Jam-i Jam, chapter 117
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
مرکب راه را فرو کش تنگکه برون شد ز شهر پیش آهنگ
Tapqırı möhkəm çək, düşməsin yəhər,Şəhərdən çıxmışdır öndə gedənlər.
سخن هول آن دو راه مگویپیش کوران حدیث چاه مگوی
Demə qorxusundan o iki yolun,Quyudan söz açma yanında korun.
شب تاریک و دیو و بیغولهراه تاریک و دوله بر دوله
Gecə qaranlıqdır, divlər, ormanlar!..Yol da qaranlıqdır, sellər, yarğanlar!..
رفتنی کیست اندرین گوشه؟گو: منه رخ به راه بیتوشه
Kim belə bir yola gedirsə əgər,Söylə, azuqəsiz çıxmasın məgər.
تا جوازی مگر به دست کندچارهٔ امن و باز رست کند
Yararlı bir köhlən tapsın özünə,Qoy xilas yolunu açsın üzünə.
ساقی، از جام جم شرابم دهنقل اگر نیست، هم شرابم ده
Saqi, “Cami-Cəm”dən mənə şərab ver,Noğul olmasa da yenə şərab ver.
در چنین حیرت و تهیدستیمهر بی نیست جز می و مستی
Bu çaşqın, bu yoxsul çağımda, bir bax,Mey ilə məstlikdir həmdəmim ancaq.
کاروان رفت و کارسازی نیستغم خورم، غم، که کار بازی نیست
Karvan keçib getmiş, yoxdur bir kömək,Oyuncaq gəlməsin bu işlər gərək.
گذرم بر سر دو راه آمدروز تشویش و اشتباه آمد
İki yol başına çatmışdır yolum,Şübhə, tərəddüdlə mən necə olum?!
راه من تا کدام خواهد بود؟روز عرضم چه نام خواهد بود؟
Hansı olacaqdır yolum, ay aman?!Bəs mənim dadıma çatarlar haçan?
به چپم راه میدهد، یا راست؟اندرین ره ز من چه خواهد خواست
Sağda yol verəcək, ya da ki solda?O, nə istəyəcək məndən bu yolda?
کیسهٔ خالی و دلی خواهاندیده بر دستگاه همراهان
Kisə boş, ürəkdə arzu çox, düzü,Dostların varına dikmişəm gözü.
میروم شرمسار و سر در پیشزاد راهی نکرده از کم و بیش
Gedirəm suçlu tək qaradır üzüm,Mən yol azuqəmi tutmadım özüm.
خاک بهتر فراش و بالش منکه ز بار گناه نالش من
Yorğanın, döşəyin olsa da torpaq,Gəl günah yükündən dad etmə nahaq.
دیده سرمایهٔ نکوکاراناشک حسرت ز دیدها باران
Ey göz, sən düzlərin sərmayəsisən,Həsrətlə yaş axıt, fəryad elə sən.
از چه باید جفای کس بر من؟زرد رویی، که هست،بس بر من
Mənə cəfa etsin nə üçun hər kəs?!Məgər saraldığım deyil mənə bəs?!
گر چه صد پی به خاکم اندازدسر نگون در مغاکم اندازد
Yüz yol yerə vursa məni o, nahaq,Quyuya atsa da məni baş-ayaq,
خویش را از زمین برانگیزموز در رحمتش درآویزم
Yenə qaldıraram özümü yerdən,Rəhmət qapısından yapışaram mən.
اندرین حال عجر و پیری خودشرمسارم ز سهل گیری خود
Bu aciz, bu qoca çağımda, inan,Xəciləm öz başı soyuqluğumdan.
سالها من که یاد او کردمهم به امید داد او کردم
İllərlə mən onu yad eyləmişəm,Ədli əllərimdən tutar demişəm.
داد من چیست؟ راه دادن اوبر در خود پناه دادن او
İstəyim budur ki, yol versin mənə,Özü pənah olsun öz bəndəsinə.
چون منی را چه پیشداری دست؟که قلم برگرفتهای از مست
Əlinlə qarşımı niyə kəsirsən?Məstin günahından keçirsən ki, sən.
بیخودی را چه اختیار بود؟که چنین موجب غبار بود؟
Özündə olmayan, bilməz ixtiyar,Peşiman olmağa səbəbdir bunlar.
گر چه خالی ز برگ و ساز آمدنه به حکم تو رفت و باز آمد؟
O, yemsiz-yaraqsız gəlsə də haman,Gedib qayıtmışdır hökmünlə, inan.
کار در دست بنده خود چه بود؟همه از تست وز تو بد چو بود؟
Axı nə iş gələr bəndə əlindən?!Sənin əlindədir bu işlər həmən,
بر تو ما اعتماد آن داریمکه ببخشی، چو دست پیش آریم
Budur təmənnamız səndən hər zaman,Biz əl uzadanda bağışlayasan.
علم رحمت ار برافرازیسایه بر جرم کس نیندازی
Rəhmət bayrağını qaldırsan bir az,Heç kəsin günahı kölgədə qalmaz.
چیست پیش تو حرم ایندو سه مورنزد عفو تو سر مشتی عور؟
Üç-dörd qarışqanın nədir günahı?!.Bir ovuc çılpağın sən ol pənahı.
چون تویی وانگهی تفحص کاررحمت محض و اینحساب و شمار؟
Sən hara, işləri yoxlamaq hara?!Rəhimsən, nə hacət bu suallara?!
از گناه ار چه چرک ناک شویمچون به دریا رسیم پاک شویم
Günah çirkabında qərq olsaq da biz,Dəryaya çatanda olarıq təmiz.
از من و روز و شب گنه جستنوز تو در یک نظر فرو شستن
Günah qazansam da mən axşam-səhər,Hamısı yuyular, salsan bir nəzər.
میدهد در تنم گواهی دلکه نگویی سخن ز مشتی گل
Bədəndə ürəyim söyləyir hər an:Bir ovuc torpaqdan sən söz açmazsan.
کی مرا این خیال غره کند؟کافتابم حساب ذره کند؟
Bu fikir heç zaman gəlməz xəyalaKi, Günəş zərrəni hesaba ala.
پیش جان بخشی چنین کرمیاز غباری که گوید و ز نمی؟
O can bağışlayan kərimlə, inan,Heç kəs söz danışmaz torpaqdan, sudan,
بندهای را چه دستگاه بود؟که سزاوار پادشاه بود؟
Bəndənin əlində axı nəyi var,Onuntək bir şaha olsun səzavar.
اگرش رد کنی، هلاک شودور قبول، از گناه پاک شود
Əgər rədd eləsən o, olar həlak,Bəyənsən, günahdan tamam olar pak.
ای که هر درد را دوا دانیناتوانم ز درد نادانی
Səndən dərman tapar hər dərd, hər bəla,Cəhalət dərdinə oldum mübtəla,
زان چنان حکمتی روا نبودکه چنین درد را دوا نبود
Belə bir hikmətlə yaramaz, əslən,Əlac etməyəsən bu dərdimə sən.
گر تو توفیقمان دهی، رستیمور نه، بس مفلس و تهیدستیم
Tutsan əlimizdən, xilas olarıq,Yoxsa çox əliboş, yoxsul qalarıq.
نرود در خیال موجودیاینچنین صرفه از چنان جودی
Keçməz xəyalından heç bir mövcudun,Bir fayda fikri var o tək vücudun.
چه ازین یک دو مشت خاک آید؟که سزاوار چون تو پاک آید؟
Bir ovuc torpağın axı nəyi var,Sənin tək bir paka olsun səzavar.
به یمین و شمالمان مدوانجز به کوی وصالمان مدوان
Çox qovma sən bizi şərqə, şimala,Qov ki, tez yetişək ancaq vüsala.
نشود در بهشت انبوهیکه بهر ذره در شود کوهی
Cənnətin olacaq sıxlıqdan uzaq,Hər zərrə içində olacaq bir dağ.
پیش تو ذرهایست هفت زمینذرهای چیست از یسار و یمین؟
Yeddi yer yanında ancaq zərrədir,Səninçün zərrələr axı, de nədir?!
چه بگویم؟ که: وا کدام ببخشای تمامی ترا تمام، ببخش
Hansını bağışla, deyim axı mən,Ey kamil, hər şeyi bağışla gəl sən.
بده، ای کردگار بخشندهپادشاهی، مگیر بر بنده
Əfv elə hər şeyi, ey bağışlayan,Şahsan, öz bəndəndə axtarma nöqsan.
مگر آندم که روز آن باشداوحدی نیز در میان باشد
Arzum bir budur ki, o gün çatandaOlsun Əvhədi də o xoş məkanda.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-117
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Niyyətin nədir?Mən səni eşqimə yeganə sandım,Dolandım başına pərvanə kimi.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,