسته شود
Əvəz azaldıqca sınacaq, heyhat,Belə ayrılacaq bədəndən həyat.
کند اندر تنت هلاک نزولنفس نطقیت را کند معزول
Ölüm bədəninə yol alacaqdır,Nitq edən nəfsin də tutulacaqdır.
سبب اینست مرگ و مردان راضغف و فرتوتی و فسردن را
Ölümün səbəbi bax budur ancaq,Zəiflik, əprimək, bir də ki donmaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-118
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Evdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?