ای دل، از حکم زیجهای کهنطالع وقت را نگاهی کن

Köhnə təqvimlərə bir bax, ey ürək,Vaxtın taleyinə nəzər sal görək.

به نمودار راست، بی تخمینراز این طفل نورسیده ببین

Qəti bir ölçüylə, nə lazım güman,Eylə bu uşağın sirrini bəyan.

که قوی حال یا زبون طرفست؟کوکبش در هبوط یا شرفست؟

Zəifmi, güclümü olacaq, de bir!Bəxti yüksəlişdə, ya enmədədir?!

در جهان بر چه حال خواهد بود؟از چه چیزش وبال خواهد بود؟

Dünyada iqbalı necə olacaq?Ziyan görəcəkdir nədən, yaxşı bax!

به در آور ز سیر این اجرامسیر هیلاج و کدخدا و سهام

Hilacı, Sihamı, Kəndxudanı sənDiqqətlə seyr edib bu sirri öyrən.

کوکب او ز کوکب دستوربنگر نیک تا نباشد دور

Onun bəxt ulduzu, özün yaxşı bax,Vəzir ulduzundan düşməsin uzaq.

تا بدانیم و دل برو بندیمبه سخنهای عشق پیوندیم

Bilək, könlümüzü bağlayaq ona,Eşqilə həyatı çatdıraq sona.

به چه میمانی؟ ای حدیقهٔ نوربس شگرفی، که چشم بد ز تو دور

Nəyə bənzəyirsən, sən ey nurlu bağ!Heyranam, hüsnündən yaman göz iraq.

به نبات حسن برومندیهمچو روی حسان همی خندی

Həsən Bruməndinin qızlarına sənHəssanın üzü tək yaman gülürsən.

ناشکفته گلی نهشتی تواز شگفتی مگر بهشتی تو؟

Açmamış çiçəksən, dərilməmisən,Sən bu açılışla cənnətsən nəsən?!

ای فتوح دل سحر خیزمقرة العین خاطر تیزم

Ey erkən oyanan könlümün varı,Ey iti ağlımın gözünün nuru,

فرع و اصل تو بار نامهٔ دینباب و فصلت تراز خامهٔ دین

Dinin meyvəsidir sənin işlərin,Xəttin bəzəyidir din dəftərinin.

از بهار تو تازه‌دل جان‌هاوز نهار تو روشن ایمان‌ها

Sənin baharınla təzələnir can,Sənin gündüzünlə nurlanır iman.

ز تو طبعم به دست شب خیزیکرده بر فرق عقل گلریزی

Təbim yatmayaraq uzun gecələr,Ağlın başı üstə güllər səpələr.

به زمین از سپهر پیغامیزین مباهات «جام جم» نامی

Göylərin yerlərə budur peyğamı,Fəxrim, iftixarım “Cəmşidin camı”.

روشنی یافت عالم از نورتچون نبشتم به نام دستورت

O vaxt ki, adına yazdım bunu mənİşığa qərq oldu yer üzü, əhsən!

خواجه یادم نکرد و چیزی هستکه به مصر سخن عزیزی هست

Xacə heç yadına salmayır bizi,Məgər söz Misrinin yoxdur əzizi?!

حیف باشد چنین سخن سنجیبی‌نصیب آنگه از چنان گنجی

Belə söz ustadı söylə bir nədən,Bircə pay almasın o xəzinədən?!

لطفش از هر کسی خبر یابستمگر از بخت من که در خوابست

Lütfü xəbərdardır onun hamıdan,Bircə mənim bəxtim, oyanmır, aman.

از درختی بدان طربناکیچه کم از سایه‌ای بدین خاکی؟

O sevinc ağacı mənə də əgər,Bir kölgə salarsa, nəyi əskilər?!

من فگندم سفینه را در یمگر بر او رسد ندارم غم

Mən atdım gəmimi dərya içinə.Əgər ona çatsam, qəm neylər mənə

ای مباهات من به ایامتافتخار حدیثم از نامت

Sən ey rüzgarilə fəxr etdiyim kəs,Adın bəzək olmur sözümə əbəs.

در جهان کس تویی، بگویم فاشمنم آن هیچ کس، کس من باش

Dünyanın böyüyü, doğrusu, sənsən,Mənə də arxa ol, kimsəsizəm mən.

زان دل ابرساز دریا کنالتفاتی به جانب ما کن

O dərya könlünlə, bulud əlinləBizə də lütf eylə, bizi də dinlə.

مایه داری و می‌توان امروزغم پیران خور، ای جوان، امروز

Əlində dövlət var, həm imkan bu gün,Lütf et qocalara, ey cavan, bu gün.

نتوان کم چنین بیندازیکه نه تبریزیم، نه شیرازی

Şirazlı, Təbrizli olmadığımçünSən məni beyləcə atırsan neyçün?!

گوشه دارم نه چون کمان چون تیرگوش دارم، که مستمندم و پیر

Yay deyil, ox kimi bir bucağım var,Qocayam, möhtacam, əl tut, nə olar?!

هست بر موجب قبالهٔ مندو سه درویش در حبالهٔ من

Sənədlər əlimdə eyləyir iqrar,Öhdəmdə iki-üç yoxsul dəxi var.

آن تعلق چو پای بندم کردحلق در حلقهٔ کمندم کرد

Onlar mən yoxsula bağlanan vaxtdanBoğazım kəməndə keçmişdir, inan.

من از آن توام چو هستی اهلغم ایشان بخور، غم من سهل

Mən sənin qulunam, hal əhlisən sən,Onlara rəhm elə, qəm çəkməyim mən.

از کرمشان چو خادمان بنوازیا مرا نیز خادم خود ساز

Onları qul kimi oxşa lütf ilə,Ya məni özünə xidmətçi elə.

لطف کن، در کشاکشم مگذارکه چو خادم همی کشندم زار

Lütf elə, bu dardan gəl məni qurtar.Məni xidmətçi tək öldurdü onlar.

خاک آن خادمان بی‌خایهبه ازین خادمان بی‌مایه

Qadın xidmətçilər yüz dəfə, inan,Belə fərsizlərdən xoşdur hər zaman.

فکرت من نهاد دیوانیکه نخوردم ز حاصلش نانی

Bir divan yaratdım ilhamlanaraq,Onun bəhrəsini yemədim ancaq.

یا رها کن چنین غریوانمیا به بیع اندر آر دیوانم

Ya burax, dərd ilə, qəmlə canımı,Ya ver qiymətini al divanımı.

تا تو باشی مصاحب دیوانکه نشاید دو صاحب دیوان

Bu divan sənindir, sahib ol ona,İki sahib olmaz, tək bir divana.

تا کنون گر چه چرخ سفله‌نهادهیچم آن دست‌بوس دست نداد

Doğrudur, alçaqlıq edən bu dövran,Əlini öpməyə verməyib imkan.

به خیالی ز دور ساخته‌امهوسی غایبانه باخته‌ام

Sənsən xəyalımda, olsam da uzaq,Qiyabi məhəbbət bəslədim ancaq.

از دعایت نبوده‌ام خالیبگذرانم گواه آن حالی

Dualar etmişəm sənə hər zaman.Şahiddir bunlara öz halım haman.

پای رفتن نبود در دستمورنه من بر گزاف ننشستم

Əlimdə getməyə yox ixtiyarım,Yoxsa oturmağa gəlməz qərarım.

بعد ازین چون قلم به سر کوشمجامهٔ کاغذین فروپوشم

Baş üstdə fırlannam daha qələm tək,Kağızdan əynimə geyərəm köynək.

علم جامه جمله قصهٔ دادو اندرو کرده غصهٔ خود یاد

Ədalət donludur tutduğum bayraq,Orda özümdən də demişəm ancaq.

مگرم کاغذی شود روزیبر سر آن غیاث دین سوزی

Bəlkə Qiyasəddin yanıb halıma,Əliylə bir barat yazsın adıma.

احدی کو دهد به هر کس کاماوحدی را به دست داد این جام

Hər kəsi kamına çatdıran Allah,Verdi Əvhədiyə bu “camı” nagah.

جامش از راه چون درست آمدگر چه دیر آمدست چست آمد

Düzlük qapısından gəlmişdir camı.Gec gəlmiş olsa da, xoşdur məramı.

او چو در پردهٔ طلسم کمالپیشت آورد کارنامهٔ حال

Kamal pərdəsində başa çataraq,Göstərir dünyanın işlərini, bax.

ره بگنجش ده، ار نرفت این باربر سر گنج خویشتن چون مار

O, öz xəznəsinə yol tapmasa da,Qoy, bir yol xəznənə yol tapsın o da.

نفسی هم به کار من پردازکه چو کیخسروم نبینی باز

Mənimlə məşğul ol bir an, yoxsa sən,Məni Keyxosrov tək görməyəcəksən.

جام بستان، که می‌گریزم منزانکه سرمستم و بریزم من

Al əldən camımı, qaçaram, inan,Tökə də bilərəm, sərxoşam yaman.

جاودانیست، من بگویم راستسخن، آنگه چنین سخن که مراست

Sənət əbədidir, düzünü desək,Xüsusən, mən yazan bu sözlər, gerçək.

دخترانند خوب و بالغ و بکرکه به نه ماه زاده‌اند از فکر

Bakirə qızlardır bu şux ceyranlar,Doğub doqquz ayda fikrimdən onlar.

نگشاید جزین سخن دل تنگکه بماند چو نقش بر دل سنگ

Tutqun könülləri açar bu sözlər,Ürəkdə əbədi yaşar bu sözlər.

نیست امروز، خواجه می‌داندهیچ‌کس کین چنین سخن راند

Xacə yaxşı bilir, öyünmürəm mən,Bu gün yox mənim tək belə söz deyən.

روزگارم بساز و کار ببینشیرگیرم کن و شکار ببین

Düzəlt işlərimi, sonra işə bax.Şir tutan eyləyib ov istə ancaq.

جرعه‌ای زان کرم به کامم ریزبادهٔ جود خود به جامم ریز

Məni kərəmindən eyləmə kənar,Doldur qədəhimi bir yol, nə olar!

در دلیری، اگر چه گشتم گرمورقم پر عرق شدست از شرم

Cəsarət eyləyib qızışdımsa mən,Üzümü tər basdı həya, şərmdən,

گر چه شوخیست این و پیشانیتو بنه عذر این پریشانی

Keçdisə sözlərim əgər həddini,Dərdim tükənməzdir, bağışla məni.

مگر این سروران که در پیشندچون ز فضل و هنر ز من بیشند

Bir də irəlidə olan bu kəslərFəzldə, hünərdə artıqdır məgər?!

دور دارند ازین حروف انگشتنزنندم درفش خود بر مشت

Qoy mənim sözümə qoymasın barmaq,Dizimə yumruqla vurmasın nahaq.

در مصافات من سخن سنجمبه مصافم مبر، که می‌رنجم

Sözün meydanında ustad bil məni.İncitmə döyüşə çəkib bəndəni.

با غم عشق خلوتی دارموز بد و نیک سلوتی دارم

Mən eşqin qəmini çəkirəm pünhan,Birdir gözlərimdə yaxşı və yaman.

زان حضور آمد این نماز درستگو: مگرد این شکسته باز درست

Sənin astananda baş əyirəm mən,Məni könlüsınıq qaytarma gəl sən.

از تو خالی مدار گنجم راتا ببویی مگر ترنجم را

Məni xəzinəndən eyləmə uzaq,İylə, turuncumun ətrinə bir bax!

جام جمشید می‌بری زنهار!عدل جمشید کن به لیل و نهار

Əlində Cəmşidin camı var, aman!Cəmşid tək ədl ilə yaşa hər zaman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets