پی تقلید رفتن از کوریستدر هر کس زدن ز بیزوریست

Təqlidə qurşanmaq korluqdur ancaq,Döymək hər qapını gücsüzlükdür, bax.

من درین کوچه خانه‌ای دارمهم ازین دام و دانه‌ای دارم

Mənim bu küçədə bir mənzilim var,Torum, dənim də var açıq-aşikar.

گر به سالوس دام باز کشمسر خورشید در نماز کشم

Tor qursam hiyləylə əgər burda mən,Günəşi səcdəyə gətirrəm həmən.

میتوانم به وقت زراقیمار این زخم را شدن راقی

Çəkib çıxararam hiylə zamanıOvsunla yuvadan əfi ilanı.

لیکن از اهل راز میترسمزان نظرهای باز میترسم

Düzü, sirr əhlindən qorxuram ancaq,Açıq gözlərdən mən qorxuram ancaq.

به ادب رو، که دیده‌ها بیناستپیش رخ بین و منگر از چپ و راست

Gözlər görəndirlər, ədəblə yeri,Boylanma sağ-sola, irəli-geri.

ای برادر، چو با خرد یارینظری کن به نور بیداری

Ey qardaş, ağılla yarsansa əgər,Oyaqlıq nuruna bir an sal nəzər.

نقد خود زیر پای خلق مریززین فضولان راهزن بگریز

Tökmə ayaqlara nəqdini nahaq,Quldur, füzüllardan çalış qaç uzaq.

خویش را زین غرور باز آورروی در قبلهٔ نیاز آور

Sən bu məğrurluqdan qurtar özünü,Niyaz qibləsinə çevir üzünü.

دل بهر یافه و مجاز مدهراه هنگامه گیر باز مده

Mənasız şeylərə sən vermə ürək,Həngamə törətmək, axı, nə gərək?!

چند منقاد هر خسی باشی؟جهد آن کن که خود کسی باشی

Baş əymə bu qədər hər alçağa sən,Bir adam olmağa cəhd elə həmən.

غول در ده مهل، که راه کندده ده او را که ده تباه کند

Qoyma yaxın gəlsin bu kəndə şeytan,Rədd elə, o, kəndi eyləyər viran.

هر چه داننده گوید از جاییستپی نادان مرو، که خود راییست

Yeridir nə desə, ağıllı adam,Nadana uyma ki, məhv edər tamam.

طرقی را مگوی علت خویشگر چه حب‌الملوک دارد پیش

Şah hörmət etsə də, kahinə, inan,Dərdə əlac gəzmə ondan heç zaman.

حب لولی گر از شکر باشدحبةالقلب را بتر باشد

Gözəllərin eşqi olsa da şəkər,Qəlbi, ürəyi də o, bərk incidər.

آنچه بینی کزو شکم بروداین نگه کن که: روح هم برود

Qarnı nə cəzb etsə, yaxşı bil bunu,Öldürər insanın bütün ruhunu.

سخن ما مبین، که پنهانستتو سخن دان، نبوده‌ای ، زانست؟

Baxma ki, sözümüz bizim pünhandır,Sən söz anlamırsan, ancaq ondandır.

میوهٔ نارسیده را چه کنی؟سخن چیده چیده را چه کنی؟

Dəyməmiş meyvələr nəyinə gərək?!Çeynənmiş sözləri kim dinləyəcək?!

لب برین کوزه نه، چو خواهی کامزر به این نظم ده، چو جویی نام

Sən iç bu kuzədən istəsən murad.Bu şeirə qızıl ver, istəsən bir ad.

در پی در روی به دریا بارزانکه در را شناختی مقدار

Dəryaya cumursan bir dürr üçün sən,Çünki qiymətini yaxşı bilirsən.

اهل دل را غلط شناخته‌ایزان غلط بود هر چه باخته‌ای

Sən səhv tanımısan qəlb əhlin tamam,Odur, oynadığın qələtdir müdam.

سر ایزد چه پرسی از خراز؟از دم جبرییل پرس این راز

Allahın sirrini sorma çərçidən,Ancaq Cəbrayıldan sor bu sirri sən.

آنکه نانت خورد زبون تو اوستو آنکه دنیات خواست دون تو اوست

Kim yesə malını sənin bəndəndir,Dünyanı sevdirən sənə düşməndir.

اندرو گر کرامتی بودیوز تجرد علامتی بودی

Onda olsa idi əgər kəramət,Təcriddən olsaydı onda əlamət,

رفتنش بر در تو بودی عاربر در خود ترا ندادی بار

Yanına gəlməkdən eyləyərdi ar,Səni qapısına qoymazdı, aşkar.

عارف کردگار زر چکند؟ولی‌الله بار و خر چه کند؟

Haqqın arifinə qızıl nə gərək?!Allahın dostuna nə yük, nə eşşək?!

هوش خود را به هر ترانه مدهجز ره کدخدا به خانه مده

Hər gələn avaza sən asma qulaq,Kəndxuda yolilə yeri sən ancaq.

آنچه در دور ما امیرانندصید این جمع گول گیرانند

Bizim zəmanədə əmir olanlarBelə əbləhlərə olmuşdur şikar.

گر بیابند زنگیی خستهزنگ و قابی دو بر گلو بسته

Bir yorğun zəncini görsələr əgər,Boynunda zınqırov, aşıq görsələr,

قاب قوسین جای او دانندچرخ را زیر پای او دانند

Deyər mənzilidir asiman müdam,Göylər ayağının altdadır tamam.

دیگ فقر آن کسان که جوشیدندپیش ازین زهرها بنوشیدند

Kim fəqr qazanın qaynatdı əgər,Bu yolda əvvəlcə çox içdi zəhər.

باز قومی ز کارها جستندرنگ آنها به خویش در بستند

Ancaq bir çoxları qaçıb iş-gücdən,Onların cildinə girdilər həmən.

نام آنها شدست ازینها بدکاشکی نامشان نبودی خود

Onların adını bunlar etdi pis,Kaş heç adları da olmaya, hərgiz.

چون به این جامه در شدند اوباششد در آفاق مکر ایشان فاش

Elə ki, rəzillər girdi bu dona,Faş oldu hiylələr bütün cahana.

غیرتم دل گرفت و دامن نیزگفتم: ای روزگار با من نیز

Qəlbim dilə gəldi qeyrət hissilə,Dedim, ey ruzigar, mənlə də belə?!

چند بینیم و چشم خوابانیم؟گفت: کای اوحدی شتابانیم

Görüb yumacağıq nə qədər gözü?!Dedi: ey Əvhədi, durmuruq, düzü.

رنگ بدعت بسی نماند، باشتا شود رنگ مبدا ما فاش

Yamanlıq çox qalmaz dünyada, sözsüz,Aşkara çıxacaq bir gün gücümüz.

نقش نقش رسول و یارانستحب ایشان گزین، که کار آنست

Bu yol peyğəmbərlər, yarlar yoludur,Sən sev onları ki, doğru yol budur.

نرخ سالوس لاش خواهد شددور کشفست، فاش خواهد شد

Bu yoldan savayı nə varsa əgər,Bir yel əsməsilə dağılıb gedər.

هر که گردن بپیچد از در اوگر سپهرست، خاک بر سر او

Hiyləgər, riyakar xəcil qalacaq,Kəşflər dövründə ifşa olacaq.

نقش صدیق مینمایم راستبه دیارش رو و ببین که کجاست؟

Hər kəs qapısından döndərərsə üz,Asiman olsa da, bir heçdir, sözsüz.

در زمان صحابه و یارانآن بزرگان و آن نکوکاران

Siddiqin yolunu göstərirəm mənBir gör haradadır, oraya dön sən,

نام شیخ و سماع و خرقه نبوددین به هفتاد و چند فرقه نبود

Yarlar, səhabələr dövründə, inan,O düzlər, böyüklər sağ olan zaman,

بر چهل مرد بود پیرهنیبلکه چل روح بود در بدنی

Nə sima var idi, onda nə xirqə,Din də olmamışdı yetmiş bir firqə.

کرده بودند پی ز دنیا گم«سیدالقوم» بود « خاد مهم»

Bir köynək geyərdi onda qırx adam,Qırx ruh bir bədəndə tutardı məqam.

تن به ریگ روان نهفتندیراز دل را به کس نگفتندی

Dünyanın yolunu itirmişdilər,Həm xidmətçiydilər, həm də ki rəhbər.

روی مردان به راه باید، راهچیست؟ این خانهٔ کبود و سیاه

Qumlarla örtərdi onlar bədəni,Bir kəsə deməzdi ürək sirrini.

گر ز من ریش و شانه خواهی جستجنگ داری، بهانه خواهی جست

Kişi bir yol tutsun gərək özüyçün,Bu ağ, qara paltar bir heçdir bütün.

هر که دریافت سر آل عباخواه در خرقه باش و خواه قبا

Məndən tələb etsən saqqal, ya daraq,Bu bir bəhanədir savaşçün ancaq.

بی‌نشانیست رنگ درویشانچه کنی رنگ جامهٔ ایشان؟

Peyğəmbər sirrindən olsan xəbərdar,Səninçün xirqəylə qəba bir olar.

رنگ پوشی ز بهر نام بودنام جویی ز فکر خام بود

Nişansız olmaqdır dərvişə nişan,Paltara, rənginə aldanma, aman.

بنده را نام جستن از هوسستداغ آن خواجه نام بنده بسست

Şöhrətdən ötrüdür rəng geymək ancaq,Fikrin çiyliyidir şöhrət axtarmaq,

بنده را نام بندگیش تمامبه ازین بنده را چه باشد نام؟

Bəndə ad axtarsa, bu boş həvəsdir,O xacənin dağı bəndəyə bəsdir.

فکر باید که بی‌غلط باشدجامه سهلست، اگر سقط باشد

Bəndəyə şöhrətdir bəndəlik, aşkar,Ona bundan yaxşı daha nə ad var.

سخنی کز حضور گردد فاشقایلش هر که هست، اگر سقط باشد

Fikir doğru olsun, düz olsun gərək!Paltar köhnə olsa, eyb olmaz, gerçək.

سخنی کز حضور گردد فاشقایلش هر که هست، گو: میباش

Yerində deyilsə əgər hansı söz,Hər kəs söyləsə də olacaqdır düz.

چون درخت سخن رسید به بارننشینیم تا بود دستار

Əgər söz ağacı bar versə, gerçək,Əmmamə gözləmək daha nə gərək?!

میوه گر نغز و پخته و نوریستگر بیفتد ز شاخ دستوریست

Meyvə yetişmişsə, şirinsə əgər,Budaqdan düşərsə, kim nə söyləyər?!

سخنی کان به راه دارد رویگفتنش را اجازتست، بگوی

İnsanı düz yola gətirən sözüHər vaxt söyləməyə izin var, düzü.

سخن آن راست کو سخن سنجدچه زنی تن که: شیخ میرنجد؟

Söz, qanan üçündür hər zaman ancaq,Döşünə döymə ki, şeyx inciyər, bax!

آنکش این نیست پس چه میداند؟ور مرا هست کس چه میداند؟

Kimdə bu yoxdursa, onda nə var bəs?!Əgər məndə varsa, nə bilir hər kəs?!

ره به هنجار من کجا یابی؟زانکه بیدارم و تو در خوابی

Sən mənim halımı hardan bilərsən?!Axı mən oyağam, yuxudasan sən!

سخن ما ز بهر گفتن بودگهر ما ز بهر سفتن بود

Söyləmək üçündür bu sözlərimiz,Deşilmək üçündür həm gövhərimiz.

هم بباید سخن بگفت آخرمشک را چون توان نهفت آخر؟

Söyləmək gərəkdir, nəhayət, sözü,Heç müşkü gizlətmək olarmı, düzü?!

مشک ما خالصست و بوی کندعاشق مست های و هوی کند

Xalis ətirlidir müşkümüz yaman,Qoy məst olan aşiq salmasın fəğan.

تو که حلوا خوری و بریانیخلق را در سخن نگریانی

Sən ki hey qovurma, halva yeyirsən,Ağlada bilməzsən xalqı sözlə sən.

ما که خون خورده‌ایم پیوستهمشک شد خون خورده آهسته

Biz qanlar yemişik ancaq hər zaman,Odur ki, qanımız müşk olmuş haman.

اوحدی شست سال سختی دیدتا شبی روی نیک بختی دید

Əvhədi altmış il çətinlik gördü,Axırda, bir gecə bəxt üz gətirdi.

سر گفتار ما مجازی نیستبازکن دیده، کین به بازی نیست

Bu sözlər məcazi deyildir ancaq,Bunlar, aç gözünü, deyil oyuncaq.

سالها چون فلک بسر گشتمتا فلک وار به دیده‌ور گشتم

Çox gəzdim başımın üstdə fələk tək,Fələk tək hər şeyi görürəm, gerçək.

بر سر پای چله داشته‌امچون نه از بهر زله داشته‌ام

Çillə saxlamışam ayaq üstdə mən,Bu işi boş yerə görmədim əslən.

از برون در میان بازارموز درون خلوتیست با یارم

Zahirən olsam da bazar içində,Xəlvət saxlayıram yarla batində.

کس نبیند جمال سلوت منره ندارد کسی به خلوت من

Məna camalımı görməyir heç kəs,Heç kəs batinimə yol tapa bilməz.

تا دل من به دوست پیوستستسورها گرد سر من بستست

Ürəyim dost ilə edəndə ilqar,O, mənim dövrəmə çəkmişdir hasar.

دل من مست گشت و در بیممکه: بدانند حال ازین نیمم

Ürəyim məst oldu, qorxuram, eyvah,Mənim əhvalımdan olsunlar agah.

آنچه گفتم مگر به مستی بودغلطست این، که عین هستی بود

Bəlkə məstlikdəndir söylədiyim söz?!Əsil həqiqətdir, xeyir, bu sözsüz.

من چه دانم به راه داشتنت؟او تواند نگاه داشتنت

Gətirə bilmərəm səni yola mən,Sənə nəzarəti o, eylər həmən.

باز ازین دیو عشوه ده لاحولمن و نزدیک او درستی قول

Yenə bu nazsatan divdən dad! aman!Doğrusu, mən ona yaxınam yaman!

کیستم من که دم توانم زد؟یا درین ره قدم توانم زد؟

Axı mən kiməm ki, bir nəfəs çəkəm?!Ya da ki bu yolda atam bir qədəm?!

گشته با هیبتش فصیحان لالچون منی را چه قیل باشد و قال؟

Onun qorxusundan natiq olmuş lal,Mənim kimilərdə hardadır o hal?!

عاجزی، مفلسی،تهی‌دستیخاکساری، فروتنی، پستی

Acizəm, müflisəm, əliboşam, bax,Zəifəm, gücsüzəm, olmuşam torpaq.

عمر خود در هوس تلف کردهنام خود رند و ناخلف کرده

Ömrü həvəslərdə etmişəm tələf,Özümə rind deyib oldum naxələf.

با چنین کاس و کیسهٔ لاغرسخن از جام گویم و ساغر

Kasası, kisəsi boş olan insan,Nə sayaq dəm vurar qədəhdən, camdan?!

اگر از باده جام پر دارمزیبدم، زانکه جام در دارم

Badəylə dolusa camım, nə olar,Layiqəm, əlimdə gövhər camım var.

گر چه تاریخ دان این شهرمهمچو تقویم کهنه بی‌بهرم

Tarix biləniyəm bu şəhərin mən,Köhnə təqvim kimi xeyrim yox nədən?!

سالها اشک دیده پالودمروزها از طلب نیاسودم

İllərlə göz yaşı axıtdım, heyhat!Bir gün axtarmaqdan olmadım rahat.

عقل عنقای مغربم میخواندچرخ زالم چنین به گوشه نشاند

Düşüncə məğribin ənqası idi.Fələk bir bucaqda dustaq eylədi.

به جوانی چو زال پیر شدمکه چو سیمرغ گوشه‌گیر شدم

Zal kimi qocaldım cavanlıqda mən,Simurq tək guşəyə çəkildim həmən.

هم چو فاروق زهر نوشم منزانکه تریاک میفرشم من

Faruq tək içirəm həmişə zəhər,Tiryək satmaq olmuş peşəm sərbəsər!

زهر من کس ندید، من خوردمکه ستم بین و زهر پروردم

Bir zəhər görmədi bir kimsə məndən,Sitəmlə, zəhərlə böyümüşəm mən

آنکه زین زهر شد مرا ساقی« عنده رقیتی و تریاقی»

Mənə zəhər verən bu saqi ki, var,Onda zəhər varsa, tiryək də olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets