Ağlamağım var, gözəlim
Nə işim var, na evim var, nə bağım var gözəlim,Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,
Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,Kabinetlərdə kudum, balqabağım var gözəlim.
Neynirəm mən maşını gərçi məni dərd aparır,Əlli dörd at gücünə tən ayağım var gözəlim.
Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,Vacib oldur ki, dənizdə "Çırağ"ım var gözəlim.
Nə olar ki, Bakıya erməni təşrif buyurub,Erməniynən axı burda calağım var gözəlim.
Məni toy məclisinə bir hacı dəvət elədi,Dedi "şollar" şüşəsində arağım var gözəlim.
Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,Çünki dərya qədəri ağlamağım var gözəlim.
Yedilər, qoymadılar ortada bir şey qalsın,İncimə söyləsəm ancaq qırağım var gözəlim.
Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.
28 aprel, 2002
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-aglamagim-var-gozelim
Use ← → keys to move, R for a random poem
More by this author
Bizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Əzrailə satdımDəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Can yadımızdan çıxıbUymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.
Olacaq modda BabaAlışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.
Poems by other poets
Mən bir zərif dağ otuyamArana dözə bilmirəm.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.