Ona bir quş
Öz nəfsinə dünyada kim uymuş – ona bir quş,Qonşu ac ikən, badə edər nuş – ona bir quş.
Kim xalqına bir parça çörək versə, oğuldur,Vəd ilə edər, kim onu bihuş – ona bir quş.
Millət təmiz olmaz, qatıla zatına aşqar,Şirin südə vursan mayanı turş – ona bir quş.
Hər kim ki, qiyamət gününə şəkk eləyibdir,Allahı atıb, iblisi tutmuş – ona bir quş.
Quşlarda niyabətli olub, daima bayquş,İnsanda ola xisləti-bayquş – ona bir quş.
Ənlik ilə kirşan, qadın üçün olub icad,Kim kipriyə bir bankə vurar tuş – ona bir quş.
Pünhan elə dost axtar özünçün sənə layiq,Dostun sənə olmazsa əgər tuş – ona bir quş.
20 avqust 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-ona-bir-qus
Use ← → keys to move, R for a random poem
More by this author
– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
Doyan bu rəhmətlik kimi olarNeçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Sual-cavab– Fransız qızları ilə azəri qızlarının geydiyi yubkalarda fərq nədədi?– Fransız qızları razrezli yubkalar geyir, azəri qızları isə yubkasız razrezlər.
Arvad eşidərHəcc ziyarətindən qayıdan bir nəfərin yanına dostu təbrikə gələndə ondan belə bir şey soruşur:– Hacı, deyirlər orda Həcəri öpmək hər adama qismət olmur. Sən onu öpə bildinmi?
Poems by other poets · Homeland
Bu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
QaldıSitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim